Abbas Əhməd
Abbas Allahverdi oğlu Əhmədov, musiqi ləqəbi Abbas Əhməd (d. 25 dekabr 1960) - Azərbaycan ballada müğənnisi. 1990-cı illərin əvvəlində "Ürəyim yanar" adlı mahnıyla məşhurlaşdı.
Həyatı
1960-cı ildə Rusiyada doğulub, amma əsili Şamaxıdandır.[1] Rusiyada məktəbə getmişdir.[1] Dördüncü sinifdə oxuyanda bir müddətə Bakıya köçdü.[1]
1989-cu ildə "Qızıl payız" mahnı müsabiqəsində birinci yeri tutdu.[1] 1988-ci ildən 2002-ci ilə qədər "Qaya" musiqi qrupunda işləmişdir.[1] 1992-ci ildə "Ürəyim yanar" mahnısını Elçin Mirzəbəylinin sözlərinə yazdı. Mahnını həyat yoldaşıma həsr etdi.[1] 2003-cü ildən Rusiyada yaşayır, Moskvadan 15–20 kilometr kənarda. Bacısı, qardaşı və anasl isə Bakıda yaşayırlar.
Şəxsi həyatı
İki dəfə evlənmişdir. Birinci nikahdan bir oğlu var. İkinci həyat yoldaşıla 22 ildən çox evlidir, o nikahdan övlad yoxdur.[1]