Berni Sanders

Vikipediya, azad ensiklopediya
Ahli iman abbas (müzakirə | töhfələr) (Keçid tövsiyələri funksiyası: 3 keçid əlavə edildi.) tərəfindən edilmiş 12:27, 25 noyabr 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Berni Sanders
ing. Bernie Sanders
ABŞ nümayəndəsi[d]
4 yanvar 2005 – 3 yanvar 2007
ABŞ nümayəndəsi[d]
7 yanvar 2003 – 3 yanvar 2005
ABŞ nümayəndəsi[d]
3 yanvar 2001 – 3 yanvar 2003
ABŞ nümayəndəsi[d]
6 yanvar 1999 – 3 yanvar 2001
ABŞ nümayəndəsi[d]
7 yanvar 1997 – 3 yanvar 1999
ABŞ nümayəndəsi[d]
4 yanvar 1995 – 3 yanvar 1997
ABŞ nümayəndəsi[d]
5 yanvar 1993 – 3 yanvar 1995
ABŞ nümayəndəsi[d]
3 yanvar 1991 – 3 yanvar 1993
ABŞ senatoru[d]
3 yanvar 2007 – 3 yanvar 2009
ABŞ senatoru[d]
3 yanvar 2009 – 3 yanvar 2011
ABŞ senatoru[d]
3 yanvar 2011 – 3 yanvar 2013
ABŞ senatoru[d]
3 yanvar 2013 – 3 yanvar 2015
ABŞ senatoru[d]
3 yanvar 2015 – 3 yanvar 2017
ABŞ senatoru[d]
3 yanvar 2017 – 3 yanvar 2019
ABŞ senatoru[d]
3 yanvar 2019 – 3 yanvar 2021
ABŞ senatoru[d]
3 yanvar 2021 – 3 yanvar 2023
ABŞ senatoru[d]
Vəzifədədir
3 yanvar 2023-cü ildən
Şəxsi məlumatlar
Doğum adı Bernard Sanders
Doğum tarixi 8 sentyabr 1941(1941-09-08)[1][2][…] (83 yaş)
Doğum yeri
Partiya Hürriyət Birliyi (1971–1979)
Partiyasız (2015-ci ilədək)
Demokrat Partiyası (2015-ci ildən)
Təhsili
Fəaliyyəti siyasətçi
Atası İlay Sanders[d][9]
Anası Doroti Sanders[d]
Həyat yoldaşları
  • Ceyn O'Mira Sanders[d] (1988–)[4]
Uşağı 4[5]
Dini İuadizm
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[10]
Elmi dərəcəsi

İmzanın şəkli
sanders.senate.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bernard "Berni" Sanders (ing. Bernard "Bernie" Sanders; 8 sentyabr 1941[1][2][…], Bruklin, Nyu-York ştatı, ABŞ[7][8][…]) — ABŞ siyasətçisi, solçu ictimai xadimi, 2007-ci ildən Vermont ştatından seçilmiş senator. Sanders ABŞ Konqresi tarixində ən uzun müddət fəaliyyət göstərən müstəqil konqresmendir. 2013–2015-ci illər arasında Senatın Veteranların işi üzrə komitəsinin sədri olub. 1981–1989-cu illər arasında Vermont, Berlinqton kimi böyük şəhərlərin meri, 1991–2007-ci illər arasında isə ABŞ Nümayəndələr Palatasının üzvü olub. Senatda komitələr formalaşdırılanda Demokrat partiyasına qoşulur[11], Proqressiv Konqressmenlər Forumuna daxildir.(ing. Congressional Progressive Caucus)

Özünü demokratik sosialist (ABŞ senatorları arasında yeganədir) və amerikan proqressivizminin, "Yeni xəttin" nümayəndəsi kimi təqdim edir. Skandinav modeli sosial-demokratiyanın tərəfdarıdır.[12] İşçi və orta təbəqənin maraqlarının müdafiəçisi kimi çıxış edir. Korporasiyaların və Uoll-Stritin təsirlərinə, sosial ədalətsizliyə, əmlak bərabərsizliyinə, varlılar və kasıblar arasında olan kəskin fərqə və polis zorakılığına qarşı çıxır.[13] Seksizmə, homofobiyaya və irqi ayrıseçkiliyə qarşıdır.

2010-cu ildə Corc Buş tərəfindən varlılara tətbiq edilən vergi güzəştlərinin uzadılmasının qarşısını almaq üçün 8 saatlıq filibaster vəziyyətini yaratmasından sonra senator kimi daha çox şöhrət qazanmışdır.[14] Bütün siyasi karyerası ərzində vətəndaş, əmək və sosial haqqları müdafiə edib. Ümumi tibbi sığorta, ödənilən məzuniyyət haqqı, analıq məzuniyyəti haqqı, qadın hüquqları, afroamerikalıların hüququları uğrunda fəaliyyət göstərib. Minimal əmək haqqının artırılması, ədalətli vergi sisteminin tətbiq edilməsi, sosial sığorta sisteminin möhkəmləndirilməsi, pulsuz ali təhsilin verilməsi, təhsil üçün borc yükünün azaldılması, maliyyə sahəsində daha sərt dövlət tədbirlərinin görülməsi (Qlass-Stiqol qanununun yenidən tətbiq edilməsi), penitensiar sistemdə islahatların aparılması (dünyada ən çox məhbusa sahib ölkələrdən biri olduqları üçün onların azaldılması və özəl türmələrin ləğv edilməsi), marixuananın leqallaşdırılması və iqlim dəyişiklikləri ilə mübarizənin aparılması uğrunda çıxışlar edib.

19 fevral 2019-cu ildə Vermont İctimai Radiosuna verdiyi müsahibədə bildirib ki, 2020-ci ildə baş tutacaq prezident seçkilərində iştirak edəcək.[15][16][17][18]

Həyatı və təhsili

Bernard Sanders 1941-ci ilin 8 sentyabr tarixində Bruklində anadan olub.[19][20][21][22] Onun atası Elias Ben Yahuda Sanders Avstriya-Macarıstan (indiki Polşa) ərazisində Qalisiya kəndində yəhudi ailəsində anadan olub.[23][24] 1921-ci ildə ABŞ-a köçərək burada boya satıcısı işləyib.[23][25][26] PolşaRusiyadan köçüb gəlmiş yəhudi valideynlərin övladı olan anası Doroti Sanders Nyu-York şəhərində dünyaya gəlib.[27][28][29][30]

