Elmira Əmrahqızı
Elmira Əmrahqızı | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ağstafa |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Dəfn yeri | II Fəxri Xiyaban |
Atası | Əmrah |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | jurnalist |
Elmira Əmrahqızı - Tanınmış Azərbaycan jurnalisti, “Azadlıq” radiosunun Bakı nümayəndəliyinin rəhbəri (1993-1998), "Qızıl qələm" mükafatı laureatı. “Həsən Bəy Zərdabi” və “İlin qadını” mükafatlarına layiq görülüb.
Həyatı
Elmira Əmrah qızı Əhmədova 24 sentyabr 1952-ci ildə Ağstafa şəhərində anadan olub. 1958-ci ildə 24 saylı Dəmiryolu məktəbinə gedib. 1962-ci ildə məktəbi dəyişərək təhsili 1 saylı orta məktəbdə davam edib.
1969-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin ( indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil alıb.
1974-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqramların tərtibi şöbəsində işləyib.
“Bakı”, “Baku”, “Nezavisimaya qazeta” “Azərbaycan gəncliyi”, “Ulduz”, “Azərbaycan qadını” və digər qəzet və jurnallarında işləyib.
1989-1990-cı illərdə “Azadlıq” qəzetində çalışıb.
1989-cu ildə “Kosmos uşaqlar üçün” adlı SSRİ jurnalistlərinin kosmosa göndərilməsi ilə əlaqədar proqramının qaliblərindən biri olub.
1990-cı ildə “Azadlıq” radiosu ilə əməkdaşlığa başlayır.
1993-1998-ci illərdə “Azadlıq” radiosunun Bakı nümayəndəliyinin rəhbəri olub.
“Qızıl qələm”, “Həsən Bəy Zərdabi” və “İlin qadını” mükafatlarına layiq görülüb. 27 fevral 1998-ci ildə dünyasını dəyişib. II Fəxri Xiyabanda dəfn edilib.
İki oğlu və iki nəvəsi var.
İstinadlar
- 24 sentyabrda doğulanlar
- 1952-ci ildə doğulanlar
- 45 yaşında vəfat edənlər
- 27 fevralda vəfat edənlər
- 1998-ci ildə vəfat edənlər
- Azərbaycan jurnalistləri
- Azərbaycanlı jurnalistlər
- Azərbaycan Televiziyasının jurnalistləri
- Azadlıq qəzetinin jurnalistləri
- "Qızıl qələm" mükafatı laureatları
- Həsən bəy Zərdabi mükafatı laureatları
- Ağstafada doğulanlar
- Bakıda vəfat edənlər
- II Fəxri Xiyabanda dəfn olunanlar