Zəbi Quliyev

Vikipediya, azad ensiklopediya
Dr.Wiki54 (müzakirə | töhfələr) tərəfindən edilmiş 21:15, 19 mart 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Zəbi Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1910
Doğum yeri
Vəfat tarixi 1972
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Döyüşlər
Rütbəsi mayor

Təltifləri "Vətən Müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Zəbi Əhəd oğlu Quliyev (1910, Hacıtəpə, Lənkəran qəzası1972, Bakı) — Azərbaycan SSR dövlət xadimi.

Həyatı

Zəbi Quliyev 1910-cu ildə Hacıtəpə kəndində din xadimi Axund Əhədin ailəsində anadan olub. İlk təhsili atası Axund Əhəddən alaraq, kəndlərində məktəb olmadığı üçün ibtidai məktəbə qonşu Xırmandalı kəndinə, orta məktəbə Masallı şəhərində alır. Zəbi Quliyev Lənkəran Pedaqoji Məktəbini, 1931-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirir.

Ailəsi

Zəbi Quliyevin 2 oğlu, 2 qızı olub.

Fəaliyyəti

Zəbi Quliyev 1931-ci ildən 1941-ci ilə kimi Göyçay, Şəki, Masallı, Samux rayonlarında rayon partiya komitələrinin katibi vəzifəsində çalışmışdır. 1941-ci ildə Samux rayonuna rayon partiya komitəsinin 1-ci katibi təyin edilir.

1942–1943-cü llərdə İkinci Dünya mharibəsində iştirak edir və yaralanaraq geri qayıdır.

1944–1950-ci illərdə Göyçay və Tovuz rayonlarının partiya komitələrinin birinci katibi olmuşdur.

1952–1953-cü illərdə Gəncə vilayət komitəsində şöbə müdiri, 1953–1955-ci illərdə Balakən və 1955–1957-ci Şəkidə RPK-nın 1-ci katibi vəzifələrində işləyir. 1957-ci ildən təqaüdə çıxana qədər Azərbaycan SSR Ali Sovetində çalışır.

1972-ci ildə vəfat edib və Bakıda dəfn olunub.

Təltif və mükafatları

Xatirəsi

2005-ci ildə Masallı şəhərindəki küçələrdən birinə Zəbi Quliyevin adı verildi.

Mənbə

İstinadlar