Madiy
Madiy | |
---|---|
Midiya Dövlətinin III hökmdarı və Skif çarı | |
e.ə. 653 – e.ə. 625 | |
Əvvəlki | Fraorta |
Sonrakı | Kiaksar, Partatua |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. VII əsr |
Vəfat tarixi | e. ə. VII əsr |
Milliyyəti | skif |
Fəaliyyəti | monarx |
Atası | Prototi |
Uşağı | Partatua |
Madiy (yunan: Μαδύης; e. ə. VII əsr – e. ə. VII əsr) – Ön Asiyada ağalıqları dövründə skiflərin hökmdarı. Madiy Skif çarlığının hökmdarı Prototinin oğludur.
Madiyin Ön Asiyada hakimiyyətdə olduğu 28 il e.ə. VII əsrin II yarısına təsadüf etmişdir.
Madiyin hakimiyyəti dövründə skiflər, madayları məğlub edərək, Ninevanı mühasirəyə aldılar. Bundan sonra Kiçik Asiyada bir neçə ardıcıl qələbə qazanan skiflər, kimmerləri də özlərinə tabe etdilər[1] və Kiçik Asiyanın şərqi və Ön Asiyanın böyük bir regionunda (o Cümlədən Midiyada) hökmranlıqlarını bərqərar etdilər. E.ə. 661-ci ildə skiflər Ninevanın tutulmasında və Assur dövlətinin süqutunda iştirak etdilər. E.ə. 610-cu ildə skiflər babillərlə birgə, Assur hökmdarlarnın sonuncu dayağı olan Harran şəhərini ələ keçirdilər. Bundan sonra sonuncu Assur çarını təqib edən skiflər Şərqi Aralıq dənizi sahillərinə Suriya və Fələstinə basqın etdilər. Burdan Misirə gələn skiflər firon I Psammetix tərəfindən yola gətirildi. Geri dönərkən isə onlar Askalon şəhərindəki zəngin məbədi qarət etdilər.
Herodot madayların sözləriylə skiflərin Midiyada ağalığını belə şərh edir:
"İyirmi səkkiz il ərzində skiflər Asiyada hökmranlıq etdilər və həin dövr ərzində öz kobud hərəkətləri ilə nifrət qazanaraq tutduqları əraziləri tərk edərək Arazdan Şimala – Skif çarlığı ərazisinə geri çəkildilər. Geri çəkilərkən isə onlar yerli əhalinin var-yoxunu talayaraq ölkəni kasıb vəziyyətə saldılar."
— Herodot, I, 103
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Гутонов Ф. Х. Скифские портреты". 2019-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-10.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]Madiy Doğum: ? Vəfat: e.ə. 625
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Fraort |
Midiya İmperiyası Şahı e.ə. 653 - e.ə. 625 |
Xələfləri Kiaksar |