Sanders Bruklinin Midvud bölgəsində 26-cı "East" küçəsində yaşayıb.[31] Bruklində yerləşən 197 nömrəli ibtidai məktəbdə təhsil alıb.[32][33] Günün ikinci yarısında isə yəhudi məktəbində təhsil alıb və 1954-cü ildə bar mitsva yaşına çatmağını qeyd edib.[34] Ceyms Medison orta məktəbində təhsil aldığı dövrdə yüngül atletika komandasının kapitanı olub və Nyu York şəhəri üzrə üçüncü yerə çıxıb.[32] Ali məktəbdə tələbə cəmiyyətinin prezidentliyi uğrunda seçkilərdə 3 namizəddən biri olub lakin yığdığı səsə görə ən axırıncı yerə çıxıb və məğlub olub. Orta məktəbi bitirdikdən sonra anası 46 yaşında,[28][34] bir neçə il sonra isə atası 4 avqust 1962-ci il tarixində 57 yaşında dünyasını dəyişib.[24]

1959–1960-cı illər arasında Bruklin kollecində təhsil alıb.[35] Sonradan Çikaqo universitetinə keçir və 1964-cü ildə oranı bitirərək humanitar elmlər və politologiya ixtisası üzrə məzun olur.[35]

Fəaliyyəti

Çikaqo Universitetində təhsil aldığı dövrdə Amerika Sosialist Partiyasının nəzdində yaradılan Sosialist Gənclər İttifaqına üzv olur.[36] Qaradərililərin vətəndaşlıq hüququnu müdafiə edən hərəkatın fəallarından olduğu üçün İrqi Bərabərlik Konqresinin (İBK) və Tələbələrin Qeyri-Zorakı Koordinasiya Komitəsinin (TQKK) üzvü olur.[37][38] Sandersin rəhbərliyi ilə universitetin İBK rəhbərliyi ilə TQKK rəhbərlikləri birləşir.[39] 1962-ci ilin yanvar ayında Sanders Çikaqo Universitetinin rektoru olan Corc Bidlın yataqxanadakı seqreqasiya siyasətinə qarşı Universitetin mərkəzi binasında baş tutan etiraz aksiyasına qatılır. Sanders etiraz aksiyasında çıxış edərək deyir ki :

Fayl:Berni Sanders oturaq aksiyada çıxış edir.jpg
Berni Sanders rektorluğun qarşısında keçirilən oturaq aksiyada çıxış edir 1960-cı il.
" Biz düşünürük ki, ağdərili və qaradərili tələbələrin universitetə məxsus yataqxanalarda birlikdə yaşamaqlarının qadağan olunması dözülməz haldır. "

Sanderslə birlikdə 32 tələbə binaya daxil olaraq rektorun kabinetinin qarşısında düşərgə qurub oturaq aksiyaya başlayırlar.[40][41] Bir neçə həftə davam edən oturaq aksiyadan sonra Bidl və universitet ayrıseçkiliyi araşdıran komissiyanı formalaşdırır.[42]

Berni Sanders Martin Lüter Kinqin təşkil etdiyi İş və azadlıq uğrunda Vaşinqtona yürüş aksiyasında iştirak edib və onun məşhur "Mənim bir arzum var" çıxışını dinləyənlərdən biri olub.[37][43][44] Elə həmin yay Çikaqo dövlət məktəblərindəki seqreqasiya siyasətinə etiraz aksiyasında tutularaq həbsinə müqavimət göstərdiyi üçün 25 dollar (2018-ci ilin məzənnəsi ilə bu 205 dollar edir) cərimə edilir.[45][46][47]

Vətəndaş hüquqularının müdafiəsi ilə yanaşı 1960–1970-ci illər arası bir sıra sülh və müharibəyə qarşı hərəkatlara da qoşulub.[48] Çikaqo Universitetində oxuduğu müddətdə Tələbələrin Qeyri-Zorakı Koordinasiya Komitəsinin və Tələbə Sülh Birliyinin üzvü olub. O, Vyetnam müharibəsi dövründə vicdani düşüncələrinə görə hərbi xidmətdən imtina ərizəsi yazır, nəticədə onun ərizəsi qəbul edilməsə belə hərbi hazırlığa yaşı çox olduğu üçün xidmətə cəlb olunmur. Müharibəyə qarşı olsa belə heç vaxt döyüşən insanları tənqid etməyib, əksinə müharibə veteranlarına müəyyən güzəştlərin verilməsinin qatı tərəfdarı olub.[49][50]

ABŞ Nümayəndələr Palatasında

Nümayəndələr palatasının təmsilçisi Sanders 1991-ci ildə.

1990-cı ildə qələbə qazanan Sanders 1950-ci ildə seçilmiş Freyzer Reymsdən sonra Nümayəndələr Palatasına seçilmiş ilk müstəqil namizəd oldu. Vaşinqton Post və digərləri qeyd etdilər ki, o son on ildə Nümayəndələr Palatasına seçilmiş ilk solçudur.[51][52] Sanders Nümayəndələr Palatasında 1991-ci ildən 2007-ci ilə qədər fəaliyyət göstərib.

Seçkilər

1988-ci ildə fəaliyyət göstərən respublikaçı konqresmen Cim Ceffords ABŞ senatına seçilmək məqsədilə Nümayəndələr Palatasında Vermont ştatından olan nümayəndə yerini tərk edir. Boş qalan nümayəndə yerinə keçirilmiş seçkidə keçmiş vitse qubernator olan Piter Smit 41% səs toplayaraq qalib gəlir. Seçkilərə müstəqil nümayəndə kimi qatılan Berni Sanders isə 38% səs toplayaraq ikinci yeri qazanır eyni zamanda Demokratların nümayəndəsi olan Paul Poirier 19% səs toplayır.[53] İki il sonra Sanders seçkilərdə 56% səs toplayaraq 39% səs toplayan Smitə qalib gəlir.[54] Sanders 40 il əvvəl Ohayo şəhərindən seçilən müstəqil nümayəndə Frayzer Reymsdən sonra ABŞ Nümayəndələr Palatasına seçilən ilk müstəqil namizəddir.[52]

Qanunvericilik

Nümayəndələr Palatasında fəaliyyət göstərdiyi ilk ildə Sanders tez-tez hər iki partiyadan olan həmkarlarını varlılar üçün işləməkdə günahlandırırdı. 1991-ci ildə Sanders Proqressiv Konqressmenlər Assembleyasının təsisçilərindən biri olur. Assembleya liberal demokratlardan ibarətdir və Sanders 8 il Assembleyaya rəhbərlik edərək[28] eyni zamanda Demokrat partiyasına qoşulmaqdan imtina edib.[55]

