41°32′42″ şm. e. 46°46′28″ ş. u.HGYO

Mamrux kilsəsi

Vikipediya, azad ensiklopediya
(Mamrux məbədi səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Mamrux kilsəsi
Xəritə
41°32′42″ şm. e. 46°46′28″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Zaqatala
Yerləşir Mamrux
Aidiyyatı Alban Həvari Kilsəsi
Tikilmə tarixi IV-V əsrlər
İstinad nöm.385
KateqoriyaMəbəd
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Mamrux kilsəsi (Azərbaycan)
Mamrux kilsəsi
Kilsənin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mamrux məbədiQax rayonunun GüllükZaqatala rayonunun Mamrux kəndləri yaxınlığında Armatay dağının zirvəsində inşa olunmuş qədim alban kilsəsi. Bəzi tədqiqatçıların fikrincə, kilsə AyGünəş tanrıları məbədi əsasında inşa edilmişdir.[1]

Mamruxdakı məbəd mütəxəssislər tərəfindən, kompozisiya baxımından Kilisədağdakı rotonda (dörd tərəfi bərabər olan bina) ilə Qax rayonunun Ləkit kəndindəki tetrakonx arasında bilavasitə vəsilə kimi qiymətləndirilir. Kilsənin kiçik yan otaqlarla əhatə olunmuş altar hissəsi daha yaxşı saxlanmışdır. Lakin, digər hissələrin divar qalıqları da ən azı yerdən bir metr hündürlüyə qalxır.

Məbədin planlaşdırma strukturu onu, üçyaruslu məkan kompozisiyası ilə təmin edir. Mamrux məbədinin kompozisiya özəlliyini kvadratşəkilli günbəzaltı məkan təşkil edir və bu, onunla Kilsədağ məbədi arasındakı prinsipial fərqi müəyyən edir. Dörd əzəmətli pilon sütunları əvəz etmişdir, onlardan xarici divarlara doğru geniş ölçülü tağlar salınmışdır.

Mamruxdakı məbəd mütəxəssislər tərəfindən, kompozisiya baxımından Kilisədağdakı rotonda (dörd tərəfi bərabər olan bina) ilə Qax rayonunun Ləkit kəndindəki tetrakonx arasında bilavasitə vəsilə kimi qiymətləndirilir.[2]

Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Belə ki, Moisey Kalankatlı məhz bu hökmdarın dövründə Albaniyada xristianlığın geniş təbliğ edilməsi, digər dinlərin isə təqib edilməsi haqqında məlumat verir. Belə bir dövrdə Qafqaz Albaniyasında bir çox əski dinlərə məxsus məbədlər xristian elementləri əlavə edilərək kilsələrə çevrilirdilər.[1]

Məbədin planlaşdırma struktur və həcm-məkan həllini tədqiq edən mütəxəssislər onun inşa tarixini IV-V əsrlərə aid edilər.[3][4]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Mamrux kilsəsinin memarlıq xüsusiyyətləri Cənubi Qafqaz və Yaxın Şərqin mərkəzi günbəzli tikililəri üçün xarakterik xüsusiyyətlərə malikdir. Ətraf ərazilərdə səpələnmiş daş divarların hörgü qalıqları bir zamanlar bu ərazidə böyük bir dini kompleksin mövcudluğundan xəbər verir. Monastır kompleksindən dövrümüzə məbədin qalıqları, kompleksi əhatə edən qala divarlarının qalıqları, və üç dairəvi plana malik qüllə - kontrfors çatmışdır.[5]

Kilsənin kiçik yan otaqlarla əhatə olunmuş altar hissəsi daha yaxşı saxlanmışdır. Lakin, digər hissələrin divar qalıqları da ən azı yerdən bir metr hündürlüyə qalxaraq, abidənin planının müəyyənləşdirilməsini təmin edir. Cənub, şimal və qərb tərəfdən girişə malik olan əsas dairəvi kilsə binasına şərq tərəfdən altar hissəsi birləşir. Kifayət qədər dərin bemə malik olan altar, Kilsədağ məbədində olduğu kimi iki tərəfdən dairəvi yan otaqlarla əhatələnmişdir.[6]

