Abstinensiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Abstinensiya (lat. abstinentia — çəkinmə, nəfsini saxlama) — könüllü və iradi olaraq hər hansı bir şeydən imtina etmə, nəfsini saxlama.

Abstinensiya nəticəsində abstinent sindromu yarana bilər. Abstinent sindromu — insan psixikasına təsir göstərən maddələrin istehlakının qəflətən dayandırılması və ya onların antaqonistlərinin təsiri nəticəsində yaranmış, psixi, somato–vegetativ və nevroloji pozuntularla səciyyələndirilən, klinik təzahürləri və gedişatı həmin maddələrin xarakterindən və istehlakın davamlılığından asılı olan vəziyyətdir.[1]

İşlənmə halları

[redaktə | mənbəni redaktə et]
  1. Ayıqlıq — spirtli içkilərdən tamamilə çəkinmə;
  2. Oruc — dini və ya hər hansı digər səbəblərdən yeməkdən imtina etmə;
  3. Selibat — cinsi əlaqədən çəkinmə, evlənməkdən imtina;
  4. Susma andı — bəzi dinlərdə və sektalarda tamamilə, yaxud müəyyən hallarda danışmaqdan imtina.[2]