Bank islahatları

1999-cu ildə Sanders, investisiya banklarını və kommersiya banklarını ayrı-ayrı sahibkarlıq subyekti kimi saxlayan Qlass-Stiqol qanununun müddəalarının ləğv edilməsinə qarşı çıxmışdır.[56] O, Federal Ehtiyatlar Bürosunun o dövrdə olan sədri Alan Qrinspenin ən böyük tənqidçisi idi. 2003-cü ilin iyununda sədrlə baş tutan sual cavablı müzakirə zamanı, Sanders Qrispenin nəzarətdən çıxdığını deyərək onun tutduğu sədr vəzifəsində özünün əsas funksiyasını yalnız böyük və varlı korporasiyaları təmsil etmək kimi gördüyünü deyib.[57][58][59][60]

Patriot aktı

Sanders, Patriot Aktının tənqidçisi idi.[61] Konqresin üzvü olaraq, o, Patriot Aktının qanunvericiliyinə qarşı səs vermişdir.[62] Bu akt Nümayəndələr Palatasında 357 səs lehinə 66 səs isə əleyhinə olmaqla səsvermə nəticəsində qəbul olunmuşdur. Sander Patriot Aktının qəbul olunmasından sona, Patriot Aktının təsirlərini məhdudlaşdırmağa yönələn düzəlişlər irəli sürmüş[63] və qanunun icra olunmasının dayandırılmasına qarşı səs vermişdir.[64] 2005-ci ilin iyun ayında Sanders, dövlətin vətəndaşların fərdi məlumatlarının və kitab alqı tarixçəsinin əldə etməyə imkan verən Patriot Qanununun müddəalarını məhdudlaşdırmaq üçün bir düzəliş təklif etdi. Düzəliş hər iki partiyanın əksəriyyəti tərəfindən Senatda qəbul edildi, lakin noyabrın 4-də Nümayəndələr Palatası və Senatın danışıqları nəticəsində ilkin qanun layihəsindən çıxarılmış və düzəliş heç vaxt qanunda öz əksini tapmamışdır.[65]

İraq müharibəsi

Sanders 1991 və 2002-ci illərdə İraqa qarşı güc tətbiq etməyə icazə verən qətnamələrə qarşı səs verib və İraqın 2003-cü ildə işğalına qarşı çıxmışdır.

ABŞ senatında

Seçkilər

Senator Cimmi Ceffords seçkilərə qatılıb dördüncü dəfə seçilməyəcəyini bəyan etdikdən sonra 21 aprel 2005-ci ildə Sanders senata seçilmək üçün mübarizəyə başlayıb. Demokratik Senatorların Kampaniyası Komitəsinin sədri Çak Şumer də Sandersi dəstəklədi. Bu çox kritik addım idi çünki bu o demək idi ki, Sandersə qarşı çıxan demokratların heç biri partiyadan maaliyyə dəstəyi ala bilməyəcəklər. Senatın azlıq lideri Nevada ştatından Harri Reyd və Demokratik Milli Komitənin sədri, Vermont ştatının keçmiş qubernatoru Hovard Din də onu dəstəklədilər. 2005-ci ilin may ayında Hovard Din Sandersi öz müttəfiqi saydığını və Sandersin vaxtının 98%-i demokratlarla birgə səsverməyə sərf etdiyi bildirib.[66] O vaxt senator olan Barak Obama da 2006-cı ilin mart ayında Vermont ştatında Sandersə dəstək kampaniyası keçirib.[67]

Vermont tarixində baş tutmuş ən bahalı siyasi kampaniyada Sanders biznesmen Riç Tarranta 2:1 nisbətində qalib gəlib.[68] Bəzi yerli telekanallar Sandersin seçki məntəqələri bağlanan kimi səslər sayılmadan qalib elan olunacağını proqnoz verirdilər. Sanders 2012-ci ildə 71% səslə[69] və 2018-ci ildə isə 67% səslə yenidən seçilib.[70]

Komitə və fraksiyalar

Senatorlar müəyyən qanunvericiliyə aid komitə və fraksiyalarda təmsil olunaraq iclaslarda iştirak edib, komitə və fraksiya üzvlərinin marağını təmin edərək qanunların formalaşmasına təsir edirlər.

2015-ci ilin yanvar ayında Sanders Maliyyə Komitəsində azlıqların nümayəndəsi oldu. Bundan əvvəl isə o, iki il müddətində Senatın Veteranların işi üzrə Komitəsinə rəhbərlik etmişdi. 2017-ci ilin yanvar ayında o, senatın Demokratik Təbliğat Komitəsinin sədri olur. O, müasir pul nəzəriyyəsi sahəsində mütəxəsis olan professor Stefan Keltonu komitənin demokrat azlığında maliyyə məsələləri üzrə baş məsləhətçi təyin edərək "itən orta sinfin bərpası" mövzusunda hesabat hazırlayıb. Hesabatda orta sinfi bərpa etmək üçün minimum əmək haqqının qaldırılması, infrastruktur xərclərinin artırılması və sosial təminat ödənişlərini artırmaq kimi təkliflər irəli sürülüb.

Üzv olduğu komitələr:

  • Maliyyə Komitəsi
  • Ətraf mühit və İctimai işlər Komitəsi
    • Təmiz hava və Nüvə təhlükəsizliyi alt komitəsi
    • "Yaşıl" işlər və Yeni iqtisadiyyat alt komitəsi
    • Nəqliyyat və İnfrastruktur alt komitəsi
  • Enerji və Təbii ehtiyatlar Komitəsi
    • Enerji alt komitəsi
    • Milli parklar alt komitəsi
  • Səhiyyə, Təhsil, Əmək və Təqaüdlər Komitəsi
    • Uşaqlar və Ailələr alt komitəsi
    • Tibbi yardım və Yaşlanma alt komitəsi
  • Veteranların işi üzrə Komitə

Reytinqi

2011-ci ilin avqust ayında ictimai fikri öyrənmək məqsədilə keçirilən sorğuda iştirak edənlərin 67%-i Sandersə qarşı müsbət fikirdə 28%-i isə mənfi fikirdə olub. Bu sorğuya görə o ölkədə ən populyar üçüncü senatordur. Sanders senatda olduğu müddətdə Rəngli Əhalinin İnkişafına Yardım Milli Assosiasiyası və Milli İspanik Liderlik Proqramı tərəfindən 100% səs əldə edib. 2015-ci ilin noyabr ayında keçirilmiş Morning Consult sorğusunda Sanders seçicilərindən 83% müsbət rəy alıb, bu isə onu ölkənin ən populyar senatoru edir. Foks Nyusun 2017-ci ilin mart ayında keçirdiyi sorğuya əsasən bəlli olub ki, Sanders 28 balla ən təmiz və yüksək populyarlığa malik siyasətçidir. O keçirilən eyni sorğuda 2014-cü ildə üçüncü, 2015 və 2016-cı illərdə isə birinci yerə çıxıb.

