Əli

Vikipediya, azad ensiklopediya
(İmam Əli səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Əli
ərəb. أبُو الحَسَنْ عَلِيُّ بْنُ أَبِيْ طَالِبٍ الهَاشِمِيّ القُرَشِيُّ
ƏvvəlkiOsman ibn Əffan
SonrakıHəsən ibn Əli
632 – 661
(ləqəbi: Əmir əl-möminin, Mürtəza[1], Əbu Turab[2], Əsədulla əl-qalib[1])
SonrakıHəsən ibn Əli (2-ci imam)
Şəxsi məlumatlar
Doğum tarixi 17 mart 599
Doğum yeri
Vəfat tarixi 29 yanvar 661 (61 yaşında)
Vəfat yeri
Vəfat səbəbi sui-qəsd
Dəfn yeri
Fəaliyyəti dövlət xadimi, qazı, fəqih, mühəddis, müfəssir, hakim, şair, Xəlifə
Atası Əbu Talib[3]
Anası Fatimə bint Əsəd[3]
Həyat yoldaşları
Uşaqları
Ailəsi Bəni Haşim
Dini islam
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Əli

Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası[7]29 yanvar 661, Kufə, Rəşidi xilafəti[7]) – Məhəmmədin əmisi oğlu[8], səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni[8]. 4-cü Raşidi xəlifə[8][9]. Əbu Talibin oğlu[8][9]. İslamı qəbul edən ilk kişi, ikinci şəxs.[10][11] Sünnilikdə Ərəb XilafətininRaşidi xəlifələrin dördüncü xəlifəsi[8][12]. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.[13]

Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir.[13] Atası Əbu Talib[8], anası isə Fatimə binti Əsəddir.[13] Əmisioğlu Məhəmməd[8] tərəfindən himayə olunub və onun evində böyüyüb. Məhəmməd ilahi vəhy aldığını bildirdiyi zaman, Əli İslamı qəbul edən ilk kişi olmuş və həyatını bu dinə həsr etmişdir.[2][14][15][16][17]

Əli Məhəmməddən sonra Mədinəyə köçmüşdür. Orada Əli Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdur.[8] Bundan sonra Əli Mədinədə Məhəmmədlə keçirdiyi 10 il ərzində, müharibələrdə rəhbər kimi iştirak etmiş, bildiriş və əmrləri çatdırmış, demək olar ki, bütün müharibələrdə iştirak edərək fəal rol oynamışdır. Əli 656-cı ildə Osman ibn Əffanın öldürülməsindən sonra Mədinə məscidində xalq tərəfindən xəlifə seçilmişdir.[8][18][19] 661-ci ildə Kufə məscidində sui-qəsd nəticəsində öldürülmüşdür.[20][21][22][23]

İslam mədəniyyətində Əlinin özünəməxsus yeri vardır. Belə ki, o İslamda müdriklik, dürüstlük, igidlik, hörmət və s. rəmzidir. Xüsusən Təsəvvüfdə Əli təfsir, fiqh və dini fikir sahələrində ən yüksək şəxs hesab olunur və o Məhəmmədin nəslinin davamçısı kimi qəbul edilir.[20][24][25]

Əli bəzi dini şəxsiyyətlərlə Əli kültünün mərkəzi şəxsiyyətini təşkil edir.[26] Şayiə mədəniyyətinə əsaslanan əsərlərdə Əli bilik, cəsarət, inam, dürüstlük, sədaqət, səxavət və mərhəmət ilə xüsusilə xatırlanır və batin sufi ənənələri üçün ən vacib mistik şəxsiyyətdir. Xüsusilə təfsir, fiqh və dini düşüncə sahəsindəki üstünlüyü tanınır.

Təvəllüdü və uşaqlığı

[redaktə | mənbəni redaktə et]

Əlinin atası Əbu Talib Qüreyş qəbiləsinin tayfalarından biri olan Bəni-Haşimin şeyxlərindən və Kəbənin mühafizlərindən biri olmuşdur. O Məhəmmədin əmisi idi. Əlinin anası Fatimə binti Əsəd də həmçinin Bəni-Haşim tayfasındandır. Əli İbrahimin oğlu İsmailin nəslindəndir.[27]

Əli Nuri

Bəzi islami, xüsusən şiə mənbələrində qeyd olur ki, Əli Məkkədə, Kəbədə dünyaya gəlmiş və 3 gün orada qalmışdır. 3 gündən sonra anası qucağında Əli ilə qırağa çıxmış, Məhəmməd körpə Əlini qucağına götürərək ona "ulu" mənasını verən Əli adını qoymuşdur.[13][28][29][30][31][32][33] Məhəmmədin Əlinin ailəsi ilə yaxın əlaqələri olmuşdur. Məhəmməd yetim qaldıqdan sonra babası Əbdülmüttəlibin də ölməsindən sonra əmisi, Əlinin atası Əbu Talib onu evinə aparmışdır. Əli MəhəmmədXədicə binti Xüveylidin nikahından 2 və ya 3 il sonra doğulmuşdur.[34] Əli 5 və ya 6 yaşında olarkən Məkkədə iqtisadi çətinlik yarandı və bu Əbu Talibin ailəsinə də təsir etmişdir. Məhəmməd də Əlini öz himayəsinə götürmüşdür.[13][15][35]

Bir il Məkkədə aclıq üz vermişdi. Bu zaman Məhəmmədin əmisi Əbu Talib böyük bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı. Məhəmməd Bəni-Haşim tayfasının varlılarından olan digər əmisi Аbbasa təklif etdi ki, Əbu Talibin dolanışığına kömək etmək məqsədilə gedib hərəsi onun bir uşağını götürüb öz evində saxlasın. Abbas Məhəmmədin bu təklifi ilə razılaşdı. Beləliklə də Abbas Cəfəri Məhəmməd isə Əlini öz öhdəsinə götürüb öz evlərinə apardılar. Əli Məhəmməd peyğəmbər seçilənədək onun evində qaldı. Məhəmməd peyğəmbərliyə seçildikdən dərhal sonra Əli onu qəbul edib ona itaət etməyə başladı[36][37][38][39].

