Çingiz Aytmatov

Vikipediya, azad ensiklopediya
Seyidnisə (müzakirə | töhfələr) (Hekayələri) tərəfindən edilmiş 11:40, 1 fevral 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Çingiz Aytmatov
qırğ. Чыңгыз Төрөкулович Айтматов
Doğum tarixi 12 dekabr 1928(1928-12-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 10 iyun 2008(2008-06-10)[3][1][…] (79 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı[6], böyrək çatışmazlığı[d]
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat, jurnalist, tərcüməçi, romançı, ssenarist, fantastika yazıçısı[d], yazıçı, nasir
Fəaliyyət illəri 1952–2006
Əsərlərinin dili rus dili, Qırğız dili
Janrlar povest[d], povest
Tanınmış əsərləri
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Dostluq" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Əməkdə fərqlənməyə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı Medal "In Commemoration of the 1000th Anniversary of Kazan" "Əmək veteranı" medalı "Dostluq" ordeni "Vətən" ordeni Officer's Cross of the Hungarian Order of Merit Macarıstanın "Xidmətlərə görə" ordeni
"Lenin" mükafatı SSRİ Dövlət mükafatı
"Dostluq" ordeni "Böyük xidmətlərə görə" ordeni
Qırğızıstan Respublikası Qəhrəmanı
1-ci dərəcəli "Manas" ordeni "N. K. Krupskaya" medalı "Təbəssüm" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çınğız Töröquloviç Aytmatov (12 dekabr 1928[1][2][…], Şəkər[d], SSRİ[4]10 iyun 2008[3][1][…], Nürnberq, Bavariya[5]) — görkəmli qırğız yazıçısı, ictimai-siyasi xadim. Aytmatovun əsərləri dünyanın 174 dilinə tərcümə olunub, əsərlərinin ümumi tirajı 80 milyondur. O, dəfələrlə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub. Dünya şöhrəti qazanmış görkəmli yazıçı Çingiz Aytmatov XX əsr bədii düşüncəsinin və ümumiyyətlə, ədəbiyyatın və ictimai fikrin ən qüdrətli yaradıcılarından biridir[7]. Böyük söz ustadı Çingiz Aytmatov ümumən dünya ədə­biyyatını, o cümlədən qırğız ədəbiyyatını tam orijinal olan bənzərsiz obrazlarla zənginləşdirmişdir.

Həyatı

Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstan Muxtar Sovet Sosialist Respublikasının Talas Kantonunun (indiki Qırğızıstanın Talas vilayəti) Şəkər kəndində anadan olub[8] . Atası - Torequl Aytmatov (1903–1938) əvvəlcə kəndli fəalı, sonra sovet və partiya işçisi, Qırğızıstan SSR-in görkəmli dövlət xadimi olmuşdur. Torequl Aytmatov görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə millətçilik bəhanəsi ilə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. Anası - milliyyətcə tatar olan Naqimə Abduvəliyeva (1904–1971) ordu siyasi xadimi, sonralar ictimai xadim olmuşdur[9]. O, 1904-cü il­də İs­sık-göl ya­xın­lı­ğın­da­kı Ka­ra­kol şə­hə­rin­də ana­dan ol­muş­dur. Çingiz, qardaşları və bacıları atalarının təkidi ilə həbs olunmamışdan əvvəl Şəkərə köçüblər. Müha­ri­bə bit­dik­dən son­ra 0, rus kən­di Pok­rov­ka­da or­ta mək­tə­bə get­mə­yə baş­la­mışdır. Səkkiz sinfi bitirdikdən sonra Cambul Zootexnikumuna (indiki Kulan Aqrotexniki Texnikum) daxil olub, oranı fərqlənmə diplomu ilə bitirib. 1948-ci ildə Frunze şəhərindəki Qırğızıstan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1953-cü ildə oranı bitirmişdir. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Çingiz Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya şöhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb.

Dünya şöhrətli yazıçı və ictimai xadim Çingiz Aytmatov 2008-ci il iyulun 10-da Almaniyanın Nürnberq xəstəxanasında dünyasını dəyişmiş və Bişkek yaxınlığındakı Ata-Beyt memorial kompleksində dəfn olunmuşdur[10].