2016-cı il prezident seçkiləri

Berni Sandersin 2016-cı il ABŞ prezident seçkilərində istifadə etdiyi təbliğat loqosu

6 mart 2014-cü ildə "The Nation" qəzetinə verdiyi müsahibəsində Berni Sanders bəyan edirki, 2016-cı ildə keçiriləcək ABŞ Prezident seçkilərinə namizədliyini vermək üçün hazırdır.[71] 30 aprel 2015-ci ildə isə o Demokrat Partiyasının partiyadaxili seçkilərində (praymeriz) iştirak etmək üçün namizədliyini irəli sürdüyünü açıqlayıb. 9 fevral 2016-cı ildə Nyu-Hempşir ştatında keçirilən praymerizdə xristian olmayan namizədin ilkin seçkilərdə qalib gəlməsi ABŞ tarixində bir ilk idi. Öz bəyanatında Sanders deyir ki:

" Mən inanmıram ki amerikan demokratiyasını qoruyan kişilər və qadınlar milyarderlərin siyasi prosesə sahib olması uğrunda mübarizə aparsınlar. "

Və o bu çıxışını daha sonra bütün seçki kompaniyasının əsas ideyası seçir.[72][73] 12 iyul 2016-cı ildə Sanders rəsmi olaraq respublikaçı Donald Trampa qarşı mübarizə aparan Hilari Klintona dəstək verərək onun uğursuz seçki kampaniyasını dəstəklədi. Bununla yanaşı o, tərəfdarlarını öz seçki kampaniyasının başlatdığı "siyasi inqilab"-ı davam etdirməyə çağırdı.[74]

Kampaniya üsulları

Digər əsas namizədlərdən fərqli olaraq, Sanders nə Super SHK-dən (Siyasi Hərəkətlər Komitəsi) nə də, varlı donorlardan maliyələşməyə çalışmayaraq kiçik şəxsi ianələrə üstünlük verdi.[75] Seçkilərə qatılmasını rəsmi şəkildə bəyan etdikdən sonra seçki kampaniyası 24 saat ərzində 1.5 milyon dollar yığa bilmişdi.[76] İlin sonunda kampaniya 2.5 milyon insanın verdiyi ianə ilə ümumilikdə 73 milyon dollar topladı. Bu orda hesabla hər şəxsin 27.16 dollar ianə verməsi deməkdir.[77] 2016-cı ilin yanvar ayının sonunda Berni Sandersin seçki kampaniyasına 3.25 milyon insan ianə vermişdi. Təkcə yanvar ayı ərzində isə 20 milyon dollar toplanmışdı.[78]

Sanders təbliğat aparmaq üçün sosial şəbəkələrdən istifadə edirdi. Beləki o, TvitterFacebook kimi sosial şəbəkələrdə paylaşımlar edir Reddit sosial şəbəkəsində isə sualları cavablandırırdı.[79] O internet məkanında çox böyük təşkilati dəstək əldə etmişdi. 29 iyul 2015-ci ildə onlayn təşkil edilmiş görüş ölkədə həmin vaxta təyin edilmiş 3500 tədbirin olmasına baxmayaraq 100.000 tərəfdarı toplaya bilmişdi.[80]

Sandersin seçki kampaniyası özünün belə gözləmədiyi halda çoxlu insanları cəlb etdi.[81][82][83] 1 iyul 2015-ci ildə Viskonsin ştatının mərkəzi Medison şəhərində keçirilən təbliğat kampaniyası 2016-cı ildə bu tarixə qədər keçirilmiş bütün namizədlərin təbliğat kampaniyalarından daha çox insanı cəlb etmişdi.[84][85] Təxmini hesablamalara görə bu şəhərdə keçirilən seçkiqabağı kampaniyaya 10 min sonrakı həftələrdə Arizonada 11 min[86], Sietlda 15 min[87] Portlenddə isə 28 min insan iştirak etmişdir.[88]

Debatlar

2016-cı ildə Demokrat Partiyasından prezidentliyə namizədin seçilməsi üçün debatlar keçirildi. Demokratların Milli Komitəsi (DMK) 2015-ci ilin may ayında elan etdi ki, 6 debat baş tutacaq. Tənqidçilər hesab edirlər ki, debat sayının azlığı və qrafiki, debatların yarısının altıncı gün və ya bazar günü axşam olması Demokratların Milli Komitəsi tərəfindən lider Hilari Klintonu qorumaq məqsədilə qəsdən belə təşkil edilmişdi.[89] 2016-cı ilin fevral ayında Sandersin və Klintonun seçki kampaniyaları daha dörd debatın, ümumilikdə isə on debatın keçirilməsi ilə bağlı razılığa gəlmişdilər.[90] Lakin Hilari Klinton Kaliforniaydakı praymerizdən qabaq baş tutacaq sonuncu debatda Kaliforniyalı seçicilərlə birbaşa əlaqənin vacibliyini vurğulayaraq eləcə də ümumi seçkilərə hazırlığı səbəb göstərərək iştirak etmədi.[91] Sanders isə öz növbəsində Klintonun ən böyük və ən vacib praymerizdən qabaq debatlardan imtina etməsinə görə məyus olduğunu bildirdi.[92]

Sorğu və xəbərlər

NBC/Voll Strit Jurnalnın mayda keçirdiyi sorğuya əsasən məlum olur ki, respublikaçılardan olan Donald Trampla Hilari Klinton "ölü istilikdədirlər"(hər iki mübarizə aparanın eyni səviyyədə olması). Lakin elə həmin sorğu həm də bunu göstərdi ki, əgər Sanders Demokrat partiyasının namizədi olsaydı onu seçicilərin 53%-i Trampı isə seçicilərin 39%-i dəstəkləyəcəkdi.[93] Klinton və Tramp sorğunun tarixində çox da tanınmış namizəd deyildilər bununla yanaşı Sanders bu sorğuda 43% müsbət 36% mənfi reytinq qazanıb.[94] Sorğular həm də bunu göstərdi ki, 50 yaşdan yuxarı olan seçicilərin böyük əksəriyyəti Klintonu yaşı əlliyə çatmayanlar isə Sandersi dəstəkləyirdilər.[95]

