Bazar (gün)
Bazar – dünyanın bir çox ölkələrində həftənin sayca yeddinci ( bəzilərində birinci ) günü. Bazar günü həftədə şənbə günü ilə bazar ertəsi günü arasında yerləşir.
ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin yeddinci günüdür.
Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə b.- da yazılır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə bazar günü ikinci istirahət günüdür.
Adı
[redaktə | vikimətni redaktə et]Günün adı qədimdən məhz bu gün kənd bazarlarının keçirilməsi ilə yaranıb.
Dinlərdə
[redaktə | vikimətni redaktə et]Islam
[redaktə | vikimətni redaktə et]İslam dinin rəsmi din edildiyi ölkələrdə və İsraildə bazar gene adı iş günüdür. Yəhudi xalqının inancına görə yeni il bazar günüdən başlaya bilməz, çünki, bu halda yanvar ayının 13-ü cümə gününə düşür ki, bu isə çox uğursuz hal sayılır. Bu gün azərbaycan dilində həm rəsmi, həm qeyri-rəsmi şəkildə bazar günü adlanır.
Xristian
[redaktə | vikimətni redaktə et]Bəzi konservativ xristian Avropa dövlətlərində bazar günü işləmək və mal almaq günah sayılır. İstisna kimi, kommunal xidmətlərin və xəstəxanaların fəaliyyəti təqdir edilir.