34°44′18″ şm. e. 139°24′01″ ş. u.HGYO

İzuoşima

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İzuoşima adası
yap. 利島
Ümumi məlumatlar
Sahəsi 91,06 km²
Uzunluğu
  • 13 km
Eni 11 km
Hündür nöqtəsi 764 m
Əhalisi 8.553 nəfər (2008-ci il)
Yerləşməsi
34°44′18″ şm. e. 139°24′01″ ş. u.HGYO
Ölkə  Yaponiya
Akvatoriya
İzuoşima adası xəritədə
İzuoşima adası
İzuoşima adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İzuoşima[1]vulkan məşəlli ada, İzu adalarına daxildir. Təxmini olaraq Tokiodan 100 km cənubda yerləşir. İzu yarımadasından 22 km şərdə qərarlaşır. Ada Tokio perfekturasına daxildir. Osima qəsəbəsi adanın mərkəzidir[2]. Qəsəbə 1955-ci ildə altı kəndin birləşdirilməsi ilə yaradılmışdır: Okada, Moto, Sendzu, Nomasi, Sasiki, Nabuminato.

Coğrafiyası

İzuoşimanın sahəsi 91,06 km² təşkil edir, ada Tokio yaxınlığında yerləşən ən iri adadır. Ada Fudzi-Hakone-İdzu milli parkının ərazisinə daxildir. 2008-ci il məlumatına görə adada 8553 nəfər yaşayır.

Adanın ən görməli yeri təbii ki, Mixara vulkanıdır. Vulkanın hündürlüyü 764 metr təşkil edir. Sonuncu güçlü püskürmə 1986-cı ildə baş vermişdir. İdzuoşima paytaxta ən yaxın turistik mərkəzdır.

Adaya bərələr işləyir. Tokio beynəlxalq hava limanına bir başa reyslər həyata keçirilir.

1923 il zəlzələsi

1923-cü ildə Saqami körfəzində böyük Kanto zəlzələsi baş vermişdir. Sunami nəticəsində 12 metr hündürlüyə malik dalğalar əmələ gəlmişdir. Nəticədə Tokio, Kanaqava, Çiba və Şizuoka ərazilərinə böyük ziyan vurulmuşdur. Ən böyük zərbə isə Kato regionuna dəymişdir.

Təhsil

Osima qəsəbəsində bir necə ibtidai və orta məktəblər vardır.

  • Ali Osima məktəbi aqrar xüsusiyyət daşıyır. Burada əsasən yerli sakinlərin övladları təhsil alır[3].
  • Beynəlxalq Osima dəniz akademiyyasında əsasən yaxınlıqda yerləşən adalarından olan tələbələr təhsil alır.[4].

İstinadlar

  1. Louis-Frédéric|Nussbaum, Louis-Frédéric. (2005). "Ōshima," Arxivləşdirilib 2020-08-03 at the Wayback Machine Japan Encyclopedia, p. 761.
  2. Hammer, Joshua. (2006). Yokohama Burning: the Deadly 1923 Earthquake and Fire that Helped Forge the Path to World War II, p. 278 Arxivləşdirilib 2011-12-14 at the Wayback Machine.
  3. 都立大島高校トップ Arxivləşdirilib 2022-03-08 at the Wayback Machine (yap.)
  4. JJ.Ru — JJ.Ru Arxivləşdirilib 2009-08-22 at the Wayback Machine (yap.)

Mənbə