Mafiya

Vikipediya, azad ensiklopediya
MMMMFA (müzakirə | töhfələr) (Mafiyalar) tərəfindən edilmiş 17:29, 5 oktyabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Mafiya — terror yolu ilə məqsədini həyata keçirən gizli təşkilat və ya cəmiyyət. Bir qrup tədqiqatçılar mafiyanın tarixini daha qədimlərə aid eləyirlər. Onların iddiasına görə, mafiya ərəblərin Siciliyanı işğalları zamanı yaranıb, özü də ərəb kəlməsi "maf(f)ja" — "qurtuluş yeri" sözündən götürülüb. Guya həmin dövrdə siciliyalılar milli dəyərlərin təbliği üçün gizli təşkilat yaradıblar ki, bu təşkilat da zadəgan Siciliya ailələri tərəfindən himayə olunurmuş. Sonradan ada vikinqlər, ardından ispanlar tərəfindən işğal olunanda yerli əhali qula çevrilməkdən qaçmaqdan ötrü vadilər arasındakı dayaq məntəqələrində – mafiyalarda gizlənirlər. Yeri gəlmişkən, xatırladaq ki, Mario Pyüzonun məşhur "Xaç atası" romanında da siciliyalı mafiozlar sözün mənasını məhz bu cür qəbul edirlər, yəni "qurtuluş" kimi. Diqqət etdinizsə, mafiyanın yaranma tarixiylə bağlı fərziyyələrin hamısı Siciliya ilə bağlıdır. Hamı havayı yerə Siciliya mafiyasından danışmır ki… Bu mənada Siciliya mafiyası üzvlərinin özlərinin bu tarixə olan münasibətini yazmamaq mafiyaya qarşı çıxmaq kimi bir şey olar. Onu deməklə kifayətlənək ki, Siciliya mafiozları özlərini əsası 1185-ci ildə müqəddəs Fransiska di Paolo tərəfindən qoyulmuş təriqətin davamçıları hesab edirlər.

Tarixi və quruluşu

[redaktə | mənbəni redaktə et]

Özlərini "Şərəfli Birlik" adlandıran Koza Nostranın təşkilatlanması, müasir bir şirkətin təşkilatlanmasını xatırladır: Capofamiglia (don/ata — Rəhbər) Consigliere (məsləhətçi/atanın sağ qolu) Sotto Capo (ikinci rəhbər) Capodecina (kapitan/capo) Uomini D'onore (əsgər)

Vito Cascio Vito olaraq tanınan Vito Cascio Ferro 1862-ci ildə Palermoda doğulub. 1901-ci ildə Nyu Yorka köçükdən sonra mafiya daxilində sürətlə yüksəlib. "Pizzu" adlandırılan xərac toplama texnikasını hazırlayaraq nüfuz qazanıb. Sahibkarlardan onların müflisləşmələrinə səbəb olacaq həcmdə xərac almaqdansa, kiçik xəraclarla daimi gəlir əldə edilirmiş. 1909-cu ildə bir polisi öldürdüyü üçün məhkəmə qarşısına çıxarılır, amma Siciliyaya qaçmağa nail olur. 1920-ci illərdə "Xaç atası" kimi İtaliya mafiyasına hökm edir. 1929-cu ildə həbs olunaraq 50 il həbs cəzasına məhkum edilir. Məhkumiyyəti əsnasında həbsxanadakı lüks həyatı haqqında bir çox hekayələr yayılıbmış. Don Vitanın ölümü tragik olub. 1943-cü ildə Amerika əsgərləri İtaliyada olarkən məhkumlar buraxılır, ancaq Don Vito boşaldılan həbsxanada saxlanılır və susuzluqdan ölür.

Mafia və ya Mafiya

[redaktə | mənbəni redaktə et]

Mafiya, qeyri-qanuni işlərlə məşğul olan, güc tətbiqi ilə bəzi gizli gəlirlər əldə edən təşkilatdır. Dünyada məlum olan heç bir dilində belə bir söz yoxdur. Bu söz qısaltma nəticəsində yaranıb. Sözün əsli "Mafia" imiş. Biz mafiya deyə oxuyuruq. Yaxşı, bəs bu "Mafia" nəyin qısaltmasıdır? İtalyanca bir şüarın baş hərflərindən yaranıb: Morte Alle Francia, İtalia Anela! Hər sözün baş hərfi götürüldükdə "Mafia" sözü yaranır. Şüarın mənası isə belədir: "Fransa ölsün, İtaliya rahatlansın!"

