Artupa
Artupa | |
---|---|
38°28′23″ şm. e. 48°50′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Astara rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Artupa — Azərbaycan Respublikasının Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairasində kənd.[1]
Artupa Astara rayonunun Səncərədi inzibati ərazi vahidində kənd. Xəzər dənizindən bir qədər aralı, Lənkəran ovalığındadır. Oykonim art və upa (oba) sözlərindən düzəlib, "dağ aşırımında salınan oba, kənd" deməkdir.[2]
Etimologiyası
Oykonim türk mənşəli art (arta) "dağ keçidi" və "upa" (oba) sözlərindəndir.[3]
Mədəniyyəti
Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, çayxana, məsçid var.
Din
Kənddə Artupa kənd məscidi dini icması fəaliyyət göstərir.[4]
Coğrafiyası və iqlimi
Rayon mərkəzindən 4 km şimal-qərbdə, Xəzər dənizindən 4 km, Ələt — Astara avtomobil yolundan 1,5 km aralı, Lənkəran ovalığındadir.
Tanınmış şəxslər
- İsgəndər Quliyev (1938–2024) — Azərbaycan Milli Məclisinin II çağırış deputatı.
- Rzayev Şücaət (2001) - Şair
Şəhidləri
- Yaqub Ağayev (1965–1994).
- Qılman Əhmədov (1975–1994).
- İlkin Kazımov (1995–2020).
- Nadir Xəlilov (1984–2020).
- Səxavət Səttarov (2001–2020).
İqtisadiyyatı
Çəltikçilik, çayçılıq və maldarlıqla məşğuldur. 2 düyü dəyirmanı var.[mənbə göstərin]
İstinadlar
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Encyclopedic dictionary of toponyms of Azerbaijan". In two volumes. I cild. Baku, "East-West", 2007, p.67
- ↑ Academician Budag Budagov's Personal Web Portal Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine- Explanatory Dictionary of Toponyms of Lankaran Region of Azerbaijan
- ↑ MUSLIM RELIGIOUS COMMUNITIES — Those registered in 2016 Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)