Manana Caparidze

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Manana
gürc. მანანა ჯაფარიძე
Ümumi məlumatlar
Doğum adı Manana Sergeyevna Caparidze
Doğum tarixi (45 yaş)
Doğum yeri Tbilisi, Gürcüstan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1998–h. h.
Janrlar pop musiqisi, estrada[d]
Boyu 1.54 sm[1][2]
Mükafatları "Şərəf" ordeni (Gürcüstan) — 2010
"Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2009
mananajaparidze.com

Manana Sergeyevna Caparidze (gürc. მანანა ჯაფარიძე) və ya sadəcə Mananagürcüəsilli Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2009).

Manana Caparidze 1978-ci il dekabrın 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olub. Anasının nənəsi azərbaycanlı olmuşdur.[3] İlk dəfə səhnəyə 5 yaşında çıxıb. Gürcüstanda populyar olan "Toliya" və "Çiora " uşaq kollektivlərinin solisti kimi çıxış edib. Orta məktəblə paralel vokal sinifi üzrə Tbilisi İncəsənət Gimnaziyasını bitirib.

1995–2000-ci illərdə Almaniya Müasir İncəsənət, Caz və Şou-biznes Akademiyasının Tbilisi filialının vokal şöbəsində təhsil alıb. 1996-cı ildə Gürcüstanın Borjomi şəhərində keçirilən "Büllur şam ağacı" gənc ifaçılar müsabiqəsinin qalibi, 1997-ci ildə Moskvada "Büllur not" beynəlxalq gənc ifaçılar müsabiqəsinin laureatı olub.

1998-ci ilin axırında Manana Bakıya gəlib. Burda onun müğənnilik fəaliyyəti başlayır. 2000-ci ilin əvvəlində Manananın "Sənə verdim ürəyimi" adlı ilk albomu işığ üzü görür. Manana azərbaycanca, rusca, gürcücə, ingiliscə mahnılar ifa edir.

1999-cu ildə Alma-Atada "Asiyanın Səsi" festivalında "Qran-pri"yə layiq görülüb. Həmin il Ukraynada "Slavyanskiy bazar" festivalının qalibi olub. Praqada keçirilən "UNIVERSTALENT — 2000" festivalının laureatı, 2000-ci ildə Şanxayda keçirilən "GOLDEN VOICE OF ASIA" müsabiqəsinin "Qran-pri" sahibi seçilib. 2001-ci il Moskvada "Şire kruq" televiziya musiqi müsabiqəsinin qalibi olub.

Manana Azərbaycanda iki dəfə solo-konsert verib. Birinci konsert 2000-ci ilin mart ayında, Heydər Əliyev adına sarayda keçirilib, ikinci konsert isə 2002-ci ildə, "Şəhriyar" adına konsert salonunda olub. Manana bir neçə Avropa ölkələrindədə konsert programmı ilə çıxış edib. 2004-cü ildə Manananın rəsmi saytı açılib — www.manana.ws.

Müğənni 2008-ci ilin əvvəlində ailə həyatı qurdu və noyabrın 10-da qız uşağını dünyaya gətirdi.

2015-ci ildən "The Voice" müsabiqəsinin Azərbaycan versiyası olan "Səs Azərbaycan" yarışmasının münsifidir.

  • 2000 — Sənə verdim ürəyimi
  • 2001 — Dözməm bu ayrılığa
  • 2003 — Sevırəm səni
  • 2004 — Bizim sevgimiz (Eldar Mansurovun mahnıları)
  • 2004 — Orientasian (İngilis CD)
  • 2005 — Səndən ayrı
  • 2009 — Bəxt Ulduzum
  • 2003 — Yol
  • 2004 — Neyləyim
  • 2005 — Çahargah Kompozisiyası (duet Elbrus)
  • 2005 — Səndən ayrı
  • 2006 — Sevgimizin günləri
  • 2007 — Sənsiz
  • 2008 — Qəlbimin arzusu
  • 2013 — Payız
  • 2014 — Gözlərin danışsın
  • 2015 — This is my time (Bu, mənim zamanımdır)
  • 2017 — Sarı gəlin
  • 2017 — Party Music
  • 2017 — Can Azərbaycan
  • 2019 — Sən Yaşamaq Səbəbim
  1. "Azərbaycanlı məşhurların boy fərqi- - 1.92, 1.50...+Fotolar". 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-19.
  2. Azərbaycanlı məşhurların boyu neçə santimetrdir? - SİYAHI
  3. ARB TV. "Manana - "Mənim nənəm azərbaycanlıdır"" (az.). Youtube.com. 27.12.2016. 2016-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]