Gitara

Vikipediya, azad ensiklopediya
(Gitaraçı səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Gitara
Təsnifat simli musiqi aləti
Hornbostel–Zaks təsnifatı 321.322-5-6
Diapazon
\new Staff \with { \remove "Time_signature_engraver" } {\clef "treble_8" \cadenzaOn
<e, a, d g b e'>1 \glissando
\set Staff.ottavation = #"8"
b'
\cadenzaOff \bar"|"}

19 ladlı klassik gitaranın diapazonu və onun sıralaması
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Amazonia" tipli klassik akustik gitara (Braziliya).

Gitara — simli-dartımlı musiqi aləti; solo və müşayiətedici alət kimi istifadə olunur.[1] Adətən barmaqlarla, yaxud da təzənəylə (mizrab) çalınan simli alətdir. Görünüşcə Uda oxşasa da, bir az fərqlidir. Tarixi orta əsrlər hesab olunur. Taxta yaxud balqabaqdan hazırlanır. Bəzən bu alətə qısaca olaraq "Gitar"-deyilir

Adının mənası

[redaktə | vikimətni redaktə et]

"Gitara" və "tar" sözləri eyniköklüdür: "setar / sitara" sözü farscadan yunan dili vasitəsiylə ("kithara", "kifara" biçimində) Avropa dillərinə "gitara" kimi gəlib çatmışdır[2]. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir.

Rud. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, 1980.

Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır.[3] Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heç birində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur.[4][5] Altaist Sergey Starostin öz "Babil qülləsi" adlı etimoloji toplusunda göstərib ki, "taram-/tera-" kökü[6] (saç, tel, sim) yalnız türk və altay dillərində mövcuddur, belə ki: qırğız, qazax, noğay, başqırd, qaraqalpaq dillərində "taramış" biçimində; özbək, uyğur, şor, oyrat dillərində isə "taram" kimi. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib[7], necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib[8].

Azərbaycan türkcəsində "tarım" sözü (bərk dartılıb çəkilmiş)[9] indi də var. Mənasından belə bir nəticə çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir.

Gitaranın vətəni dəqiq məlum deyil. Qədim Yunanıstanda kithara kimi bilinən alət çağdaş gitaraya heç oxşamırdı. Çağdaş altısimli Avropa gitarasının və mandolinanın atası Orta Çağlarda ərəblər tərəfindən Cənubi Avropaya gətirilmiş ud ya da rud olub[10]. Qeyd edək ki, rud nümunələrinin çanağı balqabaqdan hazırlanırdı, xarici görünüşü balqabağı və gitaranı xatırladır.[11]. VII–IX əsrlərdə Ispaniyada bu alət çox məşhurlaşmışdır və bu gün də hər hansı bir ispanı gitarasız təsəvvür etmək mümkün deyil. Ispaniyadan sonra gitara bütün Avropa ölkələrində – Italiya, Almaniya, Fransa, Rusiya, daha sonra isə Amerikada geniş yayılmışdır. Hal hazırda bütün ölkələrdə demək olar ki var.

Quruluşu və növləri

[redaktə | vikimətni redaktə et]

Gitara, bir qayda olaraq, altı simin bənd olunduğu möhkəm qriffli gövdədən ibarətdir. Gitaralar ənənəvi olaraq, heyvan bağırsağı ilə qarışdırılan müxtəlif ağaclardan və neylon, və ya poladdan olan simlərdən düzəldilir. Bəzi müasir gitaralar polikarbonat materiallarından hazırlanır. Formasına görə simli kamanlı alətlərə oxşasa da simlərinin sayına və ifa üslubuna görə fərqlənir. Gitara 6 və yə 7 simli olur. Rusiyada əsasən 7 simli gitara daha geniş yayılmışdır. Ispaniyada isə 6 simli gitara solo aləti kimi məşhurlaşmışdır.[12]

Səsinə görə gitaralar iki cür olur: akustik və elektrik. Oyuq gövdəyə malik akustik gitaralar (və buna oxşar alətlər) min ildən çoxdur ki, istifadə olunur. Müasir akustik gitaranın üç əsas növü var:

  • klassik (neylon simli),
  • polad simli,
  • arktop gitara.

Gitaranın başqa bir növü isə "Havay gitarası" adlanır. Havay gitarasının tembri daha mülayim və yumşaqdır.Havayda düzəldilmiş digər gitara miniatür növü Ukulele isə 1880-ci illərdə yaranmışdır. Akustik gitaranın tonu rezonans kamerası rolunu oynayan gitaranın gövdəsi tərəfindən gücləndirilən simlərin titrəyişi/vibrasiyası ilə yaradılır. Klassik gitara adətən barmaqla simi dartma üsulunun köməyi ilə solo alət kimi çalınır.

