Nadir Əhmədov

Vikipediya, azad ensiklopediya
Nemoralis (müzakirə | töhfələr) (tənzimləmə using AWB) tərəfindən edilmiş 18:38, 24 dekabr 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Nadir Əhmədov
16 iyul 1997 – 20 fevral 2004
ƏvvəlkiSiruz Abasbəyli
Şəxsi məlumatlar
Doğum tarixi
1957(1957-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Şəki Azərbaycan Azərbaycan SSR
Vəfat tarixi 10 may 2020(2020-05-10) (79 yaşında)
Vəfat yeri
Milliyyəti SSRİ SSRİAzərbaycan Azərbaycan azərbaycanlı
Partiya Kommunist partiyası
nadir-ahmedov.com

Həyatı

Nadir Əhmədov 1940-cı ildə anadan olmuş, 1957-ci ildə Şəki şəhər 10 saylı məktəbini qurtarmışdır. 1960-cı ildə Bakı Rabitə Elektrotexnikumunu, 1965-ci ildə Odessa Elektrotexniki İnstitutunu Elektrik Rabitəsi mühəndisi ixtisası üzrə bitirmişdir. 1968-70-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1960-85-ci illərdə Bakı telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi, baş mühəndis, 12 il rəis, 1985-ci ildən 12 il Rabitə nazirinin müavini və 1997-ci ildən 7 il Rabitə naziri vəzifəsində işləmişdir.[1]

50-dən çox şəmərələşdirici təklifin, bir ixtiranın, beş texniki kitabın, çoxsaylı məqalələrin müəllifidir.

Dövlət və ictimai işlərdə xidmətlərinə görə «Şərəf nişanı» ordeni ilə təltif olunmuş, SSRİ Rabitə Nazirliyinin «Rabitə ustası» adına, Respublikanın «Əməkdar rabitəçisi» fəxri adına, MDB Dövlətlərinin Assambleyasında qızıl medala və xüsusi diploma layiq görülmüşdür; ABŞ-əı Bioqrafiyalar İnstitunun dünyada apardığı sorğuya əsasən Nadir Əhmədov «2001-ci ilin adamı» seçilmiş, 2002-ci ildə ABŞ-da aparılan digər sorğuya əsasən «Dünyanın qabaqcıl ziyalıları» tituluna layiq görülmüşdür.

N. Əhmədov KİV və Sosial Araşdırma Mərkəzləri tərəfindən 2000-ci ildə «İlin ən işgüzar dövlət məmuru», 2001-ci ildə «İlin ciddi siması», 2002-ci ildə «İlin naziri», 2003-cü ildə «İlin dövlət məmuru» və «Veteranların dostu» adına layiq görülmüşdür.

1979-87-ci illərdə Bakı şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir.

Qarabağ müharibəsinin veteranıdır.

Abşeron rayonunun və Mingəçevir şəhərinin fəxri vətəndaşıdır. Evlidir, 3 övladı və 3 nəvəsi var.

N.Əhmədov Bakı telefon şəbəkəsinə rəhbərlik etdiyi dövrdə telefonların sayı 2,5 dəfə artmış, telefonun keyfiyyətli işləməsinə, rüşvətxorluğun aradan qaldırılmasına, şəffaflığa nail olmuşdur. Rabitə nazirinin müavini vəzifəsində işlədiyi dövrdə Respublikanın rabitə sisteminin inkişafında böyük xidmətləri olmuşdur. Məlum Qarabağ hadisələri başlanan vaxtdan (1988-1992) müntəzəm olaraq Qarabağa getmiş, çətin şəraitdə azərbaycanlıların qorunması, onların təhlükəsizliyinin təmin olunması, hərbi hissələrin və yaşayış məntəqələrinin telefonlaşdırılması ilə məşğul olmuşdur. Həmin illərdə həyatını dəfələrlə təhlükəyə qoymuş və son dərəcə riskli anlarla rastlaşmışdır. Xocalını radiotelefonlarla təmin etdiyinə görə SSRİ-nin prokurorluq orqanlarının təzyiqlərinə və istintaqa cəlb olunmuşdur.

Onun Ənvər Mete ilə birlikdə yazdığı "İblis Xislətli Erməni" kitab ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımına, onların dədə-baba torpaqlarından qovulmasına həsr olunub. Eyni zamanda ermənilərin Qafqaza və dünyanın bir çox olkələrində həyata keçirdikləri terror hadisələri tarixi faktlarla göstərilir. Məlumatlar müxtəlid mənbələrdən toplanaraq ümumiləşdirilmiş bə yeri gəldikcə erməni xislətinin əsl mahiyyətini açan deyimlərdən, Qurani-Kərimin ayələrindən, dahilərin kəlamlarından geniş istifadə olunmuşdur. Müəlliflər insanların, xüsusilə də yeni gənc nəslin sağlam mənəviyyat, vətənpərvərlik ruhunda tərbiyəsinə, onların tarixi yaddaşlarının unutqanlığına çevrilməsinə çalışmışlar.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur

İstinadlar