Vesli Mitçell

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vesli Mitçell
ing. Wesley Clair Mitchell
Doğum tarixi 5 avqust 1874(1874-08-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 29 oktyabr 1948(1948-10-29)[3][1][…] (74 yaşında)
Vəfat yeri
Elm sahəsi iqtisadiyyat
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vesli Kler Mitçell (ing. Wesley Clair Mitchell; 5 avqust 1874[1][2][…], Raşvill[d], İllinoys29 oktyabr 1948[3][1][…], Nyu-York, Nyu-York ştatı[3]) — ABŞ iqtisadçısı və statistiki, Harvard məktəbinin nümayəndəsi.

Həyatı

Vesli Kler Mitçell 5 avqust 1874-cü il tarixində ABŞ-nin İllinoys ştatında yerləşən Raşvill şəhərində anadan olmuşdur. O, 1909–1912-ci illərdə Kaliforniya Universitetinin, 1914–1919 və 1922–1944-cü illərdə isə Kolumbiya Universitetinin professoru olmuşdur. Mitçell 1920–1945-ci illərdə Milli İqtisadi Tədqiqatlar Bürosuna başçılıq etmişdir. Onun üçün təsviri-statistik metod, iqtisadi proseslərə empirik yanaşma, kapitalizmin obyektiv iqtisadi qanunlarını nəzərə almamaq xarakterikdir. Mitçell iqtisadi sikllərin tədqiqatçısı kimi tanınmış Mitçell kapitalist iqtisadiyyatının böhransız inkişafının mümkünlüyünü sübut etməyə çalışmışdır. O, 1929–1933-cü illər iqtisadi böhranından sonra "tənzimlənən kapitalizm" nəzəriyyəçilərindən biri olmuşdur. Mitçell 29 oktyabr 1948-ci il tarixində, 74 yaşında ABŞ-nin Nyu-York şəhərində vəfat etmişdir.[5]

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Wesley Clair Mitchell // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 Митчелл Уэсли Клэр // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
  5. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 316.

Əlavə ədəbiyyat

Xarici keçidlər