Bəzi tərəfdarlar Nyu-York Tayms kimi nəşrlərin Sandersin kampaniyasını digər namizədlərin xüsusilə də Tramp və Klintonun xeyrinə daha az işıqlandırmaları ilə bağlı narahatlıqlarını ifadə edirdilər. Tayms qazetinin "ictimai redaktoru" ombudsmanı qazetin Sanders haqqında yazdıqlarını araşdırarkən aşkar etdi ki, qəzet 2015-ci ilin sentyabr ayından onun haqqında yazılara önəm verməyib. Yazıların bəziləri istehzalı, təəssüf doğuran yazılar idi. Məqalələr namizədin danışdıqları haqda deyil, daha çox onun yaşı, görünüşü və üslubu haqda idi. O həm də, Tayms qəzetinin Sandersin kampaniyasını Trampın kampaniyasına nəzərən daha solğun daha zəif işıqlandırdığını da aşkar etdi. Beləki qəzet Trampın seçki kampaniyası haqqında 63 Sandersin seçki kampaniyası haqqında isə 14 məqalə çap edib.[96][97] 2015-ci ilin dekabr ayına olan hesabata görə baxmayaraq ki, Sanders və Tramp sorğularda eyni nəticə göstərmişdilər üç böyük telekanal CBS, NBCABC-nin Tramp haqqında hazırladıqları reportajların ümumi müddəti 234 dəqiqə Sanders haqqında hazırladıqları reportajların müddəti isə 10 dəqiqə olmuşdur. Hesabatda həm də qeyd olunurdu ki, ABC Bu Axşam Dünya Xəbərlərində verilişində Trampla bağlı 81 dəqiqə Sanders haqqında isə bir dəqiqədən daha az danışılmışdır.[98]

Nyusvik jurnalının analizinə əsasən praymerizdə Sandersi dəstəkləyənlərin 12%-i ümumi seçkilərdə Trampa səs veriblər. Məhz bu faiz seçkiləri Trampın xeyrinə dəyişməyə bəs edib. Ancaq müqayisə üçün qeyd edək ki, 2008-ci ildə demokratların ilk seçkilərində Klintona səs verənlərin 25%-i ümumi seçkilərdə respublikasçıların namizədi olan Con Makkeynə səs vermişdilər.[99]

Nəticə

İlkin seçkilərdən sonra Klinton demokratların vahid namizədi oldu.[100] 12 iyul tarixində Sanders rəsmi olaraq Klintonu vahid namizəd kimi tanıdı[101] və Demokratların Milli Konfransının təşkilatçıları ilə birlikdə əvvəlki mübarizəsinə davam etdi. Sanders 25 iyul 2016-cı ildə Demokratların Milli Konfransında çıxış edərkən Klintona öz dəstəyini bildirib. Sandersin bəzi tərəfdarları Klintonun vahid namizəd kimi seçilməsinə etiraz əlaməti olaraq fit çalıblar, Sanders isə öz növbəsində onları partiya birliyini qorumağa çağırıb. Və çıxışında bunları deyib:[102]

" Bizim iki vəzifəmiz var Donald Trampa qalib gəlmək və Hilari Klintonu seçmək....Bu asandır amma Trampın prezidentliyi altında yaşasaq öz uşaqlarımızın üzünə baxmaq çətin olacaq. "

2016-cı ilin noyabr ayında Sandersin "Bizim inqilab: bizim inandığımız gələcək" adlı kitabı işıq üzü görüb. Kitab çap olunduqdan sonra Nyu-York Tayms qəzetinin ən yaxşı satılan kitablar siyahısında üçüncü yerə çıxıb. Kitabın audio kitab versiyası isə "Ən yaxşı danışan albom" nominasiyasında Qremmi mükafatına layiq görülüb.[103] Sonradan elə 2016-cı ildə Sanders seçiciləri problemlərlə tanış etmək, insanları siyasi prosesə cəlb etmək, proqressiv namizədləri seçmək üçün "Bizim inqilab" adlı siyasi təşkilat qurub. 2017-ci ilin fevral ayından etibarən Sanders Facebook sosial şəbəkəsindən "Berni Sandersin şousu" adlı video çıxışlara başlayıb. 2017-ci ildə keçirilən sorğular göstərib ki, Sanders ABŞ-da ən tanınmış siyasətçidir.[104][105][106]

2020-ci il prezident seçkiləri

19 fevral 2019-cu ildə Vermont İctimai Radiosuna müsahibə verən Sanders, 2020-ci il ABŞ prezidentliyinə seçkilərdə Demokrat Partiyasından namizəd olmaq istəyini açıqladı.[107] Sanders, 2006, 2012 və 2018-ci illərdə ABŞ Senatına Vermont Demokrat Partiyasının üzvü kimi qatılmaqdan imtina etmişdir və müstəqil nümayəndə kimi seçkilərə qatılmışdır. Bu hal 2016-cı ildə Demokratik partiyasından prezidentliyə namizəd olmasına problemlər yaratmışdır. 2019-cu ildə prezident seçkilərini kampaniyasının elan etməklə yanaşı, Sanders Demokrat Partiyasının üzvü olduğunu da elan etmişdir.[108] 5 mart 2019-cu ildə o, "sadiqlik vədi" kimi tanınan rəsmi bir bəyanatla Demokrat Partiyanın üzvü olub və seçildiyi təqdirdə Demokrat kimi xidmət edəcəyini bəyan etmişdir.[109]

Siyasi mövqeyi

2015-ci ilin noyabr ayında Sanders, Corctaun Universitetində demokratik sosializmə dair öz baxışları haqqında çıxış etmişdir. Çıxış zamanı sosialist proqramların və baxışların Franklin D. RuzveltinLindon Consonun siyasətinə necə təsir etdiyi haqda dinləyiciləri məlumatlandırıb.[110][111]

Sanders, demokratik sosializmin onun üçün nə demək olduğunu belə izah etmişdir:[110]

" Mən hökumətin baqqal mağazasına sahib olasına, idarə etməsinə və ya digər istehsal vasitələrinə sahib olmasının vacibliyinə inanmıram və bunun tərəfdarı deyiləm. Bununla belə hesab edirəm ki, Amerikanın var dövlətini yaradan orta təbəqə və işləyən ailələr yüksək həyat səviyyəsinə layiqdirlər və onların gəlirləri artmalıdır azalmalı deyil.

Mən Amerikadakı iş yerlərini bağlayıb, daha çox gəlir əldə etmək məqsədilə xaricdəki ucuz işçi qüvvəsini işlədən şirkətlərə yox, Amerikaya investisiya qoyub burada inkişaf edib, böyüyən, iş yerləri yaradan şirkətlərə inanıram.