Fəaliyyəti

Mosk­va­da Ali Ədə­biy­yat kur­su­nu bi­tir­dik­dən son­ra Biş­kek şə­hə­rin­də jur­na­list ki­mi fəa­liy­yə­tə baş­la­yan Çin­giz Ayt­ma­tov 1958-1960-cı il­lər­də “Лит­ератур­ний Кыр­гызыс­тан” jur­na­lı­nın re­dak­to­ru olmuş, 1960-1965-ci il­lər­də “Пра­в­да” qə­ze­ti­nin Orta Asiya və Qazaxıstan üzrə xüsu­si müxbi­ri və­zi­fə­sin­də ça­lı­şmışdır[11]. Böyük Vətən Müharibəsi illərində Ayt­ma­tov kənd so­ve­ti­nin ka­ti­bi, müha­sib, ge­cə­lər isə trak­tor­çu bri­qa­da­sın­da ça­lış­ma­lı olmuşdur, “Üz-üzə”, “Cə­mi­lə”, “Ana tar­la”, “Er­kən gə­lən dur­na­lar” po­vest­lə­ri­ni, “Əs­gər oğ­lu”, “Oğul­la görüş” he­ka­yə­lə­ri­ni  məhz bu dövrdə ya­şa­dı­ğı, gördüyü ha­di­sə­lər əsa­sın­da qə­lə­mə al­mış­dır[11]. 1990–1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. Aytmatov 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, LüksemburqNiderlanddakı səfiri olub. Çingiz Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, AsiyaAfrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin rəhbərlərindən biri, "Xarici ədəbiyyat" jurnalının baş redaktoru, "İssık-kul forumu" adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi[12]. 2006-cı ildə "İlin avtoqrafı" kitabının buraxılışında iştirak edib. Çin­giz Ayt­ma­tov 1968-ci il­də Qır­ğı­zıs­ta­nın Xalq ya­zı­çı­sı, 1974-cü il­də isə ölkə­si­nin Elm­lər Aka­de­mi­ya­sı­nın hə­qi­qi üzvü se­çil­miş­dir. Çin­giz Ayt­ma­tov 1984-cü il­də Av­ro­pa Elm və Sə­nət Aka­de­mi­ya­sı­nın üzvü se­çil­miş­dir.

Yaradıcılığı

O, ya­ra­dı­cı­lı­ğa şe­ir­lə baş­la­mış­dı. İlk he­ka­yə­lə­ri olan “Qə­zet­çi Dzyu­yo”, “Aşim”, “Biz irə­li ge­di­rik” əsər­lə­rini 1952-1953-cü illərdə qələmə almışdır[11]. Çin­giz Ayt­ma­tov ey­ni za­man­da tərcü­mə fəa­liy­yə­ti ilə məş­ğul ol­muş, rus di­lin­dən qır­ğız di­li­nə əsər­lər tərcü­mə et­miş­dir. Çin­giz Ayt­ma­to­vun 1952-ci il­də “Qır­ğı­zıs­tan ədə­biy­ya­tı” top­lu­sun­da çap olu­nan “Qə­zet­çi Dzyu­yo” he­ka­yə­si ya­zı­çı­nın ilk bə­dii əsə­ri he­sab olu­nur[11] . Onun yaradıcılığını aşağıdakı mərhələlərə ayırmaq olar:

