Erməni Həvari kilsəsi

Vikipediya, azad ensiklopediya
(Erməni Qriqoryan Kilsəsi səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Erməni Həvari kilsəsi
Din Antixalkidon kilsələr
Mərkəzi
Başçı II Qaragen
armenianchurch.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Erməni apostol kilsəsinin bayrağı

Erməni Apostol Kilsəsi[1][2][3][4][5][6][7], Erməni Həvari Kilsəsi,[7][8] Erməni Qriqorian Kilsəsi və ya Erməni Qriqoryan Kilsəsi[9] (erm. Հայ Առաքելական Եկեղեցի, bəzən erm. Հայաստանեայց Առաքելական Եկեղեցի) — dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında aktiv rol oynayan qurum. Avtokefal antixalkidon kilsədir.

Hal-hazırda iki katolikosat mövcuddur, biri Eçmiadzində (Üçkilsə kilsəsi), digəri isə Livanın Əntilyas şəhərində yerləşən Kilikiya katolikosluğudur. Eçmiadzindəki katolikosla Kilikiyadaki patriarx arasında, ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur.

Katalikosun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir, Kilikiya katalikosluğu isə Livan, Suriya və Kiprdaki yeparxiyanı idarə edir.

Bunlardan əlavə daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdı. Qüdsİstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxılığı İsrailİordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.

Siyasətdə rolu

[redaktə | mənbəni redaktə et]

Uzun müddət erməni dövlətçiliyinin olmaması, ermənilərin kilsə ətrafında sıx birləşməsinə səbəb olmuşdur. Bunun nəticəsində kilsə tək dini məsələlərlə qənaətlənməmiş həm də siyasi məsələlərlə məşğul olmuşdur.

Kilsə xadimləri siyasi təbliğat aparır, əhalidən müxtəlif siyasi və hərbi güclərə dəstək vermələrini istəyir, bu məqsədlə ianə toplayırdılar. Həmçinin erməni kilsəsi aparıcı erməni partiyaları və təşkilatları ilə sıx əlaqəyə malikdir, və fəaliyyətlərini onlarla razılaşdırır. Kilsə xadimlərinin səyi nəticəsində ələxsüs XIX əsrdə və XX əsrin əvvəllərində müxtəlif ölkələrdə bir çox erməni məktəbi açılmışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, Eçmiadzindəki katalikosun hakimiyyəti SSRİ-nin sərhədlərindən kənarda zəifləyir buradakı kilsələr, diaspor təşkilatlarının və siyasi partiyaların təsiri altına düşür, bunlar əsasən DaşnaksütunQnçaq partiyaları həmçinin Amerika Erməniləri Milli Komitəsidir.

Bir çox erməni kilssə xadimləri ermənilərin terror fəaliyyətini qınamaqdan çəkinir, hətta ona bəraət qazandırır.

Bu fikirlə razı olmayan kilsə xadimləri ya kilsədən kənarlaşdırılır ya da arxiyepiskop Qevond Turyan kimi qətlə yetirilirdilər.

"Erməni dövləti" fikri

[redaktə | mənbəni redaktə et]

Erməni Qriqorian Kilsəsi, tarixi boyunca, mövcudiyyətini qoruya bilmək üçün bir dövlətə ehtiyac duyub. Başqa sözlə, "erməni dövləti" fikirini ortaya atanlar, məhz erməni kilsəsi və erməni ruhanilər olmuşdur. Türkiyənin Van və Ərzurumda Rusiyanın Baş konsulu olmuş general Mayevski də bu haqda deyirdi:[mənbə göstərin]

"Erməni dini liderlərinin dini fəaliyyəti az qala yox kimidir. Lakin bunun müqabilində, milli fikirlərin yayılması sahəsində çox böyük xidmətləri vardır".

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin 20 oktyabr 2022-ci ildə Şuşada keçirilən 3-cü görüşündə çıxışı zamanı deyib ki, "Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır"[10]

  1. Килсә // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 369.
  2. Ermənistan Respublikası, QESAM. səh. 8[ölü keçid]
  3. Tarix və onun problemləri, № 3 2013 səh. 158 Arxivləşdirilib 2022-07-05 at the Wayback Machine
  4. "Dini qurumlar". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-09.
  5. Respublika qəzeti[ölü keçid]
  6. DİA[ölü keçid]
  7. 1 2 Azərbaycan — state.gov, səh. 4 Arxivləşdirilib 2017-07-10 at the Wayback Machine
  8. "Dinlərin tarixi". Azərbaycan.az Portal Heydər Əliyev Fondu tərəfindən yaradılmışdır. 2016-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
  9. Хачын // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 62.
  10. "Allahşükür Paşazadə: "Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı aparır"". 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]