Çarlıs "Şanslı" Lusiano: "Time" jurnalının XX əsrin ən çox sözükeçən 20 adamından biri kimi göstərdiyi Çarlıs "Şanslı" Lusiano, 1897-ci ildə Siciliyada doğulub. 1907-ci ildə ailəsi ilə birlikdə Amerikaya köçüb. Birinci Dünya müharibəsindən əvvəl Nyu Yorkda kiçik bizneslə məşğul olub. Müharibədə iştirak üçün orduya yazılıb, amma bel ağrılarına görə hərbi karyerası az çəkib. Müharibədən sonra başladığı cinayət karyerasında isə sürətlə yüksəlib. 1920-ci illərdəki əksər məşhur qanqsterlər kimi, Lusiano da bütün gücünü və sərvətini içki qadağasından əldə edib. El Kaponenin Çikaqodakı yüksəlişinə bənzər şəkildə Şanslı Lusiano da Nyu Yorkda sürətlə yüksəlib. Kastellammarese müharibəsində məğlub tərəfdə idi, ancaq rəqib ailənin liderinin qısa müddət sonra öldürülməsi, onu Amerikadakı İtaliya mafiyasının təşkilatlanmasını həyata keçirən komissiyanın memarı və ən təsirli adamı səviyyəsinə qaldırıb. İkinci Dünya müharibəsindən əvvəl həbs edilsə də, işlərini dəmir barmaqlıqlar arxasından davam etdirib. Siciliyadakı güclü əlaqələrinə görə, İtaliyanın müttəfiqlər tərəfindən işğalı əsnasında Amerika kəşfiyyatı ilə əməkdaşlıq edib. Müharibədən sonra isə gizli şəkildə qaçdığı Kubada, qumarxana biznesinin kölgəsində heroin qaçaqmalçılığı ilə böyük sərvət və güc qazanıb. Həyatının son illərində İtaliyada cinayət təşkilatını genişləndirməyə çalışıb. 1962-ci ildə ağciyər xərçəngindən doğulduğu ölkədə ölüb.

El Kapone: Ən məşhur Amerika qanqsterlərindən biri olan Alfonso Qabriel Al Kapone, 1893-cü ildə ABŞ-yə köçmüş Napolili bir ailənin uşağı olaraq 1899-cu ildə Nyu Yorkda doğulub. Doğulduğu şəhərdə kiçik işlərdə fəaliyyət göstərib. Bu işlərdən biri olan bar mühafizəçiliyi zamanı üzündən aldığı üç yaraya görə sonralar "çapıqsifətli" (scarface) ləqəbi ilə tanınıb. El Kapone də Şanslı Lusiano kimi cinayət aləmindəki yüksəlişini 1920-ci illərdəki içki qadağası sayəsində reallaşdıra bilib. Çikaqoda içki qaçaqmalçılığından küllü miqdarda pul qazanıb. Çikaqonun şəhərətrafı Siserosunda öz adamını bələdiyyə başçısı seçdirərək əldə etdiyi qanuni zəmanətlə gücünü artırıb. Sahib olduğu qumarxanalarla da çirkli işlərini gizləyə bilib. Bu müddətdə rəqibləri və düşmənləri artıb. 1929-cu ildə düşmənləriylə arasındakı gərginlik müharibəyə çevrilib. O ilin 14 fevralında rəqib qanqster şəbəkəsindən yeddi adamı öldürtdürüb. "Sevgililər günü qırğını" kimi yaddaşlarda qalan bu hadisənin El Kapone ilə əlaqəsi sübut edilə bilməyib. Bir çox çirkli işə və cinayətə batan Kapone, bu cinayətlərdən deyil, 1929-cu ildə vergidən yayınma maddəsi ilə həbs olunub və məşhur Alkatras həbsxanasına göndərilib. 1947-ci ildə orada da ölüb. Koza Nostra nın lüğəti mənası "Bizim Məsələ" və ya "Bizim İş" deməkdir Bu şüarı Korsika adasının Fransadan ayrılaraq İtaliyaya bağlanmaq istəyən korsikalı cəngavərlər istifadə edirlərmiş. Rahat hərəkət etmək üçün də bu təşkilatlanmalarını və digər bütün işlərini gizli şəkildə həyata keçirirlərmiş. Yer altında özləri üçün hazırladıqları sığınacaqlarda toplaşırlarmış. Bu hərəkət Avropa tarixinə olduqca təsir etmiş bir hərəkətdir. Bu günün özündə belə fransızlarla italiyanlar arasındakı problemlərdən biri Korsika adasıdır.