"

Çıxış və fikirləri

Demokrat Partiyasından namizədliyi Hillari Klinton qazandıqdan sonra Berni Sanders demişdir:[112]

" Partiya rəhbərliyi həmişə prezidentliyə nominasiya prosesində qərəzsiz olmalıdır, bu, 2016-cı il yarışında baş vermədi. "

2016-cı il seçkilərində Berni Sanders Klintona dəstək verəcəyini bildirərək bunları demişdir:[113]

" Donald Trampın qələbə qazanmasına yol verməmək üçün əlimdən gələni etməyə hazıram. Düşünürəm ki, Tramp qələbə çalarsa, bu, bir çox səbəblərə görə dəhşət olacaq. "

Donald Tramp prezident seçildikdən sonra demokratların haqq-ədalət naminə sadə vətəndaşlara əsaslanan hərəkat başlamalı olduqlarını bildirərək bunları demişdir:[114]

" Bizim bütün dünya ölkələri arasında reseptli dərmanlar üçün ən yüksək qiymət ödəməyimizin, hər kəsi səhiyyə xidmətləri ilə təmin etməyən yeganə böyük ölkə olmağımızın heç bir rasional səbəbi yoxdur. "

İstinadlar

  1. 1 2 3 4 5 6 SANDERS, Bernard (1941 - ). ABŞ Konqresi.
  2. 1 2 Bernard (Bernie) Sanders // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Biographical Directory of the United States Congress (ing.). GPO, 1903.
  4. 1 2 http://www.politifact.com/punditfact/statements/2015/aug/12/george-will/george-will-reminds-readers-about-bernie-sanders-u/.
  5. https://web.archive.org/web/20170128212952/https://berniesanders.com/about/.
  6. 1 2 https://justfacts.votesmart.org/candidate/biography/27110/bernie-sanders.
  7. 1 2 Fineman H. Bernie Sanders Thinks Hillary Is Eric Cantor (ing.). HuffPost, 2014.
  8. 1 2 Bernie Sanders's '100% Brooklyn' Roots Are as Unshakable as His Accent (ing.). / J. Kahn Manhattan: The New York Times Company, 2015. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
  9. Bernie Sanders' ancestral town in Poland kvells over his Iowa performance. Jewish Telegraphic Agency, 2016.
  10. Çex Milli Hakimiyyət Məlumat bazası.
  11. "Our Caucus | Senate Democratic Leadership" (ingilis). www.democrats.senate.gov. 2018-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-23.
  12. * Bernie Sanders’s Exceedingly Social But Doesn't Like Parties Arxivləşdirilib 2017-12-24 at the Wayback Machine // The Washington Post
  13. "A leading socialist explains what Bernie Sanders's socialism gets right — and wrong". Vox. 2021-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-23.
  14. "Bernie Sanders' war on the banks". Salon (ingilis). 2011-10-25. 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-23.
  15. "Берни Сандерс объявил об участии в выборах президента США в 2020 году". 2019-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  16. CNN, Gregory Krieg. "Bernie Sanders launches second presidential campaign". CNN. 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-19.
  17. "Senator Berni Sanders prezidentliyə namizədliyini irəli sürüb". amerikaninsesi.org. 19 fevral 2019. 2019-02-28 tarixində orijinalından arxivləşdirilib.
  18. "Berni Sanders ABŞ prezidenti seçkilərində iştirak etməyə hazırlaşır". azertag.az. 26 yanvar 2019. 2019-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  19. Horowitz, Jason. "Bernie Sanders's '100% Brooklyn' Roots Are as Unshakable as His Accent". The New York Times. July 24, 2015. January 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 18, 2016.
  20. "Bernie Sanders". Jewish Virtual Library. American-Israeli Cooperative Enterprise. December 22, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 18, 2016.
  21. "Bernie Sanders Biography". Biography.com. A&E Television Networks, LLC. August 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 18, 2016.
  22. "Sanders, Bernard (1941 – )". Biographical Directory of the United States Congress. Office of the Clerk of the United States House of Representatives' Office of History and Preservation and the Office of the Historian of the United States Senate. July 31, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 18, 2016.
  23. 1 2 "Bernie Sanders' ancestral town in Poland kvells over his Iowa performance". Jewish Telegraphic Agency. February 2, 2016. June 17, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 3, 2016.
  24. 1 2 "Eli Sanders". Geni.com. September 9, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 23, 2016.
  25. New York Passenger Lists, 1820–1957 immigration record: Eliasz Gitman, sailing from Antwerp, mother Jetti Gutman, citizenship in 1927 as Elias Sanders
  26. Chana, Jas. "Straight Outta Brooklyn, by Way of Vermont: The Bernie Sanders Story". Tablet. August 20, 2015. February 12, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 20, 2016. Soltys told them that at the time the Nazis invaded Poland, Romek was the leader of Slopnice's Jewish community. "Which of course," Larry said, "meant he was one of the first to be killed."
  27. Gaudiano, Nicole. "OnPolitics: 6 things to know about Bernie Sanders". USA Today. April 28, 2015. July 27, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 19, 2015.
  28. 1 2 3 Leibovich, Mark. "The Socialist Senator". The New York Times. January 21, 2007. December 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2015.
  29. "Bessie Glassberg (Goldberg)". Geni.com. June 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 27, 2016.
  30. "Benjamin Glassberg". Geni.com. January 28, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 27, 2016. Birthplace: Radzyn Podlaski, Radzyń Podlaski County, Lublin Voivodeship, Poland
  31. Horowitz, Jason. "Bernie Sanders's '100% Brooklyn' Roots Are as Unshakable as His Accent" Arxivləşdirilib 2021-01-02 at the Wayback Machine, The New York Times, July 24, 2015. Retrieved February 21, 2016.
  32. 1 2 Bump, Philip. "The untold story of Bernie Sanders, high school track star". The Washington Post. January 29, 2016. February 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2016.
  33. Felsenthal, Carol. "Bernie Sanders Found Socialism at the University of Chicago". Chicago magazine. May 4, 2015. July 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2015.
  34. 1 2 Stone, Kurt F. The Jews of Capitol Hill: A Compendium of Jewish Congressional Members. Lanham, Maryland: Scarecrow Press. 2010. səh. 483. ISBN 9780810857315. OCLC 755001191.
  35. 1 2 "Bernie Sanders Fast Facts". CNN. August 20, 2015. August 31, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 13, 2015.
  36. Kruse, Michael. "Bernie Sanders Has a Secret: Vermont, his son and the hungry early years that made him the surging socialist he is today". Politico. July 9, 2015. August 4, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2015.
  37. 1 2 Kelly, Amita. "5 Things You Should Know About Bernie Sanders". NPR. 29 aprel 2015. 2022-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2015.