İslamı qəbul etməsi

[redaktə | mənbəni redaktə et]

Bəzi rəvayətlərə görə Hira mağarasında Məhəmmədə vəhy gələndə onunla görüşən yalnız Əli olmuşdur.[40][41][42]

3 il müddətində Məhəmməd insanları İslama gizli dəvət etdi. Qurana əsasən[43] o ilk öncə ailəsi Bəni-Haşimi bir tədbirdə İslama dəvət etdi. Təbəri, İbn əl-Əsir, Əbülfida və s. kimi alimlərə görə dəvəti qəbul edən şəxs, Məhəmmədin yoldaşı, qardaşı, vəkili və xələfi olacaqdı. Əli bu zaman 13 və ya 14 yaşında olmuş və ilk o ayağa qalxaraq önə çıxmışdır. Məhəmməd dəvəti 3 dəfə təkrar etsə də bunu qəbul edən yalnız bir şəxs olmuşdur ki, o da Əli. Məhəmmədin dəvətinə bir tək və israrla Əlinin müsbət cavab verməsindən sonra Məhəmməd onu özünün qardaşı, vəkili, xələfi və naibi elan etmiş və ona itaəti vacib buyurmuşdur. Dəvətdə Əli, onun atası və ailəsi yanaşı Əbu Ləhəbin də daxil olduğu Məhəmmədin əmiləri də iştiak edirmişlər. Və hadisələrin bu hissəsində Əbu Ləhəb gülərək qardaşı, Əlinin atası Əbu Talibə "hə indi sən öz oğluna beyət edəcəksən?" sualını vermişdir.[44][45][46] Bu hadisə tarixdə "Dəvət ayəsi" olaraq qalmışdır. Bəni-Haşim Məkkədə boykot altında olduğu zaman Əli Məhəmmədə dəstək olmuşdur.

İbn İshaq və digər bəzi tarixçilərə görə Əli İslamı ilk qəbul edən kişidir, lakin Təbəri və digər bəzi tarixçilər isə İslamı qəbul edən ilk kişinin Zeyd ibn Haris və ya Əbu Bəkr olması haqqında bəzi ənənəvi rəvayətlər qeyd etmişdirlər[47]. Bəzi alimlər isə Əlini İslamı qəbul edərkən uşaq olduğuna görə İslamı qəbul edən ilk müsəlman kişi kimi qəbul etmirlər.[48]

Mədinəyə hicrət

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Hicrət

622-ci ildə Məhəmməd Məkkədən Yəsribə (indiki Mədinə) hicrət etmiş və həmin vaxt Əli Məhəmmədin yatağında yatmışdır.[13][15][49] Bu gecə Leylət əl-Məbit adlandırılmışdır. Bəzi hədislərə əsasən "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər." ayəsi məhz bu hadisəylə əlaqədar olaraq nazil olmuşdur.[50][51]

Əli sui-qəsdi dəf etsə də Məkkədə qalıb Məhəmmədin təlimatlarına uyğun hərəkət etməyə başlamışdır. Əli həmçinin burada Məhəmmədə əmanət edilmiş mal-dövlətləri mühafizə etmişdir. Əli daha sonra anası, Məhəmmədin qızı Fatimə və iki qadınla birlikdə Mədinəyə getmişdir.[14][15]

Əli 22 və ya 23 il Mədinədə yaşamışdır. Məhəmməd Mədinədə səhabələrə arasında qardaşlıq yaradarkən məhz Əlini özünə qardaş seçmişdir.[14][15][52] 622–632-ci illərdə 10 il müddətində Əli Məhəmmədə köməklik etmiş və onun əmrlərinə uyğun olaraq vali, ordu komandanı, elçi, bayraqdar olaraq faəl fəaliyyət göstərmişdir.[53][54]

Əli 623-cü ildə Məhəmmədin və qızının da razılığı ilə Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdur.[13] Bu hadisədən sonra Məhəmməd Fatiməyə belə demişdir: "Sən mənim ailəmdən mənə sevimli olan biriylə ailə həyatı qurdun".[55] Məhəmməd bu ailəni Ali-Əba hədisindəMübahilə günü öz Əhli-Beyti adlandırmışdır. Onların adı Quranın Təthir ayəsində də çəkilmişdir.[56][57]

Əlinin Fatimədən 4 övladı olmuş, 1 övladı da daha dünyaya gəlməmiş Fatimənin bətnində ölmüşdür. Məhəmməd onların 2 oğlunu (HəsənHüseyn) öz övladı və Cənnət cavanlarının ağası adlandırmışdır.[58]

Əli və Fatimə əvvəl-əvvəl çox kasıb yaşamışdırlar. Ailə həyatı qurduqları bir neçə il ərzində Fatimə ev işlərini özü görmüşdür. Quyudan su daşımaqdan çiyinləri şişmiş, əl dəyirmanında qarğıdalı üyüdməkdən əlləri suluqlanmışdır.[59] Fatimə ev işlərində çox diqqətcil olmuş, xəmir düzəltmiş, çörək bişirmişdir. Əli də öz növbəsində evə yanacaq odun gətirmiş və ailəsini ərzaqla təmin etmişdir.[60] Xeybər döyüşündən qazanılan qənimət müsəlmanlar arasında bölüşdürüldükdən sonra bir çox müsəlman ailələri kimi Əlinin ailəsinin də maddi vəziyyəti xeyli yaxşılaşmışdır. Vəziyyətləri yaxşılaşdıqdan sonra Fatimə evə bəzi kənizlər almış, lakin onlarla ailə üzvü kimi rəftar etmişdir.[61]

Müharibələrdə
[redaktə | mənbəni redaktə et]
Ərəbcədən tərcümədə "Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur." mənasını verən ərəbcə cümlə.

Əli Məhəmmədin sağlığında Təbuk döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir.[15] Bəzi döyüşlərdə sıravi bir döyüşçü kimi döyüşmüş, bəzilərində isə başçılıq etdiyi dəstəsiylə hücumlar təşkil etmişdir.

Əli ilk dəfə Bədr döyüşündə iştirak etmişdir. Əməvilərin məşhur sərkərdələrindən Vəlid ibn Utbə başda olmaqla bir çox sərkərdə və əsgərləri məğlub etmişdir. İslami mənbələrə əsasən Əli döyüşdə 20–30, əksər mənbələrə əsasən 27 döyüşçü öldürmüşdür.[62][63]

Əli Uhud döyüşü başda olmaqla bir çox döyüşdə ikiqıynaqlı Zülfüqar qılıncıdan istifadə etmişdir.[64] Uhud döyüşündə müsəlmanlar qaçarkən, Məhəmmədi qoruyaraq xüsusi rol ifa etmiş[13]Məhəmməd də onun haqqında "Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur." demişdir.[65] Əli Xeybər döyüşündə müsəlman ordusuna başçılıq etmişdir.[66][67] Bu döyüşdən sonra Məhəmməd ona ərəbcədən tərcümədə "Allahın aslanı" mənasını verən "Əsədullah" ləqəbini vermişdir.[13] Əli 630-cu il Huneyn döyüşündəMəhəmmədi müdafiə etmişdir.