Maykl Navarra: Doktor dərəcəsinə sahib bir fizikaçı olan Navarra mafiya tarixinin ən maraqlı şəxsiyyətlərindən biridir. 1905-ci ildə Karleonedə doğulub. Həyatı, mafiyayla sıx əlaqələri olan bir qadınla evlənməsiylə dəyişib. Qısa müddətdə Koza Nostra içində yüksələrək 1940-cı illərdə Karleone Ailəsinin başına "Ata" olaraq keçib. Uzun müddət müttəfiqi olan Lusiana Leggionun ehtirasının başına bəla açacağını anlayaraq, Leggionu 1958-ci ildə öldürtməyə çalışıb, ancaq nail olmayıb. Eyni il Leggionun adamları Salvatore Riina və Bernardo Provezano tərəfindən avtomobilinin içində güllə yağışına tutulub. Navarradan sonra Karleonelərin başına növbəylə Leggio, Riina və Provezano keçib.

Salvatore Qresio "Ciaschiteddu — Balaca quş": 1923-cü ildə Palermoda doğulan Qresio məşhur bir mafiya ailəsi olan Ciacullilərin bir üzvüdür. Atası Cüzeppe Qresio, ailə daxilində davam edən qan davasında öldürülüb. "Balaca Quş", ya da "Şərab çəlləyi" ləqəbiylə tanınan Salvatore Qresio ailənin başına keçərək qısa müddətdə güclənib. 1957-ci ildə Amerika mafiyası ilə İtaliya mafiyası arasında keçirilən "Palermo müzakirələri"ndə iştirak edib. Daha sonra yaradılan Siciliya Mafiya Komissiyasında təmsil olunub. Birinci Mafiya müharibəsi əsnasında bir çox cinayətin əmrini verib. "Ciaculli qırğını" kimi tanınan hadisədən sonra Venesuelaya qaçıb. İkinci Mafiya müharibəsindən əvvəl isə vasitəçi olmağı sınasa da müharibənin qarşısını alam bilməyib. 1978-ci ildə Kakarasda ölüb.

Angelo La Barbera: 1924-cü ildə doğulan Angelo La Barbera, qardaşı Salvatore ilə birlikdə böyük bir Siciliya mafiyası ailəsini idarə edib. "Palermo müzakirələri" və Siciliya Mafiya Komissiyasında iştirak edib. La Barbera, Birinci Mafiya müharibəsindən sonra yaradılan 114-lər Məhkəməsində barəsində hökç çıxarılan az sayda mafiya liderindən biri olub. 1968–75-ci illər arasında müxtəlif həbsxanalarda olub. Ən nəhayət 1975-ci ildə üç mafiya üzvü tərəfindən öldürülüb. Ölümündən sonra üzvü olduğu mafiya ailəsi dağılıb. Bioqrafiyasını yazan Qaia Servadio onu sürətli və ağıllı qanqsterlərin simvolu olaraq göstərib.

Qaetano Badalamenti: Məşhur Sicilyalı mafiya ailəsəndən olan Sinisilərə mənsub olan "Don Tano" Badalamenti, xüsusilə pizza dükanları vasitəsilə 1.65 milyard dollarlıq narkotik ticarəti həyata keçirməsiylə mafiya dünyasında səs salıb. Birinci Mafiya müharibəsinin sonunda ağır şəkildə yaralanan Sinisi ailəsinin başına keçib. 1970-ci illərdə pizza sifarişi ilə həyata keçirdiyi heroin ticarətiylə milyardlarla dollar qazanıb. İkinci Mafiya müharibəsindən əvvəl Karleonilər tərəfindən Komissiyadan çıxarılıb və Braziliyaya qaçıb. 2002-ci ildə İtaliya Məhkəməsi tərəfindən 1978-ci ildə törətdiyi cinayətə görə, barəsində həbs qərarı çıxarılıb. Badalamenti 2004-cü ildə ürək çatışmazlığı diaqnozu ilə xəstəxanada ölüb.

Salvatore "Toto" Riina: "Canavar" ya da "Balca" kimi də tanınan Salvatore Riina, ən mərhəmətsiz mafiya atalarından biri kimi qəbul edilir. 1930-cu ildə Karleonedə doğulan Riina qısa müddətdə Karleone Ailəsi içində tanındı. Müdiri Maykl Navarra üçün killerlik edirdi, ancaq əsl müdiri Lusiano Leggio idi.

