Bişkek protokolu

Vikipediya, azad ensiklopediya
Cekli829 (müzakirə | töhfələr) tərəfindən edilmiş 05:48, 2 iyul 2012 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

"Bişkek protokolu"Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd

Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan "Bişkek protokolu" 1994-cü ilin mayında imzalanmışdır.

"Bişkek protokolu"nu Azərbaycan tərəfindən imzalanması üçün Bakıya ATƏT-in Minsk qrupundakı Rusiyanın təmsilçisi Vladimir Kazimirov gətirmişdir. Sənəd Azərbaycan tərəfindən 8 may 1994-cü ildə imzalanmışdır. Sənədə Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri şəxsində Şuşa rayonu İH başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və Dağlıq Qarabağın erməni icmasının rəhbəri şəxsində "DQR parlamentinin sədri" Karen Baburyan imza atmışdır. Sənəd 12 may 1994-cü ildən qüvvəyə minmişdir[1]. Elə həmin gündən cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılmışdır[2].

Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Bişkek protokolunun 5-ci abzasında "tutulmuş ərazilər" sözləri "işğal olunmuş ərazilər" sözləri ilə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd olunmuşdur.

Bu sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində "Böyük sülh sazişi" imzalamalı idilər[3].

Sənəd 3 nüsxədə - Azərbaycan, ermənirus dillərində hazıralanmışdır[4].

Mənbə

İstinadlar

  1. Bu günün tarixi (08.05.2012)
  2. Atəşkəs razılığı...
  3. Qarabağ tarixinin salnaməsi (1994-cü il)
  4. Bişkekdə kəsilən atəş: Azərbaycan hansı protokolu imzalayıb?

Həmçinin bax

Xarici keçidlər