  38. Nichols, John. "Bernie Sanders Speaks". The Nation. 6 iyul 2015. 2020-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2015.
  39. Tim Murphy. "Here's What Bernie Sanders Actually Did in the Civil Rights Movement". Mother Jones. 11 fevral 2016. 2017-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016.
  40. Frizell, Sam. "The Radical Education of Bernie Sanders". Time. 26 may 2015. 10 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2015.
  41. Perlstein, Rick. "A political education". The University of Chicago Magazine. yanvar 2015. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2015.
  42. Craven, Jasper. "Can Sanders' civil rights experience at U. of C. translate on campaign trail?". Chicago Tribune. 26 avqust 2015. ISSN 1085-6706. 8 yanvar 2016 tarixində arxivləşdirilib.
  43. Frizell, Sam. "The Radical Education of Bernie Sanders" Arxivləşdirilib 2015-12-10 at the Wayback Machine, Time (26 may 2015).
  44. Sanders, Bernie. "News 25 avqust". Senate.gov. 2020-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2015.
  45. Skiba, Katherine. "Arrest photo of young activist Bernie Sanders emerges from Tribune archives". Chicago Tribune. 22 fevral 2016. 27 February 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
  46. Murphy, Tim. "Read 21-Year-Old Bernie Sanders' Manifesto on Sexual Freedom". Mother Jones. 26 avqust 2015. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2015.
  47. Kampf-Lassin, Miles. "What Chicago Taught Bernie". Jacobin (magazine). 3 mart 2019. 2020-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2019.
  48. Murphy, Tim. "Here's What Bernie Sanders Actually Did in the Civil Rights Movement". Mother Jones. 11 fevral 2016. 2017-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2016.
  49. Vogel, Steve. "Bernie Sanders on frontline for veterans". The Washington Post. 14 aprel 2013. 2020-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2015.
  50. Parks, Mary Alice. "Bernie Sanders Applied for 'Conscientious Objector' Status During Vietnam, Campaign Confirms". ABC News. 31 avqust 2015. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2015.
  51. Daly, Christopher B. "For Vermont's Sanders, Victory Followed Long Path; First Socialist Elected to House in Decades Gets Attention With Frank Talk of Class Conflict". The Washington Post. 11 noyabr 1990. 2017-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2017.
  52. 1 2 Pertman, Adam. "'The Times Caught Up' To Vermont Socialist". Boston Globe. 11 noyabr 1990. 2013-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-19.
  53. "VT At-Large Race, 8 noyabr 1988". ourcampaigns.com. 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2013.
  54. "Vermont State archives – General Election Results" (PDF). 2016-12-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2016.
  55. "Is Bernie Sanders a Democrat?". PolitiFact. 2020-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  56. "Who should pay?". Brattleboro Reformer. 23 sentyabr 2008. 29 may 2015 tarixində arxivləşdirilib.
  57. "Statement of Congressman Sanders on 7/16/2003 regarding: Congressman Sanders' Questioning of Federal Reserve Chairman Greenspan". 26 sentyabr 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2010 – Web.archive.org vasitəsilə.
  58. Bernie Sanders vs. Alan Greenspan (Best Video Quality) Arxivləşdirilib 2022-04-05 at the Wayback Machine. C-SPAN video on YouTube. Retrieved 20 iyun 2015.
  59. Edmund Andrews for The New York Times. 23 oktyabr 2008 Greenspan Concedes Error on Regulation Arxivləşdirilib 2008-10-24 at the Wayback Machine
  60. Naylor, Brian. "Greenspan Admits Free Market Ideology Flawed". NPR. 24 oktyabr 2008. 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2016.
  61. Tau, Byron. "Rand Paul, Bernie Sanders Revel in NSA Ruling". The Guardian. 7 may 2015. 29 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2015.
  62. "Final Vote Results for Roll Call 398". Office of the Clerk of the U.S. House of Representatives. 5 February 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2015.
  63. Hudson, David L., Jr. "Patriot Act". Libraries and First Amendment. First Amendment Center. 25 may 2004. 20 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 may 2015.
  64. Sanders, Bernie. "Bernie Sanders: It's Time To End Orwellian Surveillance of Every American". Time. 7 may 2015. 2 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2015.
  65. "Sanders' Freedom to Read Language Dropped from Spending Bill". American Library Association Washington Office Newsline. 14 (107). 4 noyabr 2005. 4 iyun 2006 tarixində arxivləşdirilib.
  66. "Meet the Press: Transcript". NBC News. 22 may 2005. 14 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2011.
  67. Krieg, Gregory. "Watch Young Senator Barack Obama Campaign for Bernie Sanders in 2006". mic.com. 9 iyul 2015. 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2015. Back in March 2006, the future president traveled to Vermont to headline a rally and fundraiser for then-Rep. Bernie Sanders, an independent running for Senate, and Pete Welch, a Democrat seeking election to Sanders's House seat.
  68. Ring, Wilson. "Sanders, Welch are winners in Vermont". Boston Globe. Associated Press. 7 noyabr 2006. İstifadə tarixi: 25 yanvar 2007.
  69. "Vermont Election Results". Decision 2012. NBC News. 2011-12-02. 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2013.
  70. Vermont Secretary of State. "Vermont electoral results, 2018" (PDF). State of Vermont. noyabr 2018. 2019-01-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. (#invalid_param_val)
  71. Nichols, John. "Bernie Sanders: 'I Am Prepared to Run for President of the United States'". The Nation. 6 mart 2014. 2014-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 mart 2014.
  72. Kane, Paul; Rucker, Philip. "An unlikely contender, Sanders takes on 'billionaire class' in 2016 bid". The Washington Post. 30 aprel 2015. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2015.
  73. Rappeport, Alan. "Bernie Sanders Announces He Is Running for President". The New York Times. 30 aprel 2015. 2015-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2015.
  74. Lee, MJ; Merica, Dan; Zeleny, Jeff. "Bernie Sanders endorses Hillary Clinton". CNN. 2 iyul 2016. 6 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2018.
  75. Bradner, Eric. "Sanders doesn't want billionaires' backing". CNN. 30 aprel 2015. 6 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2015.
  76. Thomas, Ken. "Sanders raises $1.5M after announcing presidential bid". Yahoo News. Associated Press. may 1, 2015. iyul 22, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyul 19, 2015.