1. Lirik-psixoloji nəsr mərhələsi (1950-1960-cı illər).

2. Keçid dövrü (1970-ci illər).

3. Roman epoxası (1980-ci illər).

4. Bəşəri problemlərin bədii ifadəsi mərhələsi (1990-cı ildən sonrakı dövr)[7].

Ya­zı­çı­nın “Köşək gözü” (1961), “İlk müəl­lim”(1962) po­vest­lə­ri­nin yer al­dı­ğı "Dağ və səh­ra­la­rın po­vest­lə­ri" top­lu­su 1963-cü il­də Le­nin Müka­fa­tı­na la­yiq görülmüşdür[11]. Çin­giz Ayt­ma­to­v "Ana tar­la" po­ves­tini müha­ri­bə mövzu­sun­da qə­lə­mə al­mışdır. "Əl­vi­da, Gülsa­rı"(1966) po­ves­ti 1968-ci il­də SSRİ Dövlət Müka­fa­tı­na la­yiq görülmüşdür. 1970-ci il­lər­də müəllifin "Ağ gə­mi", "Köçə­ri quş­la­rın göz yaş­la­rı", "Er­kən gə­lən dur­na­lar", "Də­niz kə­na­rıy­la qa­çan ala­baş" əsər­lə­ri çap olun­muş­, "Er­kən gə­lən dur­na­lar" və “Də­niz kə­na­rıy­la qa­çan ala­baş” po­vest­lə­ri İta­li­ya­nın Et­ru­ri­ya Müka­fa­tı­na la­yiq görülmüşdür[11]. Çin­giz Ayt­ma­to­vun ilk ro­ma­nı olan “Gün var əs­rə bə­ra­bər” i 1980-ci ildə nəşr etmişdir.

Hekayələri

He­ka­yə jan­rı Çin­giz Ayt­ma­tov ya­ra­dı­cı­lı­ğı­nın bütün in­ki­şaf mər­hə­lə­lə­ri­ni, ide­ya-məz­mun is­ti­qa­mət­lə­ri­ni müəy­yən et­mə­yə im­kan ve­rir. "Qə­zet­çi Dzyu­yo", "Aşim", "Biz irə­li ge­di­rik", "Dəh­nə­çi", "Ağ ya­ğış", "Qu­raq­lıq­da", "Qı­zıl al­ma", "Oğul­la görüş", "Ba­xia­na", "Əbə­di gə­lin" və s. göstərmək mümkündür.

Romanları

Dramaturgiyası

Poeziyası

Bişkekin yaxınlığında Çingiz Aytmatovun məqbərəsi

Mükafatları

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Chingiz Aytmatov // Encyclopædia Britannica (ing.).
  3. 1 2 http://rt.com/news/famous-writer-aitmatov-dies-aged-79/.
  4. 1 2 3 4 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 30. ISBN 978-2-221-06888-5
  5. 1 2 Deutsche Nationalbibliothek Record #118501259 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. https://litera.hu/hirek/meghalt-csingiz-ajtmatov.html.
  7. 1 2 Həbibbəyli, İsa. "Əbədi mogikan - Çingiz Aytmatov-90". (#archive_missing_date) tarixində arxivləşdirilib.
  8. Peter Rollberg (2016). Historical Dictionary of Russian and Soviet Cinema. US: Rowman & Littlefield. pp. 35–36. ISBN 978-1442268425. (#empty_citation)
  9. "Kyrgyz writer, perestroika ally Aitmatov dies," Reuters UK, 10 June 2008 (#empty_citation)
  10. Poladova, Maral. "Çingiz Aytmatov haqqında söz". (#archive_missing_date) tarixində arxivləşdirilib.
  11. 1 2 3 4 5 6 Həsənli, Mehman. Çingiz Aytmatov fenomeni və Azərbaycan. Bakı: Elm və təhsil. 2020. s.35. ISBN ISBN 978-9952-8376-6-7.
  12. Chingiz Aitmatov, Who Wrote of Life in U. S. S. R., Is Dead at 79 by Bruce Weber in The New York Times, 15 June 2008 (#empty_citation)

Xarici keçidlər

  • Aytmatov Çingiz. Seçilmiş əsərləri, 2 cilddə: I cild, II cild /tərc.ed. Cəmil Əlibəyov, Qılman Musayev, Əkrəm Əylisli, Məti Osmanoğlu.- B.: Öndər, 2004.
  • Çingiz Aytmatovun əsərlərinin qısa məzmunu (rus dilində)
  • Müsahibə (rus dilində)
  • Çingiz Aytmatovun son müsahibəsi: Qorbaçovun beyninə "yenidənqurma"nı mən saldım. kulis.az Arxivləşdirilib 2011-04-13 at the Wayback Machine  (az.)