Robert Landsburq

Vikipediya, azad ensiklopediya
İşçiBot (müzakirə | töhfələr) (→‎top: tənzimləmə) tərəfindən edilmiş 23:11, 1 iyun 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Robert Landsburq
ing. Robert Landsburg
Doğum tarixi 13 noyabr 1931(1931-11-13)
Doğum yeri
Vəfat tarixi 18 may 1980(1980-05-18) (48 yaşında)
Vəfat yeri
Fəaliyyəti fotoqraf

Robert Emerson Landsburq (ing. Robert Emerson Landsburg; d. 13 noyabr 1931, Sietl - ö. 18 may 1980, Skameyniya) – 1980-ci ildə Sent-Helens vulkanının püskürməsi zamanı ölmüş ABŞ fotoqrafı.[1][2][3]

Haqqında

Landsburqun ölümünə səbəb olmuş püskürmə.

Landsburq 13 noyabr 1931-ci ildə ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində anadan olmuşdur. Püskürmə baş verən vaxt Oreqon ştatının Portlend şəhərində yaşayırdı.

Püskürməyə həftələr qala Landsburq vulkandakı dəyişiklikləri çəkmək üçün oranı ziyarət edirdi.[4] 18 may gününün səhərində o, zirvədən sadəcə bir neçə mil uzaqlıqda olarkən vulkan qəflətən püskürür. Artıq xilas ola bilməyəcəyini görən Landsburq sakitcə ona yaxınlaşan kül buludunun şəkillərini çəkir. Daha sonra filmi öz qabına qoyur, kamerasını çantasına yerləşdirir və çəkdiklərini qorumaq üçün çantasının üzərində uzanır.[5] 17 gün sonra küllərin altında Landsburqun cəsədini və çantasını tapırlar.

Landsburq Sent-Helens Dağı Memorial Məzarlığında dəfn olunmuşdur. Landsburqun çəkdikləri geoloqlar üçün püskürmə haqqında dəyərli məlumatlar vermişdir.[5]

Həmçinin bax

İstinadlar

  1. Staff report (January 1981). Robert Landsburg's brave final shots. National Geographic
  2. Associated Press (June 5, 1980). Another body found in volcano area.
  3. Associated Press (June 6, 1980). Red tape battled. St. Helens sedate. The Spokesman-Review
  4. Bunce, Vincent (2000). "Restless Planet: Volcanoes", p.44. Raintree Steck-Vaughn Publishers, Austin. ISBN 0-7398-1327-7.
  5. 1 2 Robert Coenraads (2006). "Natural Disasters and How We Cope", p.50. Millennium House, ISBN 978-1-921209-11-6.

Xarici keçidlər