  77. "Sanders raises $33M in final quarter, $73M total for 2015". Politico. 2 yanvar 2016. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2016.
  78. Bernie Sanders' Small Donor Fundraising Continues To Set Records Arxivləşdirilib 2018-11-30 at the Wayback Machine. HuffPost. 31 yanvar 2015.
  79. Corasaniti, Nick. "Seeking the Presidency, Bernie Sanders Becomes Facebook Royalty Through Quirky Sharing". The New York Times. 18 may 2015. 18 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2015.
  80. Lisa Lerer (30 iyul 2015). More than 100,000 people participated in a mega-grassroots Bernie Sanders event Arxivləşdirilib 2022-08-07 at the Wayback Machine. Business Insider. Retrieved 19 avqust 2015.
  81. Sofia Tesfaye (16 iyun 2015). America is feeling the Bern: Bernie Sanders draws overflow crowds – and surges in the polls Arxivləşdirilib 2022-08-07 at the Wayback Machine. Salon. Retrieved 16 iyun 2015.
  82. John Wagner (15 iyun 2015). Meet the people coming to see Bernie Sanders in Iowa Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine. The Washington Post. Retrieved 16 iyun 2015.
  83. Tamara Keith (15 iyun 2015). Bernie Sanders 'Stunned' By Large Crowds Showing Up For Him Arxivləşdirilib 2020-11-17 at the Wayback Machine. NPR. Retrieved 16 iyun 2015.
  84. Seitz-Wald, Alex. "Bernie Sanders draws biggest crowd of any 2016 candidate yet". MSNBC. 1 iyul 2015. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2015.
  85. Reilly, Mollie. "Bernie Sanders Draws His Biggest Crowd Yet In Progressive Stronghold". HuffPost. 2018-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2015.
  86. Wagner, John. "Bernie Sanders draws his biggest crowd yet – in Arizona of all places". The Washington Post. 19 iyul 2015. 2015-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2015.
  87. Connelly, Joel. "Bernie Sanders draws 15,000 people at UW, state's biggest political crowd since 2010 Obama visit". Seattle Post-Intelligencer. 8 avqust 2015. 2015-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2015.
  88. Chris Cillizza (10 avqust 2015). This Bernie Sanders crowd shot should make Hillary Clinton a little jittery Arxivləşdirilib 2022-03-10 at the Wayback Machine. The Washington Post. Retrieved 10 avqust 2015.
  89. Mataconis, Doug. "How Saturday debates protect Hillary Clinton". The Christian Science Monitor. 2 dekabr 2015. 2020-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2015.
  90. Greg Sargent. "It's on: Looks like we're getting four more Democratic debates". The Washington Post. 3 fevral 2016. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2016.
  91. "Delegate math: Clinton wins, and how AP counts delegates" (ingilis). Associated Press. 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
  92. Merica, Dan; Stelter, Brian. "Clinton declines to debate Sanders in California". CNN. 24 may 2016. 26 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2016.
  93. Murray, Mark. "Meet the Press". NBC. 23 may 2016. 7 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2016.
  94. Todd, Chuck; Murray, Mark; Dann, Carrie. "First Read: Clinton's Challenge Is Winning Over Sanders Voters". NBC. 23 may 2016. 11 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2016.
  95. Decker, Cathleen. "Why young voters are flocking to Sanders and older ones to Clinton". 19 aprel 2016. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2016.
  96. Sullivan, Margaret. "Public Editor's Journal: Has The Times Dismissed Bernie Sanders?". The New York Times. 9 sentyabr 2015. 23 sentyabr 2015 tarixində arxivləşdirilib.
  97. Debenedetti, Gabriel; Gass, Nick. "Bernie Sanders overtakes Hillary Clinton in Iowa". Politico. 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2015.
  98. "Report: Top News Shows Give Trump 234 Minutes, Sanders 10 Minutes". Democracy Now. 15 dekabr 2015. 6:06. 16 dekabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2015.
  99. Le Miere, Jason. "Bernie Sanders Voters Helped Trump and Here's Proof". Newsweek. 23 avqust 2017. 7 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2018.
  100. Alcindor, Yamiche. "Bernie Sanders, Still Running, Pledges to 'Make Certain' Donald Trump Is Defeated". The New York Times. 16 iyun 2016. 2016-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  101. "Bernie Sanders endorses Hillary Clinton". CNN. 12 iyul 2016. 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  102. Collinson, Stephen. "Bernie Sanders: 'I am proud to stand with her'". CNN. 26 iyul 2016. 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2016.
  103. Johnson, Ted. "Bernie Sanders Earns Grammy Nomination". Variety. 27 noyabr 2017. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.
  104. Easley, Jonathan. "Poll: Bernie Sanders country's most popular active politician". The Hill. 18 aprel 2017. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2017.
  105. Observer, 2017 July 11, "Poll Confirms Bernie Sanders Is the Most Popular Politician in the Country, As an Independent, He Appeals to Disenfranchised Voters and Millennials ", http://observer.com/2017/07/bernie-sanders-most-popular-politician/ Arxivləşdirilib 2022-08-02 at the Wayback Machine
  106. Schwartz, Drew. "Bernie Sanders Is the Most Popular Politician in America, Poll Says". Vice. 24 avqust 2017. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2017.
  107. News, V. P. R. "He's In For 2020: Bernie Sanders Is Running For President Again". www.vpr.org (ingilis). 2019-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2019.
  108. DiStaso, John. "Independent Bernie Sanders to put in writing that he's a 'bona fide' Democrat". WMUR. 22 fevral 2019. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  109. Seitz-Wald, Alex. "Bernie Sanders signs DNC loyalty pledge: 'I am a member of the Democratic Party'". NBC News. 5 mart 2019. 2020-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019.
  110. 1 2 Foran, Clare. "How Bernie Sanders Explains Democratic Socialism". The Atlantic. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  111. Senator Bernie Sanders on Democratic Socialism in the United States Arxivləşdirilib 2017-07-20 at the Wayback Machine. BernieSanders.com, 19 noyabr 2015.
  112. Dilşad Əliyarlı. "Demokratlar tarixi qurultaya etiraz nümayişləri və email qalmaqalı ilə başlayır". amerikaninsesi.org. 25 iyul 2016. 4 mart 2019 tarixində arxivləşdirilib.
  113. "ABŞ: Bernie Sanders Clintona səs verəcəyini bildirib". bbc.com. 24 iyun 2016. 4 mart 2019 tarixində arxivləşdirilib.
  114. "Trampın qələbəsindən sonrakı ilk müsahibəsi". amerikaninsesi.org. 14 noyabr 2016. 4 mart 2019 tarixində arxivləşdirilib.