1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı
1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı | |
---|---|
rus. Нефтяной фонтан на промысле Балаханы fr. Puits de pétrole à Bakou. Vue de près | |
Janr |
sənədli qısametrajlı |
Rejissor | Aleksandr Mişon |
Prodüser | |
Ssenari müəllifi | |
Operator | Aleksandr Mişon |
İlk baxış tarixi | 6 avqust 1898 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 43 san. |
Ölkələr | Rusiya İmperiyası |
Dil | səssiz |
Texniki məlumatlar | 1 hissə |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
IMDb | ID1440125 |
Vikianbarda əlaqəli mediafayllar |
1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı ― rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Film Azərbaycan kinosu tarixində çəkilmiş ilk filmlərdən biridir. Kinosüjetdə Balaxanı mədənlərinin birində neft quyusunun fontan vurması əks olunmuşdur.[1]
Sujetdəki quyunun Balaxanı ərazindəki “21060” nömrəli quyu olduğu iddia olunur. Sözügedən quyu 1898-ci ilin noyabr ayında VI horizontdan sutkalıq 11 ton neft hasilatı ilə istismara verilmişdir və hələ də istismar olunur.[2]
Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Bibiheybətdə neft fontanı yanğını", Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi, "Qafqaz rəqsi", "İlişdin" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır. 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə bu kinosüjetlərdən ikisinin surətləri — "Bibiheybətdə neft fontanı yanğını" və "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" Bakıya gətirilmiş və hazırda Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanılır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.7.
- ↑ "21060-cı: Balaxanıdakı yaşı yüzü keçən quyunun sirri – REPORTAJ + FOTO". Oxu.az. 10 noyabr 2022. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı — YouTube platformasında
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
- Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10–11.