Ovanes Kacaznuni

Vikipediya, azad ensiklopediya
(Hovannes Kacaznuni səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Ovanes Kacaznuni
erm. Յովհաննէս Քաջազնունի
1918 – 1919
Əvvəlkivəzifə təsis olundu
SonrakıAleksandr Xatisyan
1920 – 1920
Şəxsi məlumatlar
Doğum tarixi 14 fevral 1868(1868-02-14)
Doğum yeri
Vəfat tarixi 15 yanvar 1938(1938-01-15) (69 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
  • İnşaat Mühəndisləri İnstitutu[d]
Fəaliyyəti siyasətçi, memar, mühəndis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hovanes Kacaznuni (erm: Յովհաննէս Քաջազնունի14 fevral 1868, Axalsıx, Rusiya imperiyası15 yanvar 1938, İrəvan, Ermənistan SSR, SSRİ) — 1918-ci ildə qurulan Ermənistan hökumətinin ilk baş naziri və "Daşnaksütyun" partiyasının liderlərindən.

1867-ci ildə Axalsıxda doğulmuşdur. Tiflis real məktəbini, İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir (1893). İxtisasca memardır. 1883-cü ildən inqilabi hərəkata qoşulmuşdur. 1906-cı ildə o, sənayeçi Aleksandr Mantaşevdən "Daşnaksütyun" partiyasının ehtiyacları üçün pul tələb etmək üçün Nitsaya getmişdir. 1907-ci ildə Avropaya mühacirət etmiş, 1914-cü ildə gizli şəkildə Tiflisə qayıtmışdır. 1918-ci ildə Zaqafqaziya Seyminin üzvü, Ermənistan Respublikasının ilk baş naziri, sonra Ermənistan parlamentinin sədri olmuşdur. 1921-ci ildə həbs olunub, daşnaklar tərəfindən azad edilib. 1921-ci ildən İrana, sonra Rumıniyaya mühacirət etdi. 1923-cü ildə "Daşnaksütyun" partiyasından çıxdığını elan edib, 1925-ci ildə SSRİ-yə qayıtmışdır. Ermənistan SSR Dövlət Plan Komitəsində işləyib, İrəvan Universitetində dərs deyib, 1931-ci ildə istefa verib. 1937-ci ildə həbs olunub, 1938-ci ildə həbsxanada ölmüşdür.[1]

  1. "Л. Г. Протасов. Люди Учредительного собрания: портрет в интерьере эпохи. М., РОСПЭН, 2008". 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-18.