İslam missiyası
[redaktə | mənbəni redaktə et]

610-cu ildən Məhəmmədə Quran nazil olmağa başlamışdır. Nazil olan surəayələri yazan vəhy katiblərindən biri də Əli olmuşdur. Bu zaman İslam Ərəbistan yarımadasında yayılmağa başlamışdır. Əli də yeni bir İslami nizamın qurulmasında yardımçı olmuşdur. 628-ci ildə Məhəmmədin əmri ilə Məhəmmədlə Qüreyş qəbiləsi arasında bağlanan Hüdeybiyyə sülh müqaviləsini Əli yazmışdır. 630-cu ildə Məhəmmədin əmrilə Məkkədə Quranın ərəb politeistlərindən bəhs edən ayələrini ictimaiyyət qarşısında oxumuşdur. 630-cu ildə Məkkənin fəthi zamanı Məhəmməd Əlidən fəthin qansız olacağı barədə zəmanət almışdır. Əli Məscidül-Həramı İslamdan öncəki politeist dinlərin əlamətlərindən təmizləmək üçün orada olan və Bəni Aus, Bəni Xəzrəc, Təyy kimi politeist tayfalara məxusus olan tanrı bütlərini sındırmışdır. 1 il sonra Əli İslamı təbliğ etmək üçün Məhəmməd tərəfindən Yəmənə göndərilmişdir.[13][14]

Mübahilə hadisəsi
[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalələr: MübahiləMübahilə ayəsi

Məhəmməd M. 631/H. Q. 10-cu ildə bir neçə nəfəri İslamı yaymaq və təbliğ etmək üçün Yəmənin Nəcran məntəqəsin göndərir. Nəcran məntəqəsinin xristianları da Məhəmmədlə danışıq aparmaq üçün Mədinəyə bir nümayəndə heyəti göndərirlər. Xristianlar "biz şəkdəyik, şübhə edirik." deyirlər. Sonra Məhəmməd Ali-İmran surəsinin 61-ci ayəsinin nazil olduğunu bildirir. Ayədən sonra Məhəmməd xristianlara onlarla qarşlılqlı mübahilə edilməsini təklif edir. Xristianlar Məhəmməddən gedib rəhbərləri ilə məsləhətləşmələri üçün bir az vaxt və möhlət istəyirlər. Rəhbərləri onlara "Siz bu təklifi qəbul edin. Əgər Məhəmmədin qarğış etməyə hay-küylə, təm-təraqlı və çoxlu adamla gəldiyini görsəniz, əsla nigaran olmayın və bilin ki, çox da mühüm məsələ yoxdur, amma əgər az saylı adamla gəlsə, mübahilə fikrindən dönün və onunla saziş bağlayın." şəklində təlimat verirlər. Ayəyə əsasən mübahilə günü tərəflər, yəni müsəlman və xristianlar mübahiləyə öz oğlanlarını, qadınlarını və nəfslərini gətirməli idilər. Mübahilə günü Müsəlmanlar tərəfdən mübahiləyə gedən, Məhəmməd özü ilə qızı Fatiməni, əmisi oğlu və yeznəsi Əlini, nəvələri HəsənHüseyni gətirir. Xristianlar mübahilədən imtina edir və nəticədə mübahilə baş vermir. Tərəflər arasında saziş bağlanır. Sazişə əsasən xristianlar müsəlmanlara hər biri 40 dirhəm qiymətində olan 2000 hillən verməli idilər.[68][69][70][71][72][73][74][75][76][77][78][79][80][81][82][83]

Məhəmməd və Əli Qədir-Xumda. 1309–1310, Elxanilər dövrü rəsm əsəri
border=none Əsas məqalələr: Qədir-XumSəqaleyn hədisi

Məhəmməd 632-ci ildə həyatının sonuncu həcc ziyarəti olan və Vida Həcci adlanan həcc ziyarətindən dönərkən SünniŞiələr tərəfindən fərqli izah edilən bəzi açıqlamalar vermişdir.[13] Məhəmməd Qədir-Xum adlanan çöldə dayandı və cammat namazı üçün toplanan camaata xitab etməyə başladı:[84]

" – Möminlərə, onların özlərindən daha layiqi kimdir?
Dedilər: AllahPeyğəmbəri daha yaxşı bilir!
Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam – onlara özlərindən daha üstün və daha layiqəm! Ey camaat, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.[85][86][87]
"

Şiələr iddia edirlər ki, bu hadisə Məhəmmədin xələfi olaraq Əlini seçməsi üçün əsasdır. Sünnilər isə tam əksinə bu hadisədə Məhəmmədin Əli ilə olan mənəvi yaxınlığını bildirdiyini və qardaş olmalarını ifadə etdiyini iddia edirlər.[88][89][90] Bir çox sufilər də belə hesab edirlər ki, Əli Məhəmmədin mənəvi hakimiyyətinin varisidir.[13][91] Bu hədisin əsasında sonradan şiələr Əlinin Əbu BəkrÖmərdən üstün olduğunu iddia etmişdirlər.[92]

Məhəmmədin canişinliyi

[redaktə | mənbəni redaktə et]

Ömrünün sonuna kimi bir çox ərəb qəbilə və tayfalarını vahid müsəlman dövlətində birləşdirən Məhəmməd 632-ci ildə vəfat etmişdir. Bundan sonra Məhəmmədin xələfi kimi kimin müsəlman icmasına rəhbərlik edəcəyi mübahisələrə səbəb olmuşdur.[93] Bu zaman Əli ailəsi ilə Məhəmmədin meyidini yumaq və onun dəfni ilə məşğul olmuşdur. Bu zaman bir qrup müsəlmanlar Səqifədə toplaşaraq Məhəmmədin canişini kimi onun səhabələrindən Əbu Bəkrin namizədliyini irəli sürmüşdür. Məclisdə Əbu Bəkrin Məhəmmədin birinci xəlifəsi olaraq müsəlman cəmiyyətinin rəhbəri seçildiyi elan edilmişdir. Məhəmmədin səhabələrindn bir qismi Məhəmmədin Əlini özündən sonra xələfi təyin olunduğu iddiası ilə bu seçkinin nəticələrini tanımamışdır.[17][94][95]

Daha sonra Fatimə və Əli xilafət məsələsində səhabələrdən kömək istəyərkən onlar belə cavab verdilər: "Ey Allah Rəsulunun qızı! Biz Əbu Bəkrə beyət etmişik. Əgər Əli daha öncə gəlsəydi, əlbəttə ki, onu tərk etməzdik." Əli dedi: "Bizə yaraşar ki, Peyğəmbərin dəfnindən əvvəl xilafət üstündə mübahisə edək?"[96][97]

