Qyoko Hacıyevski
Qyoko Hacıyevski mak. Ѓокица "Ѓоко" Хаџиевски | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Cokiça Hacıyevski | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | YSFR | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
Yuqoslaviya Şimali Makedoniya |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | müdafiəçi[1] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Əl-Qadisiyə | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəzifəsi | baş məşqçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Qyoko Hacıyevski (mak. Ѓокица "Ѓоко" Хаџиевски; 31 mart 1955, Yuqoslaviya) – Makedoniya futbol mütəxəssisi.
Məşqçilik karyerası
[redaktə | vikimətni redaktə et]Hacıyevski məşqçi karyerasına 1988-ci ildə vətənində Pelister klubunda başlayıb. 1991–1993-cü illərdə Vardarı çalışdırdıqdan sonra Bolqarıstana üz tutub və Sofiyanın ÇSKA klubu ilə anlaşıb. Bir mövsüm bu klubda işlədikdən sonra vətəninə dönərək, yenidən Vardarın başına keçib. 1995–1996 mövsümünü Serbiyanın Voyvodina klubuna başçılıq etdikdən sonra – 1996-cı ildə Makedoniya millisinin baş məşqçisi təyin olunub. Hacievskinin 1999-cu ildək başçılıq etdiyi millinin ən uğurlu dövrü də məhz bu illərə təsadüf edir. 1998-ci ildə Dünya Çempionatının seçmə mərhələsində baş məşqçi Makedoniya milli futbol komandasına 13 xal qazandırıb və komanda 4-cü yerdə qərarlaşıb.
2000-ci ildə Yaponiyaya üz tutan Yubilo Qvata klubu ilə anlaşıb. 2000-ci ildə Vardara dönüb, 2003–2004 mövsümündə Kastoriaya başçılıq edib və 2004-də Yunanıstana yollanaraq, Doxa Dramanın başına keçib. 2005–2006 mövsümünü Kastoriada keçirdikdən sonra Bolqarııstana qayıdaraq, bir mövsüm Vihrenin baş məşqçisi olub.
2007-ci ildə Azərbaycana gələn mütəxəssis 2009-cu ilədək Bakının baş məşqçisi olub. Bakı onun rəhbərliyi altında Premyer Liqanın qalibi adını qazanıb.
2007-ci ildə bir müddət Azərbaycan milli futbol komandası başçılıq edib. Azərbaycan yığması onun rəhbərliyi altında iki rəsmi, bir yoldaşlıq oyununa çıxıb. Bakıdan ayrıldıqdan sonra – 2009-cu ilin sonları və 2010-un əvvələrində Cənubi Kiprin Atromitos klubunda çalışıb.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Профиль на сайте Footballdatabase.eu". 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-11.
- ↑ Hacievski: "Pelister"dən "Simurq"a qədər