Tənzilə Rüstəmxanlı
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tənzilə Rüstəmxanlı | |
---|---|
Vəzifədədir | |
2024-cü ildən | |
Seçki dairəsi | 2024 —70 saylı Neftçala seçki dairəsi |
Əvvəlki | Sabir Rüstəmxanlı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 noyabr 1960 (63 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
Tənzilə Rüstəmxanlı (28 noyabr 1960, Qaraçanta, Amasiya rayonu) — Azərbaycan ictimai fəalı və siyasətçisi;Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı,Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq) sədrinin müavini; Azəri-Türk Qadınlar Birliyinin sədri, Azərbaycan-Türkiyə Evinin başkanı
Həyatı
Tənzilə Rüstəmxanlı 28 noyabr 1960-cı ildə Ermənistan SSR-in, Amasiya rayonunun, Əzizbəyov kəndində anadan olmuşdur. 1969-cu ildə ailə vəziyyətilə əlaqədər Balakən rayonunun Qazbinə kəndinə köçmüşdür. 1969-cu ildə Qazbinə kənd orta məktəbin birinci sinfinə daxil olmuş və 1977-ci ildə məkətəbin 8-ci sinfini bitirmişdir. 1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir. 1980-ci ildə texnikomu bitirib, Mingəçevir şəhərinin Ticarət İdarəsinə təyinat üzrə göndərilmişdir.
1982-ci ildən bəri Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışır. Hazırda “Azərittifaq”ın sədr müavinidir.
1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı flialını iqtisadçı ixtisası üzrə bitirmişdir. 2012-ci ildə Bakı Dövlət Universitetində Filologiya üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsini almışdır.
Ailəsi
Azərbaycan Respublikasının xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının həyat yoldaşıdır. Oğlu Cəmil Rüstəmxanlı Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızı Günel Məmmədova-Rüstəmxanlı ilə evli olub.[1] Cəmil Rüstəmxanlı Azəryol VK-nın prezidenti olmuşdur.[2] Qızı Aydan Rüstəmxanlı isə müğənni Elçin Cəfərov ilə evli olub.[3]
Bacısı Könül Rüstəmxanlı Sabir Rüstəmxanlının qardaşı Şahbaz Xuduoğlu ilə evli olub. O, 2015-ci ildə yol qəzasında vəfat etmişdir.[4]
İctimai fəaliyyəti
Tənzilə Rüstəmxanlı 1996-cı il may ayının 3-də Azəri Türk Qadınlar Birliyinin sədri seçilmişdir. O, Dünya Azərbaycanlıların Konqresində sədr Sabir Rüstəmxanlının Türk Dünyası üzrə müşaviridir. Türkiyənin Asılsız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin İdarə Heyətinin üzvüdür. Bir müddət o, Azərittifaq sədrinin 1-ci müavini vəzifəsində çalışmışdır, indi isə müavindir.
Siyasi faəliyyəti
Tənzilə Rüstəmxanlı 2005-ci il parlament seçkilərində 17 saylı Yasamal seçki dairəsi üzrə deputatlığa namizəd, Milli Birlik Hərəkatı lideri və Azərbaycan Liberal Partiyasının sabiq sədri Lalə Şövkətin namizədliyini dəstəkləmiş və 30 iyulda keçirilən dəstək mitinqinə qatılmışdır. Mitinqdə Rüstəmxanlı: "Xalq öz siyasi liderini seçərkən öz taleyini, sağlamlığını, maddi təminatını, sağlamlığını xalqa qurban verən Lalə Şövkətə üstünlük verməlidir. Azərbaycanın öndə gedən siyasətçilərinə nümunə olan, milli birliyi özünə hədəf seçən Lalə Şövkətin qədir-qiyməti bilinməlidir." — deyə çıxış etmişdir.[5]
Hal-hazırda Vətəndaş Həmrəyliyi Partiyası sədri Sabir Rüstəmxanlının müşaviridir.
