Xatirə Bəşirli
Xatirə Bəşirli | |
---|---|
Xatirə Bədrəddin qızı Bəşirli | |
Doğum tarixi | |
Doğum yeri | Ağdaş, Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | Filologiya üzrə elmlər doktoru |
Elmi adı | Professor |
İş yeri | AMEA |
Təhsili | |
Mükafatları |
AMEA RH Fəxri Fərmanı 1.XII.2010 YAP Səbail Rayon təşkilatının fəxri fərmanı 30.XI.2013 |
Xatirə Bəşirli (5 yanvar 1958, Ağdaş) — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor.[1][2] YAP Səbail Rayon “Muzeyşünas” ilk ərazi təşkilatının sədri.
Həyatı
Xatirə Bəşirli 1958-ci ilin yanvar ayında Ağdaş rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuşdur.
Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavinidir. 2005-ci ildən YAP Səbail Rayon “Muzeyşünas” ilk ərazi təşkilatının sədridir. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda "Azərbaycan ədəbiyyatı və dili" fənnindən dərs demişdir. "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı və dili" fənnindən dərs deyir.
Elmi fəaliyyəti
Azərbaycan bədii nəsri və şifahi xalq ədəbiyyatının qarşılıqlı əlaqəsi, nəsrdə folklorizmin ifadə formaları, yazılı mətnin qurulmasında folklor janrlarının yeri və türk xalqlarının epos tarixi, qəhrəmanlıq eposları arasında genetik baxımından oxşarlığın, kök birliyinin, dastan arxitektorikasının araşdırılması baxımından nəzəri nəticələr əldə edilmişdir.
Folklorşünaslıq ixtisası üzrə "“Koroğlu” eposunun poetikası (genezisi və bədii sistemi)" mövzusunda namizədlik (PhD) dissertasiyasını, "XX əsrin əvvəli Azərbaycan nəsri və folklor" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
100-dən artıq elmi və tədrisi metodiki iş, 6 monoqrafiya, o cümlədən xaricdə çıxmış 10 elmi əsərin müəllifidir.
Elmi əsərləri
- XX əsrin əvvəli Azərbaycan nəsri və folklor. Bakı, Elm, 1990
- Köklər qaynaqlar, yadigarlar. Bakı, Azərbaycan Ensiklopediyası, 1996
- “Koroglu” dastanı. Tarixi-mifoloji gerçəklik və poetika. Bakı, Elm, 2000
- “Koroğlu” eposunun poetikası, Genezisi və bədii sistemi. Bakı, Elm, 2005.
- “Koroğlu” dastanının mənşəyi. Bakı, “Elm və Təhsil”. 2012.
- Azərbaycan folklor və yazılı ədəbiyyat. Bakı, “Elm və Təhsil”, 2013.
- Ali məktəblər üçün bir neçə dərslik və Proqramlar, eyni zamanda 100-dən artıq elmi, elmi-publisistik məqalə.
İstinadlar
- Pages using the JsonConfig extension
- Yaşayan insanlar
- 5 yanvarda doğulanlar
- 1958-ci ildə doğulanlar
- Bakı Dövlət Universitetinin məzunları
- Əlifba sırasına görə alimlər
- Ağdaşda doğulanlar
- Azərbaycan alimləri
- Azərbaycan filoloqları
- Filologiya elmləri doktorları
- Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmlər doktorları