Lusiano Leggio: Ən tanınmış mafiya atalarından biri olan Leggio, 1925-ci ildə Karleonedə doğulub. Bir çox mafiya atasının əksinə olaraq, heç bir mafiya ailəsinə mənsub deyildi. Fermer oğulu olan Lusiano Leggio kiçik yaşda başladığı "cinayət karyerası"nın 1945-ci ildə Maykl Navarra tərəfindən qəbul edilməsindən sonra Karleonelərdə davam etdirib. İntellektual məlumatı geniş olduğu üçün "professor" deyə müraciət olunurmuş. 1940-cı illərin sonunda tanış olduğu Salvatore Riina və Bernardo Pravozano ilə birlikdə Karleonelər daxilində sürətlə yüksəlib. 1958-ci ildə Navarranın adamlarının küçədə onu atəşə tutmalarına baxmayaraq, hadisədən sağ xilas olub. Bir neçə həftə sonra Riina və Provenzonun güllələrinə hədəf olan köhnə müdiri isə onun qədər şanslı deyilmiş. Navarranın ölümündən sonra Karleone Ailəsinin "Ata"sı olan Leggio ehtirasını və mərhəmətsizliyini qısa müddətdə göstərib. Getdikcə daha sıx müraciət etdiyi güc, komissiyanın digər üzvləri tərəfindən sərt reaksiyayla qarşılanıb və rəqib ailələr arasında gərginliyi artırıb. 1974-cü ildə tutulduqdan sonra xələfi Riina, onun taktikalarını artıraraq davam etdirib. 1977-ci ildə Navarranın öldürülməsi cinayəti ilə ittiham olunarkən, özü özünü müdafiə edib. Ömürlük həbs cəzası alan Leggio, 1993-cü ildə infarktdan həbsxanada dünyasını dəyişib. Leggioya qarşı həyata keçirilən müvəffəqiyyətsiz sui-qəsd cəhdindən sonra Navarranın iki qatilindən biriydi. Leggionun 1974-cü ildə tutulmasından sonra "Xaç atası" olaraq Siciliya mafiyasının rəhbərliyinə keçir və sələfinin qanlı əməliyyatlarını davam etdirir. İkinci Mafiya müharibəsində rəqibləri Stefano Bontade və Salvatore İnzerillo da daxil olmaqla çoxlarının ölüm əmrini verir. Mafiya müharibəsindən təkbaşına çıxan Riina, İtaliya hökumətinin başlatdığı "Böyük istintaq"a qanla cavab verir. Fövqəladə səlahiyyətlərlə təchiz olunan hakim Govanni Falkone ilə hakim Paolo Borsellino, Riinanın adamlarının yerləşdirdiyi bombalarla qısa fasilələrlə öldürülür. Riina 1993-cü ildə saxlanıldı və törətdiyi müxtəlif cinayətlərlə ittiham olunaraq ömür boyu həbs cəzasına məhkum edilir. İtaliya televiziyasının Capo dei Capi (Xaç atası) adlı altı bölümdən ibarət sənədli filmində həyatından və cinayətlərindən danışan Riina hələ də həbs cəzasını çəkir.

Bernardo Provazano: 1933-cü ildə Karleonedə dünyaya gələn Provazono, bir çoxları üçün sonuncu "Xaç Atası"dır. İyirmi yaşından əvvəl Karleonelerə qatılan Provazona, Leggio və Riina ilə olan əməkdaşlığını, Riinanın 1993-cü ildə həbs olunmasından sonra Siciliya mafiyasının başına keçərək davam etdirir. Riinanın həbsindən sonra bir neçə terror aktı əmri versə də, sələfinin bu taktikalarını davam etdirməyərək, mafiyanı səssiz bir dövrə aparır.

Onun dövründə Koza Nostrada parçalanmalar olduğuna dair çoxlu sayda fərziyyələr yayılıb. Bir başqa iddiada da 1993-cü ildə İtaliyanın baş naziri Silvio Berluskoninin 1993-cü ildə "Forza İtalia" hərəkatı ilə siyasətə qədəm qoyarkən onunla görüşmək istəməsidir. 40 illik təqibdən sonra 2006-cı ildə tutulur. İtaliya polisi Provazanonun tutulmasından sonra Koza Nostranın yenidən səs-küylü addımlar atacağından narahatlıq keçirir.