Məbədin girişləri dərin, hündür portallar şəklində həll edilmişdi. KilsədağLəkit dairəvi məbədlərindən fərqli olaraq, Mamrux məbədinin memarı fərqli yolla gedərək yan otaqlar və əsas kilsə binasının şərq divarı arasındakı hissəni də divarla hörürək əlavə iki otaq da yaratmışdır. Bu otaqlar funksionallığı ilə yanaşı həm də struktur baxımından da mühüm əhəmiyyətə malik olmaqla konstruktiv təzyiq daşımış, binanın əsas kütləsinə birləşən iki kənar hissəni də vahid həcmdə birləşdirmişdir. G. Məmmədova hesab edir ki, bu, məbədin yerləşdiyi ərazinin yüksək seysmik aktivliyini nəzərə alan memarın tikilini daha davamlı və kompakt etmək cəhdinin göstəricisidir.[6]

Struktur quruluşu

[redaktə | mənbəni redaktə et]
Kilsənin Azərbaycan Tarix Muzeyində saxlanan daş maketi
Kilsənin en kəsimi planı

12.8 metr diametrə malik olan əsas kilsə binası dörd pilon vasitəsiylə daxildən iki hissəyə bölünmüşdür: dolama hissə və gümbəzaltı kvadrat hissə. Hər hansı bir dekor işləmələrindən məhrum olunmuş əsasların konfiqurasiyası onların konstruktiv daşıyıcı funksiyalarına ciddi şəkildə uyğun gəlir. Bir-birinə perpendikulyar olan iki kürək pilonları günbəzaltı kvadratları yaradan qövsləri üzərində saxlayırdılar. Dolama hissə tərəfə yönəldilmiş əsasın üçüncü tərəfinin səthi isə, forma üzrə xarici divarların daxili səthinin əyrisini dəqiq şəkildə təkrarlayır. O, digər iki tərəflə müqayisədə kifayət qədər genişdir. Divarların formasının pilonlarda bu cür təkrarlanması dolama hissənin dairəvi formasını daha qabarıq şəkildə nəzərə çatdırır. Sütunların forması, dövrümüzə çatmamış, lakin tikinti qalıqlarına əsasən kərpiclə inşa edilmiş dam örtüyünün formasının da müəyyən edilməsinə imkan verir. Dirəklərin böyük kürək hissələrini xarici divarlarla birləşdirən yarımdairəvi kiçik tağlar ehtimal ki, bütün dolama hissəni səkkiz bölməyə ayırırdı. Onlardan daha hündür olan dörd bölmə günbəzaltı kvadrat və xarici divar arasında yerləşirdi. Beləliklə, dolama hissənin daha əvvəlki eyni mənalı bölmələrinin təbəqələşdirilməsi qeyd olunmuş və mərkəzində günbəzin ucaldığı əsas kvadrat hissədə qarşılıqlı perpendikulyar oxlar üzrə yönələn və səmaya doğru ucalan dörd qanadın seçilməsi baş vermişdir.[7]

Dairəvi plana malik olan yan otaqlar 3.20 metr diametrə malikdir. Hər otaq bayıra açılan iki pəncərəyə və 40 sm enə malik, kiçik giriş otağına açılan qapıya malikdir. 95 sm dərinliyə və 85 sm enə malik nişlər altar və otaqlar arasında divar hörgüsünü yüngülləşdirir.[8]

Günbəzaltı kvadratın dayaqları düz giriş hissələrin qabağında yerləşərək kilsənin mərkəzindən girişləri görünməz edir. Bu, Kilsədağ kilsəsinin kiçik yan otaqlarındandan fərqli olaraq, Mamrux kilsəsində onların ikinci dərəcəli, xidməti xarakter daşıdığını göstərir.[9]