Məhəmməddən sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Quran tarixi

Əlinin həyatının digər bir hissəsi 632-ci il Məhəmmədin ölümündən, 656-cı il 3-cü xəlifə Osmanın sui-qəsdinə qədərdir ki[14], bu müddət ərzində Əli nə bir döyüşdə və ya fəthdə iştirak etmiş nə də rəhbər vəzifələrdə işləmişdir. Xüsusilə həyat yoldaşı Fatimeyi-Zəhranın ölümündən sonra bütün siyasi işlərdən uzaqlaşmışdır. Bu müddət ərzində ailəsinə baxmaq üçün əkinçiliklə məşğul olmuşdur. Əli Mədinə yaxınlarında bir çox quyu qazırmış, bağça saldırmış və onları insanların ixtiyarına vermişdir. Bu quyular hal-hazırda da Əbar Əli (Əli quyusu) olaraq bilinir.

Əli Məhəmmədin ölümündən 6 ay sonra kamil bir Quran olan müshəf[98] hazırlamışdır. Nüsxə dəvə ilə Mədinədə yaşayan digər əhaliyə göstərmək üçün hazırlanmışdır. Bu Müshəfin surə sıralaması sonradan Osmanın vaxrtında hazırlanan Quran nüsxəsindəki surə sıralamasından fərqlənmişdir. Kitab əhaliyə göstərildikdən sonra onların bir qismi tərəfindən qəbul edilməmişdir. Buna baxmayaraq Əli öz müshəfi üçün mübarizə aparmışdır.[99][100][101]

Əli və Raşidi xəlifələr

[redaktə | mənbəni redaktə et]

Şiə mənbələrində hadisə belə nəql olunmuşdur: Məhəmməd Fədəyi dəvəli və atlı suvarilər olmadan (müharibəsiz) ələ keçirdikdən sonra Allah İsra surəsinin 26-cı ayəsini (Qohum-əqrəbaya haqqını ver.) nazil etmişdir. Məhəmməd bu ayəylə kimin nəzərdə tutulduğunu anlamadığına görə Cəbrailə müraciət etmiş, Cəbrail Allahdan soruşmuş, Allah da "Fədəyi Fatiməyə ver." demişdir. Məhəmməd də bundan sonra Fatiməni çağırmış və ona "Ey Fatimə! Allah mənə, Fədəyi sənə verməyimi əmr etdi." demiş, Fatimə də "Allahın və sənin bu hədiyyəni qəbul etdim." demişdir.[102][103][104] Məhəmməd sağ olduğu zaman Fədəyi Fatimənin vəkilləri idarə etmişdir. Məhəmməd öldükdən və Əbu Bəkr hakimiyyətə gəldikdən sonra isə Əbu Bəkr Fatimənin vəkillərini oradan çıxartmışdır. Bundan sonra Fatimə, Əbu Bəkrin yanına gəlmiş və Fədəyin təkrar özünə verilməsini istəmişdir. Əbu Bəkir ona "Mənə qaradərili birini gətir, buranın sənə verildiyinə şahidlik etsin." demişdir. Fatimə də Əli və Ümmü Əyməni gətirmiş, onlar da Fatimə lehinə şahidlik etmişdirlər. Bunun üzərinə Əbu Bəkr, Fatiməyə aid olan Fədəyə girməkdən imtina etməsinə ona dair bir yazı vermişdir. Fatimə Əbu Bəkrin yanından çıxdıqdan sonra yolda Ömərlə qarşılaşmış, Ömər "Əlindəki bu yazı nədir ey Məhəmmədin qızı?" deyə soruşmuş, Fatimə də "Əbu Bəkrin mənim üçün yazdığı bir yazıdır." cavabını vermişdir. Bundan sonra Ömər "Mənə göstər." demiş Fatimə isə göstərməmiş, bunun üstündən Ömər yazını əlindən çəkib almış və yazılanları oxumuş, sonra da üzərinə yağlı su töküb, silmiş və cırıb atmışdır. Fatiməyə də "Buranı sənin atan, atlı və dəvəli süvarilərlə zəbt etməmişdir. Çıxar artıq bu köləlik bağlarını boyunlarımızdan." demişdir.[105][106][107]

Sünni mənbələrində isə hadisə belə nəql olunmuşdur: Qohum-əqrəbaya haqqını ver (İsra, 26) ayəsi nazil olduqan sonra Məhəmməd Fədəyi Fatiməyə vermişdir.[108][109] Əbu Bəkr xəlifə seçildikdən sonra, Fədəyi Fatimədən almışdır.[110][111][112] Fatimə Əbu Bəkrə "Rəsulullah (s) Fədəyi mənə vermişdir." demiş, Əbu Bəkr isə cavabında "peyğəmbərlər özlərindən sonra miras qoymurlar, qoyduqkarı yalnız sədəqədir.[111][112] Bu mövzuda bir dəlilin varmı?" deyə soruşmuşdur. Bunun üzərinə Əli Fatimənin sözünə şahidlik etmişdir. Daha sonra Ümmü Əymən Əbu Bəkr və Ömərə "mənim Cənnət əhli olduğuma şahidlik edə bilərsinizmi?" deyə soruşmuş, onlar da "bəli." cavabını vermişdir. Ümmü Əymən də ardınca "mən də şahidlik edirəm ki, Nəbi (s) Fədəyi Fatiməyə (s.ə) vermişdir" demişdir.[111][112][113] Əbu Bəkir dəcavabında "Mən bir kişilə bir qadının şahidliyini qəbul etmirəm. Ya iki kişi, ya da bir kişi və iki qadın şahid göstərəcəksən." demişdir.[114] Bu hadisələrdən sonra Fatimə Əbu Bəkrə qəzəblənmiş və ölənə qədər onu danışdırmamışdır.[110][111][112][115]

Şiə mənbələrinə əsasən Əli Əbu Bəkrin xilafəti zamanı onun arxasında dayanıb (ona iqtida edib) namaz qılmazmış.[116][117]

Osmanın mühasirəsi
[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Osmanın mühasirəsi

