Terpenlər
Terpenlər - tərkibində 10 və daha çox karbon atomu olan , təbiətdə çox rast gəlinən doymamış karbohidrogenlərdir. Bunların əksəri C10H16 tərkibli, açıqzəncirli və ya tsiklik birləşmələrdir.
Təsnifatı
Terpenlər hidrogen (H) və karbon (C) atomlarından təşkil olunurlar. Onlara aid olan maddələr arasındakı fərq yalnız, kimyəvi standartlara uyğun olaraq H və C atomlarının sayındadır. Terpenlərin ən xarakterik xüsusiyyəti ondan ibarətdir ki, onlar havanın oksigeni ilə tez birləşirlər, bu proses oksidləşmədə olduğu kimi zəncirvari reaksiya ilə başlayır, bu da təəssüf ki, aromatı (iyi) dəyişir və efir yağının terapevtik xüsusiyyətlərini azaldır. Terpenlərlə zəngin olan efir yağlarının oksidləşməməsi və keyfiyyətinin dəyişməməsinin qarşısını almaq üçün təcili germetik qablaşdırılmalı və ya istifadəyə verilməlidir. Məsələn, limon bitkisinin efir yağı terpenlərlə zəngindir, onu açıq havada saxlamaqla 6-12 ay istifadə etmək olar.
Bitkilərdə terpenlər
Bitkilərdə terpenlər iki formadadır: monoterpenlər və seskviterpenlər. Monoterpenlər xüsusilə tez oksidləşirlər və zəif iy verirlər. Onlar adi formada efir yağlarına narıncı rəng verməklə yanaşı, həm də az rast gəlirlər. Seskviterpenlər nisbətən geniş diapazonda bitkilərdə rast gəlir və kiskin iy yaradırlar. Məsələn, nərgiz gülünün efir yağının əsas komponenti seskviterpenlərə məxsus olan kariofillendir ki, o kəskin, quru ağac iyi verir.[1]
İstinadlar
- ↑ S.C.İbadullayeva, İ.Ə.Cəfərli - Efir yağları və aromaterapiya, Bakı-"Elm"-2007