Şirindaşla üzlənmiş altar konxası da dövrümüzə çatmışdır. Kilsənin divarları çaydaşından inşa edilib. Şərq fasadında əhəngdaşından üzlüklərin bir hissəsi qorunub saxlanmışdır. Pilonlar beton qarışığı və çaydaşından inşa edilmişdir. Dağılmış tağların dövrümüzə çatmış qalıqlarından, onların 24x24x5 və 23x23x5 sm ölçülü kərpiclərdən inşa edilməsi müəyyən edilmişdir.[8] Divarlar daxildən suvaqlanmış və rəsmlərlə bəzədilmişdir. Altar apsidası və şimal yan otağı arasındakı divar üzərində rəsmlərin qalıqları saxlanmışdır.[8]

Məbədin planlaşdırma strukturu onu, üçyaruslu məkan kompozisiyası ilə təmin edir.[8] Birinci yarus altar və girişlər, ikinci yarus dolama hissə, üçüncü yarus isə baraban və günbəzdən ibarətdir. Yuxarı yarusların örtüyü dövrümüzə çatmamışdır. G. Məmmədova qeyd edir ki, dolama hissənin tağvari, mərkəzi kvadratın isə günbəz örtüyünə malik olmasını demək üçün əsas vardır.[10] Ehtimal ki, günbəzdən kvadrat təmələ keçid, regionun sinxron abidələri üçün də xarakterik olan konxa trompları vasitəsiylə həyata keçirilmişdir.[10]

Mamrux məbədinin kompozisiya özəlliyini kvadratşəkilli günbəzaltı məkan təşkil edir və bu, onunla Kilsədağ məbədi arasındakı prinsipial fərqi müəyyən edir. Dörd əzəmətli pilon sütunları əvəz etmişdir, onlardan xarici divarlara doğru geniş ölçülü tağlar salınmışdır; tağlar, yükboşaltma qövsləri, pilonlar və xarici divarlar ilə birlikdə binanın sərt məkan sxemini formalaşdırırlar. Əsas ox üzrə yerləşdirilmiş altar qərb qapıları vasitəsilə daxil olan şəxslər tərəfindən aydın şəkildə müşahidə olunurdu. Ancaq, burada konsentrik çevrələrin kompozisiya mərkəzinin və onun funksional mərkəzi hesab edilən məbədin əsas dini altar apsidası arasında müəyyən antaqonizm hissinin yaranması müşayiət olunurdu. Bu ziddiyyət Ləkit məbədindəki altar apsidasının günbəzaltı kvadrata maksimal şəkildə yaxınlaşdırılması və onun açıq tipli şərq konxasında yerləşdirilməsi yolu ilə həll olunmuşdur.[10]

  1. 1 2 Карахмедова, А.А. "О некоторых памятниках митраизма на территории Кавказской Албании". ИАН АзССР, серия истории, философии и права (№ 1). 1975.
  2. Караахмедова, А.А. Христианские памятники Кавказской Албании (Алазаньская долина). Баку. 1986.
  3. Ахундов, Д.А. "Пути развития круглых храмов Азербайджана". Уч. зап. АИСИ. сер. 10 (№1). 1976: 10. (#accessdate_missing_url)
  4. Мамедова, 2004. səh. 69
  5. Мамедова, Г.Г. Христианское культовое зодчество Кавказской Албании эпохи раннего средневековья. Баку: Элм. 1985. səh. 12.
  6. 1 2 Мамедова, 2004. səh. 65
  7. Мамедова, 2004. səh. 66
  8. 1 2 3 4 Мамедова, 2004. səh. 67
  9. Мамедова, 2004. səh. 64
  10. 1 2 3 Мамедова, 2004. səh. 68
  • Караахмедова, А.А., Христианские памятники Кавказской Албании (Алазаньская долина), ИАН АзССР, серия истории, философии и права, 1975
  • Караахмедова, А.А., О некоторых памятниках митраизма на территории Кавказской Албании, 1986
  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985