Osman ibn Əffan hakimiyyəti zamanı öz tayfası olan Bəni-Üməyyə (Bəni-Əbdüşşəms) tayfasından bəzi şəxsləri müxtəlif vəzifələrə təyin etdi. Əbuzər Ğiffari, Abdullah ibn Məsud, Əmmar Yasir və b. səhabə və tabeinlər Osmanın bu hərəkətlərinə görə onu comərdlikdə ittiham etmiş və xalq arasında ona qarşı bəzi etirazlar baş qaldırmışdır. Xilafətin əksər ərazilərində narazılıq və müqavimət 650–651-ci illərdə olmuşdur.[118] Osmanın müxtəlif ərazilərə təyin etdiyi valilər, xüsusilə müşaviri və yeznəsi Mərvan ibn Həkəmin təyinatı ona qarşı olan narazılıqları daha da artırmışdır.[119] Narazı qruplar Osmandan vəzifəyə təyin etdiyi şəxsləri vəzifədən azad etməsini və qohumbazlıq etməməsini ondan tələb etmişdirlər.[120]

Bəzi şiə[121][122] və sünni mənbələrində[123] Osmanın evinin mühasirədə olduğu zaman Əlinin ona məsləhət verib, köməkçi olduğu yazılsa da digər bəzi İslami mənbələr və İslam alimləri bu məlumatların zəif olduğu fikrini irəli sürür.[124][125][126]

border=none Əsas məqalələr: Raşidi XilafətƏlinin xəlifəliyi
Hicri 36/656-cı il, Bişapurda Əli xilafəti dövründə zərb edilmiş sikkə. Sasani hökmdarı II. Xosrovu təqlid edən büst, Ay-ulduz, Bəsmələ, Zərdüşti atəşi. Bir çox, əvvəlcə problem olmayan relyef və şəkillər[127], üləma təfsirləri ilə günah, digər inancları təmsil edən simvollar isə küfr hesab edilərək ictimai həyatdan tamamilə kənarlaşdırılır.[128] (Revizionist məktəbə görə, bu gün İslamın yayılması adlandırılan genişlənmənin dini deyil, dünyəvi ərəb ekspansiyası olduğuna dair sübutlardan.[129])

Xəlifə seçilməsi

[redaktə | mənbəni redaktə et]

Əli 656–661-ci illər arasında, İslam tarixinin ən çaxnaşmalı dövründə xəlifə olmuşur. Bu dövr həmçinin İlk Fitnə ilə də üst-üstə düşmüşdü.

Osmanın öldürülməsi o demək idi ki, üsyançılar yeni xəlifə seçməlidirlər. Bu, çox çətinliklərlə üzləşdi, belə ki, üsyançılar bir neçə qrupdan ibarət idilər: Mühacirlər, Ənsar, Misirlilər, Kufəlilər və Bəsrəlilər. Xəlifəlik üçün 3 namizəd var idi: Əli, Təlhə və Zübeyr. Üsyançılar ilk Əlinin yanına gəldilər və təklif etdilər ki, xəlifə olmağı qəbul etsin. Muhəmmədin səhabələrindən bəziləri bu təklifi qəbul etmək üçün Əlini razı salmağa çalışdılar, lakin o təklifi qəbul etmədi və 1-ci şəxs olmaq əvəzinə məsləhətçi ola biləcəyini bildirdi.

Təlhə, Zübeyr və digər səhabələr də xəlifəlik təkliflərinə mənfi cavab verdilər. Beləliklə, üsyançılar Mədinə əhalisinə xəbərdarlıq etdilər ki, 1 gün ərzində xəlifə seçsinlər, əks təqdirdə ciddi təbbirlər görəcəklər. Bu çıxılmaz vəziyyəti yoluna qoymaq üçün müsəlmanlar 18 iyun 656-cı il tarixdə xəlifə seçmək üçün Peyğəmbər məscidində toplandılar. Əli əvvəlcə təklifi sadəcə olaraq ona görə qəbul etmədi ki, onun ən güclü tərəfdarları üsyançılar idi. Ancaq Mədinə əhalisi ilə birlikdə Muhəmmədin bəzi görkəmli səhabələri də təkid etdikdən sonra sonunda razılaşdı. Əbu Mixnəfin rəvayətinə görə, Əliyə ilk beyət edən məşhur səhabə Təlhə idi, lakin digər rəvayətlər əksini iddia edir ki, onlar beyət etməyə məcbur edildilər. Həmçinin, bir müddət sonra Təlhə və Zübeyr könülsüz olaraq beyət etdiklərini iddia etdilər. Buna baxmayaraq, Əli onların iddialarını rədd etdi və israrl bildirdi ki, onlar könüllü şəkildə onu xəlifə kimi tanıyıblar. (yaxud, onlar könüllü çəkildə beyət ediblər). Vilfred Meydlanq hesab edir ki, güc insanları beyətə məcbur etməmiş və onlar məsciddə hər kəsin gözü qarşısında beyət etmişdilər.

Mədinə əhalisinin böyük əksəriyyəti və üsyançıların çox hissəsi beyət etsələr də, bəzi mühüm şəxslər yaxud qəbilələr beyət etmədilər. Əməvilər, Osmanın qohumları ya Levanta (məşriqə) qaçdılar, ya da evlərində oturdular. Daha sonra isə Əlinin xilafətinin qanuniliyinə etiraz etdilər. Səd ibn Əbi Vəqqas orada yox idi, Abdullah İbn Ömər isə beyət etməkdən çəkindi, lakin hər ikisi ona qarşı çıxmayacaqlarına dair Əlini inandırdılar.

İslamın birinci imamı Əli ibn Əbu Talib 26 yanvar 661-ci il tarixində Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən indiki İraqın Kufə şəhərində, Böyük Kufə Məscidində ibadət edərkən (Namaz qılarkən) zəhərli qılınc vasitəsi ilə yaralanmışdır . Bilinən mənbəələrə görə İmam Əli Aldığı yaradan 2 gün sonra Şəhadətə yüksəlmişdir . Əlinin cəsədi oğulları – Həsən, Hüseyn, Məhəmməd ibn əl-Hənəfiyyə və qardaşı oğlu Abdulla ibn Cəfər tərəfindən yuyulmuşdur. Onlar Übeydulla ibn Abbas ilə birlikdə Əlini gizlin şəkildə dəfn etdilər. Çünki, onlar qorxurdular ki, Əlinin cəsədi öz qəbrindən "çıxarılacaq və təhqir olunacaq".Bəzi mənbələrdə qeyd olunur ki, Əli indiki İraqın Nəcəf şəhərindəki İmam Əli məscidində dəfn olunub. Buna baxmayaraq, başqa mənbələr, əsasən əfqanlar iddia edirlər ki, Əli Əfqanıstanın Məzari-Şərif şəhərindəki Göy məsciddə dəfn olunmuşdur. Əlinin ölüm müsəlmanlar tərəfindən hər il yad edilir. Hörmətlə Tunar Kərimli