1930-cu illərdə təqdim olunan elektrik gitaralar tonu elektronik olaraq idarə edən gücləndiriciyə əsasən ifa olunur. Gücləndirici quraşdırılmış erkən/daha əvvəlki gitaralarda oyuq gövdədən istifadə olunsa da, möhkəm gövdələr daha rahat hesab olunurdu. Elektrik gitaralar müasir mədəniyyətdə davam edən dərin təsirə malik olmuşdur. Gitaralar blyuz, bluqras, kantri, flamenko, cazz, cota, mariaçi, metal, reggi, rok, soul və popun bir çox forması kimi janrlarda əsas alət hesab olunur.

Çalınma tərzi

[redaktə | vikimətni redaktə et]

Gitaralar həm sağaxay, həm də solaxay gitaristlərin tələblərini qarşılamaq üçün düzəldilə bilər. Ənənəvi olaraq, əsas əl simi dartmaq, yaxud da onu vurmaq üçün müəyyənləşdirilib. Əksər insanlar üçün bu sağ əlin istifadə olunması deməkdir. Bu ona görədir ki, gitaranın qriffində istifadə olunan əl simləri basmaq və möhkəm sıxmaqla daha az mexaniki işi yerinə yetirdiyi təqdirdə, musiqi ifadəsi (dinamika, tonal ifadə, musiqinin rəngarəngliyi) daha çox simi dartan əl ilə müəyyən olunur. Solaxay gitaristlər, bir qayda olaraq, solaxay alət seçirlər, amma buna baxmayaraq, bəziləri standart sağ əlli üsulla çalır, başqaları isə standart sağ əlli gitaranın simlərinin yerini dəyişir. Simlərin yerini dəyişmək musiqinin intonasiyasına mənfi təsir göstərərək, gitaranın yəhərinin nisbi orientasiyasını/səmtini dəyişir. Buna baxmayaraq, əfsanəvi gitara ifaçısı sayılan Cimmi Hendriksə gəlincə isə, belə güman olunur ki, bu (simlərin yerini dəyişmək) onun misilsiz ifasındakı vacib element idi.

Məşhur gitaraçılar

[redaktə | vikimətni redaktə et]

Gitarada çalan virtuoz ifaçılardan ispan – Aquada, Tarreqa, italyan – Culiani, rus – Sokolovski, Makarov və b. çox məşhurlaşmışlar. Dahi italyan skripkaçısı Paqanini gitarada gözəl çalmağı bacarmış və konsertlərdə gitaraçı kimi çıxış etmişdir. O, solo-gitara üçün, gitara və skripka üçün pyeslər yazmışdır. Görkəmli ispan şairi və müğənnisi Federiko Qarsiya Lorka gitarada gözəl çalmış və musiqiyə, gitaraya mənalı şerlər həsr etmişdir.

Məşhur Azərbaycan gitaraçıları

[redaktə | vikimətni redaktə et]
  1. "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti" — Gitara". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  2. "Douglas Harper. Online Etymology Dictionary — Guitar". 2017-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  3. "Bəhruz Abdullayev, Mirzə Əsgərli, Həsən Zərinəzadə. Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. Bakı: "Şərq-Qərb", 2005, səh. 339". 2016-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  4. "Douglas Harper. Online Etymology Dictionary — Tenet". 2017-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  5. "Sevan Nişanyan. — Çağdaş Türkçenin Etimolojik sözlüğü — gitar". 2021-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  6. "Sergey Starostinin etimoloji toplusu — *TAram kökü". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  7. "Севортян, Э.В. Этимологический словарь тюркских языков:Общетюркские и межтюркские основы на букву"В","Г" и "Д"/ АН СССР.Ин-т языкознания;Ред.Н.З.Гаджиева.-М.:Наука,1980. Bax: səh. 149.". 2013-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  8. "Этимологический словарь тюркских языков. Общетюркские и межтюркские основы на буквы «Л», «М», «Н», «П», «С» Издательство: М.: Восточная литература РАН, 446 страниц; 2003 г. Bax: səh. 230-233.". 2013-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  9. Azərbaycan dilinin onlayn izahlı sözlüyü [ölü keçid]
  10. "Əfrasiyab Bədəlbəyli "İzahlı monoqrafik musiqi lüğəti — Lutnia". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  11. "Azərbaycan ənənəvi musiqi atlası — Rud". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  12. "S. Əliqızı — Hekayətli musiqi lüğəti". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]