45°00′00″ şm. e. 147°53′00″ ş. u.HGYO

İturup

Vikipediya, azad ensiklopediya
TexnoBot (müzakirə | töhfələr) (top: Şəkil→Fayl, File→Fayl using AWB) tərəfindən edilmiş 15:56, 30 may 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
İturup adası
rus. Oстров Итуруп, aynu. Этороп, yap. 択捉島
Ümumi məlumatlar
Sahəsi 3200 km²
Uzunluğu
  • 200 km
Eni 27 km
Hündür nöqtəsi 1634 m
Əhalisi 6.387 nəfər (2007-ci il)
Yerləşməsi
45°00′00″ şm. e. 147°53′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
İturup adası xəritədə
İturup adası
İturup adası
İturup adası xəritədə
İturup adası
İturup adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İturup (aynu. Этороп, yap. 択捉島 Etorofu) — Kuril adalarına daxil olan Böyük Kuril cərgədinə daxil olan ada. İnzibati cəhətdən Rusiyanın Saxalin vilayəti Kurilsk şəhər dairəsinə daxildir. Ancaq adalara Yaponiya iddia edir və adanı Hokkoyda prefekturasının Nemuro subprefekturasına daxil ərazi hesab edir[1][2][3][4]. Adannın nüxtəlif adlarının olmasına baxmayaraq daha geniş yalılanıdır. Ayn dilində işlənən «etorop» sözü, tərcümədə Meduza anlamını verir[5].

Coğrafiya

Ada şimal-şərqdən cənub-qərbə doğru 200 km məsafədə uzanır. Eni 7–27 km arasında dəyişir. Sahəsi 3200 km² təşkil edir. Ada vulkanik masdivlərdırdən təşkil olunmuşdur. Burada 20 vulkan vardır[5]. Onlardan doqquzu fəaliyyətdədir: Kudryavıy (986 m), Menşi Brat (562 m), Çirip (1589 m), Boqdan Xmelinski (1585 m), Baranski vulkanı (1134 m), İvan Qroznı (1159 m), Stopak (1634 m)[5], Atsonupuri (1205 m), Berutabure (1223 m). Adada çoxlu şəlalə vardır. Onlardan İlya Murames şəlaləsi Rusiyanın ən hündür şəlalələrindən biridir (141 m). Şəlalə Medvejı yarımadasında yerləşir. Lvinays Past köfəzinə çıxacaqda Kamen-Lev adası qərarlaşır. Adanın hündürlüyü 182 m[6] təşkil edir. iturup Urup adasından Friza boğazı (40 km), Kunaşir adasından isə Yekaterina boğazı ilə ayrılır (22 km).

Nəqliyyat

Ada ilə hava əlaqəsi Buverestnik hava limanı ilə yaradılır. Bu liman Rudiya Müdafiə Nazirliyinə aiddir[7]. Dəniz əlaqəsi isə «İqor Farxuddinov» və «Polaris» teploxodları ilə təşkil efilir. 22 sentyabr 2014 ildə adada mülki xidmətlər üçün İyurup hava limanı inşa edilmişdir[8]. 22 sentyabr səhər radələrində buraya ilk uçuş həyata keçirilmişdir. Bura ilk reysi Avrora aia kompaniyası Yujno-Saxalindən həyata keçirmişdir.

Əhali

Adada 6387 nəfər yaşayır. (2007). Adanın əhalisi materikdən köçənləndir.

Yaşayış məntəqələri

Adanın Kurilsk körfəzi sahilində (Oxot dənizi) Kurilsk şəhəri yerləşir. Bu yaşayış məntəqəsi adanın yeganə şəhəri olmaqla yanaşı həmdə inzibati mərkəz rolunu oynayır. Burada kənd tipli yaşayış məntəqələrindən Reydovo, Kitovoe, Rıbaki, Qoryaçie Kyuçi, Buverestnik, Şumi Qorodok, Qornoedir. Yaşayışı olmayan məntəqələr: Aktivnı, Slavnoe, Sentyabrski, Vetrovoe, Pioner, Jarnie Vodı, Yodnays, Lesozavodnoe, Berezovka.

İqtisadiyyat

2007-ci ildə Kuril adalarında sosial iqtisadi ikişaf planına uyğun olaraq İturup adasında Hava limanınıb tikilməsi planı bəyan edilir. Hava limanının tikintisinə 1,2 milyard rulb xərçləməyi düşünülürdü[7]. 22 sentyabr 2014-cü ildə ilk dəfə Avrora şirkətinə aid təyyarə göyərtəsində 50 nəfər sərnişinlə hava limanına eniş etmişdir[9].

Ədəbiyyat

  • М. Симада., Любовь на Итурупе.: М.-2006., 220 с.

Mənbə

İstinadlar

  1. 税務署所在地・案内(北海道)  (yap.)
  2. Карта субпрефектуры Нэмуро[ölü keçid]  (yap.)
  3. Administrative map of Japan (As of April 1, 2009)  (ing.)
  4. Управление по вопросам Северных территорий общего департамента губернаторства Хоккайдо
  5. 1 2 3 10 особенностей Курильских островов — Виктория Чернышева — Российская газета
  6. "Arxivlənmiş surət". 2016-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-07.
  7. 1 2 РИА Новости — Дальний восток — Экономика — На курильском острове Итурупе появится международный аэропорт[ölü keçid]
  8. Игорь Сорокин, НТВ. "На Курилах открылся новый аэропорт". НТВ. 22.09.2014.
  9. Аэропорт Итуруп на Курилах принял первых пассажиров: РИА «Восток-Медиа»