İmam Əlinin Şəhidliyi — Şəkil çəkmək Yousef Abdinejad

Əlinin ölümündən sonra Kufə müsəlmanları münaqişəsiz onun böyük oğlu Həsənə tabe olacaqlarını əhd etdilər. Belə ki, Əli dəfələrlə bildirmişdi ki, ancaq Məhəmmədin Əhli-Beyti müsəlman cəmiyyətini idarə etmək hüququna malikdir. Bu zaman İslam Dövlətinin ən böyük komandiri Muaviyə Misir və Levantı tutmuş, özünü xəlifə elan etmiş və Həsənin xəlifəliyinin yerləşdiyi İraqa yürüş etmişdir.[130]

Ordu ona qarşı üsyan qaldırana qədər Muaviyə Həsənin komandirlərini tədricən çox miqdarda pulla və ya yalan vədlərlə devirirdi. Nəhayət, Həsən Muaviyəyə xilafəti təslim etmək və onunla sülh bağlamağa məcbur olmuşdur. Bu yolla Muaviyə İslam xəlifəliyini ələ keçirmiş və hər mümkün yolla Əlinin ailəsini və onun şiələrini təzyiq altında saxlamağa çalışmış və Muaviyənin əmrilə Əli hər xütbədən əvvəl minbərlərdən lənətlənməyə başlanmışdır. Əlinin lənətlənməsi Ömər ibn Əbdüləziz tərəfindən ləğv olunana qədər 60 il müddətində davam etmişdir. Muaviyə həmçinin mərkəzləşdirilmiş dövlət olan Əməvilər xilafətini yaratmışdır.[21][131][132][133]

İslami baxış

[redaktə | mənbəni redaktə et]

Əli dövründə Şiə münasibətləri Məhəmməddən sonra ən əhəmiyyətli fiqur olmuşdur. Onlara görə Məhəmməd öz sağlığında dəfələrlə bildirmişdir ki, Əli onun ölümündən sonra müsəlmanların başçısı olacaqdır. Bu şiələr tərəfindən rəvayət olunan bir çox hədisdə dəstəklənir: Qədir-Xum hədisi, Səqaleyn hədisi, Qələm və kağız hədisi, Ali-Aba hədisi, Məkan hədisi, Xəbərdarlıq hədisi, On iki xəlifə hədisi.

Sünni müsəlmanları Əlini bir Əhli-Beyt və sonuncu Rəşidun xəlifəsi kimi, eləcə də İslamda ən mötəbər və təsiredici liderlərdən biri kimi anırlar.

Bəzi rəvayətlərdə Əlinin öz sağlığında ona ibadət etməyi qadağan etdiyi qeyd olunmuşdur.

Qeyri-İslami baxış

[redaktə | mənbəni redaktə et]
Şəxs Sitat
Edvard Qibbon (Britaniya XVIII əsr tarixçisi) Əlinin qeyrəti və xeyirxahlığı heç vaxt öz dinindən dönmüş insanlar tərəfindən qabaqlanmamışdır. O, müqəddəsi, əsgəri, şairi birləşdirmişdir; onun müdrikliyi hələ də onun mənəvi və dini kəlamlarında nəfəs almaqdadır; və qılınc və ya dil döyüşündə hər rəqibi onun fəsahəti və şücaəti üzündən məyus olurdu. Onun vəzifəsinin ilk saatından onun dəfnetmə mərasiminə qədər lider heç vaxt səxavətli dostu tərəfindən tərk edilməmişdir.[134]
Vaşinqton İrvinq (ABŞ yazıçı və oçerkisti) O, alicənab Qureyş nəslinin ən alicənab nümayəndəsi idi. O ərəblər tərəfindən vacib olan 3 böyük keyfiyyətə sahib idi: cəsarət, fəsahət, və əliaçıqlıq. O, Aslan tanrısının peyğəmbər adından qorxmaz ruh qazanmışdır; onun fəsahəti haqqında misallar hələ də bəzi ayələrdə və ərəblər arasındakı bəzi hekayələrdə saxlanmışdır; onun comərdliyi isə özünü hər cümə günü digər insanların iştirakı zamanı büruzə verirdi; kəraməti haqqında hər misalda təkrarlayırıq.

Əlinin həyatından bəhs edən ən qədim mənbələr hədislər, eləcə də bəzi İslam mənbələridir. Orta əsr mənbələrinə isə sünni və şiələrin əsərləri, xristianların, hindlilərin və digər qeyri-müsəlmanların yazıları və bəzi qərb alimlərinin işləri aiddir.

  1. 1 2 Dinlər, təriqətlər, məzhəblər, səh. 81
  2. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; zb79 adlı istinad üçün mətn göstərilməyib
  3. 1 2 3 4 5 6 7 Али-заде А. Али ибн Абу Талиб (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. С. 68.
  4. Али-заде А. Хасан ибн Али (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  5. Али-заде А. Хусайн ибн Али (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  6. Али-заде А. Зайнаб бинт Али (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  7. 1 2 3 4 Али бен-Аби-Талеб (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. I. С. 438.
  8. 1 2 3 4 5 6 7 8 9 Sitat səhvi: Yanlış <ref> teqi; islam53 adlı istinad üçün mətn göstərilməyib
  9. 1 2 Biographies of the Prophet's companions and their successors, Ṭabarī, translated by Ella Landau-Tasseron, pp.37–40, Vol:XXXIX
  10. Kelen, 2001. səh. 29
  11. Watt, 1953. səh. xii
  12. Sitat səhvi: Yanlış <ref> teqi; zb78 adlı istinad üçün mətn göstərilməyib
  13. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Nasr, Seyyed Hossein. Ali // Encyclopædia Britannica Online. Encyclopædia Britannica, Inc. 2007-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-10-12. (#invalid_param_val)
  14. 1 2 3 4 5 Sitat səhvi: Yanlış <ref> teqi; Iranica adlı istinad üçün mətn göstərilməyib
  15. 1 2 3 4 5 6 Tabatabaei, 1979. səh. 191
  16. Ashraf, 2005. səh. 14
  17. 1 2 Diana, Steigerwald. Alī ibn Abu Talib // Encyclopaedia of Islam and the Muslim world; vol.1. MacMillan. ISBN 978-0-02-865604-5.
  18. Ashraf, 2005. səh. 119 and 120
  19. Madelung, 1997. səh. 141-145
  20. 1 2 Dinlər, təriqətlər, məzhəblər, səh. 80
  21. 1 2 Lapidus, 2002. səh. 47
  22. Holt, Lambton və Lewis, 1970. səh. 70–72
  23. Tabatabaei, 1979. səh. 50–75 and 192
  24. İslam, səh. 55
  25. Madelung, 1997. səh. 309 and 310
  26. "Arxivlənmiş surət". 2008-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-07.
  27. Ashraf, 2005. səh. 5
  28. Ashraf, 2005. səh. 6
  29. "Khalifa Ali Ibn Abu Talib". witness-pioneer.org. 2004-11-05. 2008-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-19. (#invalid_param_val)
  30. "Hz. Əmirəlmöminin Əli (ə.s.) Rəcəb ayının on üçündə Ammulfil ilinin otuzunda Məkkədə Beytullahın içində dünyaya gəldi. Nə Əlidən əvvəl, nə də ondan sonra kimsə o mübarək məkanda dünyaya gəlmə səadətinə nail olmamışdır. Hz. Əlinin (ə.s.) Kəbədə dünyaya gəlişi bir fəzilət və şərəfdir ki, uca Allah bunu sadəcə o həzrətə məxsus qılmışdır.

