Xatirə Bəşirli

Vikipediya, azad ensiklopediya
82.194.22.117 (müzakirə) (top: Söz düzəldildi) tərəfindən edilmiş 16:19, 2 fevral 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Xatirə Bəşirli
Xatirə Bədrəddin qızı Bəşirli
Doğum tarixi (66 yaş)
Doğum yeri Ağdaş, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi filologiya üzrə elmlər doktoru
Elmi adı professor
İş yeri AMEA
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2021

Xatirə Bəşirli (5 yanvar 1958, Ağdaş) — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor.[1][2] YAP Səbail Rayon “Muzeyşünas” ilk ərazi təşkilatının sədri.

Həyatı

Xatirə Bəşirli 1958-ci ilin yanvar ayında Ağdaş rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuşdur.

Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavinidir. 2005-ci ildən YAP Səbail Rayon “Muzeyşünas” ilk ərazi təşkilatının sədridir. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda "Azərbaycan ədəbiyyatı və dili" fənnindən dərs demişdir. "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı və dili" fənnindən dərs deyir.

17 mart 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif edilib[3]

Elmi fəaliyyəti

Azərbaycan bədii nəsri və şifahi xalq ədəbiyyatının qarşılıqlı əlaqəsi, nəsrdə folklorizmin ifadə formaları, yazılı mətnin qurulmasında folklor janrlarının yeri və türk xalqlarının epos tarixi, qəhrəmanlıq eposları arasında genetik baxımından oxşarlığın, kök birliyinin, dastan arxitektorikasının araşdırılması baxımından nəzəri nəticələr əldə edilmişdir.

Folklorşünaslıq ixtisası üzrə "“Koroğlu” eposunun poetikası (genezisi və bədii sistemi)" mövzusunda namizədlik (PhD) dissertasiyasını, "XX əsrin əvvəli Azərbaycan nəsri və folklor" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

100-dən artıq elmi və tədrisi metodiki iş, 6 monoqrafiya, o cümlədən xaricdə çıxmış 10 elmi əsərin müəllifidir.

Elmi əsərləri

  1. XX əsrin əvvəli Azərbaycan nəsri və folklor. Bakı, Elm, 1990
  2. Köklər qaynaqlar, yadigarlar. Bakı, Azərbaycan Ensiklopediyası, 1996
  3. “Koroglu” dastanı. Tarixi-mifoloji gerçəklik və poetika. Bakı, Elm, 2000
  4. “Koroğlu” eposunun poetikası, Genezisi və bədii sistemi. Bakı, Elm, 2005.
  5. “Koroğlu” dastanının mənşəyi. Bakı, “Elm və Təhsil”. 2012.
  6. Azərbaycan folklor və yazılı ədəbiyyat. Bakı, “Elm və Təhsil”, 2013.
  7. Ali məktəblər üçün bir neçə dərslik və Proqramlar, eyni zamanda 100-dən artıq elmi, elmi-publisistik məqalə.

İstinadlar