Tənzilə Rüstəmxanlı 2015-ci il parlament seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürsə də, namizədliyi qeydə alınmamışdır.[6]
Tənzilə Rüstəmxanlı 2024-cü il növbədənkənar parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası üzvü olaraq 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd olmuşdur.[7] Onun şüarı "Neftçala üçün birlikdə" olmuşdur.[8]
2024-cü il oktyabrın 8-də Azərbaycan - Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[9]
Tətifləri
- Türkiyədə fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Vəqfinin Türk dünyasına xidmətlərinə görə, fəxri fərman və mükafatlarına layiq görülmüşdür.[mənbə göstərin]
- Tənzilə Rüstəmxanlı "koorperasiya əlaçısı" nişanına layiq görülmüşdür.[mənbə göstərin]
- Tənzilə Rüstəmxanlı 2001-ci ildə Azərbaycanda keçirilən sorğu nəticəsinə görə "İlin Qadını" adına layiq görülmüşdür.[mənbə göstərin]
- 2002-ci ildə "ilin vətənpərvər"i diplomu.[mənbə göstərin]
- 2003-cü ildə "Azərbaycanın tanınmış ziyalısı" və "Azərbaycanın tanınmış xanımları" beynalxalq layihəsinin qalibi.[mənbə göstərin]
- 2004-cü ildə isə "XXI əsrin tanınmış ziyalısı" diplomları.[mənbə göstərin]
- 22.12.2006. Azərbaycan-Türk Dünyası ictimai əlaqələrinin inkişafında göstərdiyi fədakar xidmətlərinə görə, "Qız Qalası Milli Mükafatı ilə mükafatlandırılmışdır.[mənbə göstərin]
- Türkçülüyün təbliğində xidmətlərinə görə 26.12.2006-cı ildə "Qızıl Buta" Müstəqil Milli Mükafata təltif görülmüşdür.[mənbə göstərin]
- 17 may 2006. KANAL 7-nin "Zirvədəkilər" təltifinə layiq görülmüşdür.[mənbə göstərin]
- 15 sentyabr 2007-ci ildə Türkiyə Cumhuriyyətinin Kastamonu Bələdiyyə başqanlığı tərəfindən "Türk Dünyası Gənclərinin"əlaqələrinin genişlənməsindəki fəaliyyətinə görə, mükafata layiq görülmüşdür.[mənbə göstərin]
- 02.11.2007. Kərkük türkmənlərinin mükafatına layiq görülmüşdür.[mənbə göstərin]
- 27 mart 2008 Yalova Asılsız Erməni İddiaları ilə Mücadilə Dərnəyi tərəfindən "Xocalı Soyqırımının təbliği ilə bağlı mübarizəyə" görə, xüsusi mükafatla təltif olunmuşdur.[mənbə göstərin]
- 24 aprel 2010-cu il. Avrasya Qazeteciler Dərnəyi tərəfindən Xüsusi Mükafatla təltif görülmüşdür.[mənbə göstərin]
- 5 mart 2011-ci il. Azəri-Türk Qadınlar Birliyi Dövlət Ailə Qadın və Uşaq siyasətinin həyata keçirilməsində səmərəli əməkdaşlığa görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Diplomu ilə təltif olunmuşdur.[mənbə göstərin]
- 2013-cü ildə Türk Egitim-Sen tərəfindən ATATÜRK və Türk milləri mövzusunda keçirilən tədbirin Xüsusi Mükafatına layiq görülmüşdür.[mənbə göstərin]
- Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə 2020-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib[10]
İstinadlar
- ↑ "Sabir Rüstəmxanlının oğlu rəsmən boşandı — FOTOLAR". 2024-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
- ↑ modern.az. "Məşhurların övladları: Sabir Rüstəmxanlının prezident oğlu - FOTOLAR". modern.az (az.). 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
- ↑ "Qızının ailəsinin dağıldığı deyilən deputatın oğlu da boşandı - FOTO". Oxu.az (az.). 2024-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
- ↑ modern.az. "Tənzilə Rüstəmxanlı qəzada ölən bacısından YAZDI: "Səndən başqa daha 5 bacı-qardaşım vardı, amma..."". modern.az (az.). 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
- ↑ "MİLLİ BİRLİK HƏRƏKATININ VƏ LİBERAL PARTİYASININ MİTİNQİ KEÇİRİLİB". Trend.Az (az.). 2005-07-30. 2024-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
- ↑ mia.az. "Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmadı". mia.az (az.). 2024-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
- ↑ "70 SAYLI NEFTÇALA SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". www.infocenter.gov.az. 2024-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
- ↑ "Deputatlığa namizədlərin anlaşılmaz seçki şüarları: "Qarabağ candır, Yasamal da Azərbaycandır"". tns.az (az.). 2024-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
- ↑ "T.Y.Rüstəmxanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
- 28 noyabrda doğulanlar
- 1960-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Amasiya rayonunda doğulanlar
- Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri
- Azərbaycan Kooperasiya Universitetinin məzunları
- Filologiya üzrə fəlsəfə doktorları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanın qadın siyasətçiləri