  31. "Onun (Radiyallahu anh) mənqıbələrindən biri də doğumunun Kəbənin içində baş verməsidir."

    • Mühəddis Hind Şah Vəliyullah Dəhləvi, "İzalətul Xifa An Xilafətil Xüləfa", c. 4, Bab: Əmma Mə’suru Əmirilmöminin və İmamu Əşcaiin Əsedullahil Qalib Əli ibn Əbu Talib (Radiyallahun Ənh) Tashih ve Müracaat: Seyyid Cəmaluddin Hərəvi
  32. "Rəvayət edilmişdir ki, Fatimə binti Əsəd (s.ə.) hamilə halı ilə Beytullahı təvaf edirdi. Doğum sancısı vücudunu sardı, bu zaman Kəbənin divarı yarıldı və Fatimə binti Əsəd içəri daxil olub Hz. Əlini (ə.s.) orada dünyaya gətirdi."

  33. "Fatimə binti Əsədin Əmirəlmöminin Əlini (Kərəmullahu vəchəh) Kəbənin içində dünyaya gətirdiyi mövzusunda təvatür həddində hədislər rəvayət edilmişdir."

    • Məhəmməd ibn Əbu Abdullah əl-Hakim ən-Nişapuri, "əl-Müstədrəku aləs-Səhiheyn", c. 3, səh. 550, Təhqiq: Mustafa Abdülqadir Əta, Darul Kutubil Elmiyyə, Beyrut, Birinci nəşr, H. Q. 1411/M. 1990
  34. Ashraf, 2005. səh. 6 and 7
  35. Ashraf, 2005. səh. 7
  36. İbn Əsir, Əl-Kamilu fit-tarix, c. 2, s. 58.
  37. İbn Hişam, Əs-siyrətün-nəbəviyyə, Təhqiqi: Mustəfa Siqa.
  38. Təbəri, Tarixul-uməm vəl-muluk, Darul-qamusul-hədis, c. 2, s. 213.
  39. İbn Əbilhədid, Şərhi Nəhcül-bəlağə, c. 13, s. 119
  40. Məsum imamların həyatı, səh. 7
  41. Şərhi-Nəhcül-bəlağə, c. 13, səh. 119
  42. Şərhi-Nəhcül-bəlağə, c. 13, səh. 208
  43. Şuəra26:214.
  44. Təbəri, c. 2, səh. 217
  45. Əl-kamilu fit-tarix, c. 2, səh. 63
  46. Şərhi-Nəhcül-bəlağə, c. 13, səh. 211
  47. Watt, William Montgomery. Muhammad at Mecca. səh. xii. Oxford University Press. 1953
  48. Watt, William Montgomery. Muhammad at Mecca. səh. 86. Oxford University Press. 1953
  49. Ashraf, 2005. səh. 28 and 29
  50. Bəqərə2:207.
  51. Tabatabaei, Sayyid Mohammad Hosayn. "Tafsir al-Mizan, Volume 3: Surah Baqarah, Verses 204–207". almizan.org. 2010-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-25.
  52. Ashraf, 2005. səh. 30–32
  53. Momen, 1985. səh. 13 and 14
  54. Ashraf, 2005. səh. 28–118
  55. Singh, 2003. səh. 175
  56. Əhzab33:33
  57. Madelung, 1997. səh. 14 and 15
  58. Hasan ibn Ali // Encyclopædia Iranica. 2014-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-01.
  59. Ashraf, 2005. səh. 42 and 43
  60. Qazwini, 1992. səh. 140
  61. Vaglieri, Veccia. Fatima // Encyclopedia of Islam. Leiden, The Netherlands: Brill. səh. Vol. 2 844–850. ISSN 1573-3912.
  62. Ashraf, 2005. səh. 36
  63. Merrick, 2005. səh. 247
  64. Khatab, Amal. Battles of Badr and Uhud. Ta-Ha Publishers. May 1, 1996. ISBN 978-1-897940-39-6.
  65. Ibn Al Atheer, In his Biography, vol 2 p 107 "لا فتی الا علي لا سيف الا ذوالفقار"
  66. Ashraf, 2005. səh. 66–68
  67. Zeitlin, 2007. səh. 134
  68. Əli ibn İbrahim əl-Qummi, "Təfsiri Qummi", c. 1, səh. 104 [ölü keçid]
  69. Şeyx Səduq, "Uyunu əxbar ər-Rıza ə.s", c. 1, səh. 209–210, bab 23, hədis 1 Arxivləşdirilib 2022-06-11 at the Wayback Machine
  70. Şeyx Asif əl-Muhsini, "Muaşərə Biharul Ənvar", c. 1, səh. 276
  71. Seyid Əbulqasim əl-Xoyi, "Mucəm ricalil hədis", c. 8, səh. 217, 4648-ci ravi Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine
  72. Müslüm, "əs-Səhih", c. 4, səh. 1871, Səhabənin fəziləti kitabı, hədis 2404
  73. Beyhəqi, "Dəlailun Nübüvvə", səhifə 353–354, hədis 244 Arxivləşdirilib 2020-11-30 at the Wayback Machine
  74. Şeyx Nəcaşi, "Rical Nəcaşi", səhifə 165, 437-ci ravi Arxivləşdirilib 2021-05-09 at the Wayback Machine
  75. Əhməd b. Hənbəl "Müsnəd", c. 1, səh. 85, hədis 1608 Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine
  76. Şeyx Tusi "Fihrist", səhifə 71, 285-ci ravi Arxivləşdirilib 2015-03-25 at the Wayback Machine
  77. Tirmizi, "Sünən", c. 6, səh. 86–87, Mənaqib kitabı, hədis 3724 Arxivləşdirilib 2013-06-30 at the Wayback Machine
  78. Şeyx Əyyaşi, "Təfsiri Əyyaşi", c. 1, səh. 176–177 Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine
  79. Hakim, "Müstədrək", c. 3, səh. 163, hədis 4719 Arxivləşdirilib 2018-10-18 at the Wayback Machine
  80. Hakim, "Müstədrək", c. 2, səh. 649, hədis 4157 Arxivləşdirilib 2018-10-18 at the Wayback Machine
  81. İbni Kəsr, "Təfsirul-Quranil-Əzim", c. 3, səh. 55 Arxivləşdirilib 2023-08-01 at the Wayback Machine
  82. Vahidi "Əsbabı Nüzul", səhifə 67–68 Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine
