30°34′26″ şm. e. 130°58′52″ ş. u.HGYO

Taneqaşima

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Taneqaşima adası
yap. 種子島
Ümumi məlumatlar
Sahəsi 445 km²
Uzunluğu
  • 57,5 km
Eni 12 km
Hündür nöqtəsi 282 m
Əhalisi 36.000 nəfər (2010-cu il)
Yerləşməsi
30°34′26″ şm. e. 130°58′52″ ş. u.HGYO
Ölkə  Yaponiya
Vilayət
  • Kaqoşima prefekturası
Akvatoriya
Taneqaşima adası xəritədə
Taneqaşima adası
Taneqaşima adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taneqaşima (yap. 種子島) — Kyuşu adasından cənubda, Sakit okean ilə Şərqi Çin dənizi arasında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Kaqoşima prefekturası ərazisində yerləşir.

Coğrafiyası

Taneqaşima adasının xəritəsi
H-IIA raketinin uçuşu.

Kyuşu adasının Osimi yarımadasından 35 km cənubda yerləşir. Şimaldan cənuba uzunluğu 58 km, şərqdən qərbə isə eni 7 km təşkil edir. Yaxınlığında yerləşən Yakuşima, KuçinoerabuMaqeşima adaları ilə birlikdə Osumi arxipelaqına daxildir.

Taneqaşima adası səmadan Düyü yarmasını xatırladır. Adanın ən hündür nöqtəsi 282 metr təşkil edir. Adanın relyefi düzənlikdir. Taneqaşimanın sahəsi 445 km² təşkil edir. Adanın şərq hissəsi sıldırımlı, qərb hissəsi isə qumsal çimərliklərdən ibarətdir.

Taneqaşimanın orta illik temperaturu 10 °S[1], illik yağıntının miqdarı 2700 mm təşkil edir. Subtropik iqlimə malik olduğundan Qramafonçiçək batat, tütün, yerfındığı, noxud, naringi və başqa bitkilərin əkininə imkan verir. Suları balıq və xərçənglərlə zəngindir.

Tarixi

Qədim zamanlada adada Yamato dövlətinin tərkibinə daxil idi. VIII əsrdən Osumi vilayətinin ərazisinə daxil edilmişdir[2]. 1543-cü ildə adaya ilk avropalılar ayaq basırlar. Burada ilk dəfə yaponlar odlu silahlа tanış olmuşlar. Bu səbəbdən yaponlar hətta odlu silahı Taneqaşima adlandırılır.[3]. 1969-ci ildə adada Taneqaşima kosmik mərkəzi fəaliyyət göstərir.

İnzibati bölgü

Adanın şimalında Nisinoomote şəhəri, mərkəzi hissədə Naka-Tane qəsəbəsi, cənub hissədə isə Minami-Tane qəsəbəsi yerləşir. Qəsəbələr Kumaqe dairəsi ərazisinə daxildir.

Tanınmış şəxsləri

İstinadlar

  1. "Tanegashima Climate Normals 1961-1990". National Oceanic and Atmospheric Administration. İstifadə tarixi: January 6, 2013.
  2. Suzuki Yasutami 鈴木靖民. 'Nantō-jin no raichō wo meguru kisoteki kōsatsu 南島人の来朝をめぐる基礎的考察 // Higashi Ajia to Nihon 東アジアと日本 (Japanese). 1997. 347–398.
  3. Yara Ken'ichirō 屋良健一郎. "Chūsei kōki no Tanegashima-shi to minami Kyūshū kaiiki 中世後期の種子島氏と南九州海域". Shigaku-zasshi 史学雑誌. 121 (11). 2012: 1–36.