Zəkulla Bayramlı

Vikipediya, azad ensiklopediya
185.147.24.18 (müzakirə) tərəfindən edilmiş 13:08, 18 may 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Zəkulla Bayramlı
Doğum tarixi 4 sentyabr 1965(1965-09-04) (59 yaş)
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d]

Bayramlı Zəkulla Niftulla oğlu — filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim, dosent, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi [1] , Füzulinin həyat və yaradıçılığı ilə bağlı çoxlu sayda əsərlərin müəllifi.[2]

Həyatı

Bayramlı Zəkulla Niftulla oğlu 04 sentyabr 1965-ci ildə Ağcabədi rayonu, Qaravəlli kəndində anadan olmuşdur.

Təhsili

  • 1972-1982-ci illərdə Qaravəlli kəndi orta məktəbində təhsil alıb.
  • 1990-ci ildə Gəncə Dövlət Universitetinin filologiya fakultəsini Azərbaycan dili və Ədəbiyyyatı ixtisası üzrə bitirib.
  • 1990-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitututunda aspiranturanı oxuyub.
  • 1994-cü ildə "Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri fikir" mövzusu üzrə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb.

Elmi-pedaqoji fəaliyyəti

  • 1990-cı ildə Ağcabədi rayon Qaravəlli kəndi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.
  • 1994-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır.
  • 2013-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda Klassik Azərbaycan Əbəbiyyatını tədris edib.
  • 1994-1998-ci illərdə Azərbaycan Radiosunun "Xarici ölkələrə verlişlər" studiyasının Güney Azərbaycan şöbəsində redaktor, böyük redaktor vəzifəsində çalışıb.

Yaradıcılığı

  1. Klassik Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsi;
  2. Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri təmaüllər;
  3. Füzuli yaradıcılığı və Şərq renessansı;
  4. Füzuli poeziyasının romantik özəllikləri;
  5. Füzuli poeziyası və Sufizm problemi;
  6. Füzuli nəsrinin sənətkarlıq xüsusiyyətləri.

Kitabları

  • "Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri fikir" (monoqrafiya), Bakı:Elm, 2010.
  • Səni kimə deyim kimə söyləyim... (şeirlər), Bakı:Elm, 2015.

İstinadlar

Xarici keçidlər