  83. Asim ibn Əbdülmuhsin, "Səhih min Əsbabı Nüzul", səhifə 85 Arxivləşdirilib 2020-10-29 at the Wayback Machine
  84. Dakake, 2008. səh. 34–39
  85. Veccia Vaglieri, Laura. G̲h̲adīr K̲h̲umm // Encyclopædia of Islam, Second Edition. Brill Online. 2013-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-28. (#invalid_param_val)
  86. Dakake, 2008. səh. 34–37
  87. Ibn Taymiyyah, Minhaaj as-Sunnah 7/319
  88. Gleave, Robert M. Ali ibn Abi Talib // Encyclopaedia of Islam, THREE. Brill Online. 2013-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-29. (#invalid_param_val)
  89. Dakake, 2008. səh. 43–48
  90. Tabatabaei, 1979. səh. 40
  91. Dakake, 2008. səh. 33–35
  92. Madelung, 1997. səh. 253
  93. Lapidus, 2002. səh. 31 and 32
  94. Holt, Lambton və Lewis, 1970. səh. 57
  95. Madelung, 1997. səh. 26–27, 30–43 and 356–360
  96. Ibn Qutaybah, al-Imamah wa al-Siyasah, Vol. I, pp. 12–13
  97. Ibn Abi al-Hadid, Sharh; Vol. II, p.5.
  98. Nasr, Seyyed Hossein. Quran // Encyclopædia Britannica Online. 2007. 2007-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-11-04. (#invalid_param_val)
  99. Tabatabaei, 1987. səh. chapter 5
  100. Observations on Early Quran Manuscripts in San'a
  101. The Quran as Text, ed. Wild, Brill, 1996 ISBN 978-90-04-10344-3
  102. Kuleyni, "əl-Kafi", 1/543, hədis 5 Arxivləşdirilib 2022-07-10 at the Wayback Machine
  103. Şeyx Səduq, "Uyunu Əxbar ər-Rza ə.s", səh. 229–230, bab 23, hədis 1 Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine
  104. Seyid Haşim Bəhrani, "Qayrətul-Məram", 3/284–286 Arxivləşdirilib 2021-10-06 at the Wayback Machine
  105. Kuleyni, "əl-Kafi", 1/348–349, Hüccət kitabı, bab 130, hədis 5 Arxivləşdirilib 2022-07-10 at the Wayback Machine
  106. Şeyx Tusi, "Təhzibul -Əhkam", 4/148–149, hədis 36 Arxivləşdirilib 2021-09-25 at the Wayback Machine
  107. Şeyx Müfid, "İxtisas", səhifə 183 Arxivləşdirilib 2021-09-24 at the Wayback Machine
  108. Əbu Yala, "Müsnəd", 2/334, hədis 1075 Arxivləşdirilib 2020-10-21 at the Wayback Machine
  109. əs-Süyuti, "əd-Durrul Mənsur", İsra surəsi 26-cı ayənin təfsiri
  110. 1 2 Buxari, "əs-Səhih", 3/142, Məğazi kitabı, bab 38, hədis 4240 Arxivləşdirilib 2020-09-23 at the Wayback Machine
  111. 1 2 3 4 Madelung, 1997. səh. 50 and 51
  112. 1 2 3 4 Qazwini, Ordoni, 1992. səh. 211
  113. ibni Şöbə ən-Nümeyr, "Tarixi-Mədinə", 1/199
  114. Bəlazuri, "Futuhul-Buldan", səhifə 43 (40) Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  115. Elməddin İmamqulu. "İsra surəsinin 26-cı ayəsinin təfsiri və Nəbinin (s) Fədəyi Hz. Fatiməyə (s.ə) verməsi" (az.). saqaleyn.wordpress.com. 2015-01-22. 2015-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
  116. Təfsir əl-Qummi, 2/158–159
  117. Təfsir Nur əs-Səqəleyn, 4/188
  118. Madelung, 1997. səh. 87 and 88
  119. Madelung, 1997. səh. 90
  120. Madelung, 1997. səh. 92–107
  121. Şeyx Müfid, "Kitabul-Cəməl", səhifə 100 Arxivləşdirilib 2021-09-15 at the Wayback Machine
  122. Seyyid Razi (r.ə), "Nəhcül-bəlağə", 164-cü xütbə Arxivləşdirilib 2014-11-05 at the Wayback Machine
  123. Təbəri, "Tarixi Təbəri", 3/375–376 Arxivləşdirilib 2021-12-14 at the Wayback Machine
  124. "Seyid Sadiq ər-Ruhaniyə (r.ə) göndərilən sual və onun cavabı". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
  125. "islamweb saytı, 2013/11/07 tarixi, 226477-ci fətva". 2015-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
  126. Elməddin İmamqulu. "İmam Əli (ə) üsyan zamanı Osman ibn Əffana köməkçi olubmu?" (az.). saqaleyn.wordpress.com. 2014-04-01. 2015-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
  127. "Arxivlənmiş surət". 2020-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
  128. "Arxivlənmiş surət". 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
  129. Robert G. Hoyland: In God's Path. The Arab Conquests and the Creation of an Islamic Empire [tr: Allah'ın Yolunda. Arap Fetihleri ve İslam İmparatorluğunun Yaratılışı] (2015)
  130. Madelung, 1997. səh. 313 and 314
  131. Madelung, 1997. səh. 334
  132. Holt, Lambton və Lewis, 1970. səh. 72
  133. Tabatabaei, 1979. səh. 195
  134. The Decline and Fall of the Roman Empire, London, 1911, volume 5, pp. 381–2

Orginal mənbə

[redaktə | mənbəni redaktə et]

İkinci dərəcəli mənbələr

[redaktə | mənbəni redaktə et]
Kitablar
Ensiklopediyalar

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]