42°17′ şm. e. 44°45′ ş. u.HGYO

Msxeta-Mtianeti

Vikipediya, azad ensiklopediya
(Mtsxeta-Mtianeti səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Msxeta-Mtianeti
მცხეთა-მთიანეთის მხარე

42°17′ şm. e. 44°45′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Mtsxeta
Tarixi və coğrafiyası
Yaradılıb 1995
Sahəsi
  • 6.785 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 94.573 nəf. (2014)
Rəqəmsal identifikatorlar
ISO kodu GE-MM
Rəsmi sayt
Msxeta-Mtianeti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mtsxeta-Mtianeti diyarı (gürc. მცხეთა-მთიანეთის მხარე), Gürcüstanın doqquz diyarından (gürcücə: მხარე) biri. İnzibati mərkəzi Gürcüstanın qədim paytaxtı olan Mtsxeta şəhəridir. Ölkə Rusiya ilə həmsərhəddir və bir neçə gürcü tarixi bölgələrini əhatə edir: Ertso-Tianeti, Mtiuleti, Xevi, Xevsureti, Pşaviya və Daxili Kartli. Mtsxeta-Mtianetinin bir hissəsi hal-hazırda separatçı Cənubi Osetiya qüvvələrinin işğalı altındadır.

İnzibati-ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

Mtsxeta-Mtianeti rəsmi olaraq beş bələdiyyədən ibarətdir:

Qafqaz dağları ölkəni iki yerə bölür. Daha kiçik olan şimal hissəsində Kazbegi və qismən Duşeti bələdiyyəsi yerləşir, qalan bələdiyyələr isə cənubdadır.

1801-ci ildə Rusiya imperiyasının tərkibinə girməkdən əvvəl Mtsxeta-Mtianetinin ərazisi Kartli-Kaxeti çarlığının bir hissəsi olmuşdur. Çar dövründə 1840–1846 ildə Gürcüstan-İmeretiya quberniyası, sonradan isə Qutayıs və Tiflis quberniyaları arasında bölünmüşdür.

Siyasi vəziyyəti

[redaktə | mənbəni redaktə et]

1990-cı illərin əvvəlində Cənubi Osetiya münaqişəsi nəticəsində Axalqori bələdiyyəsinin qərb hissəsi separatçı qüvvələr tərəfindən işğal altına düşmüşdür, lakin bələdiyyə mərkəzi faktiki olaraq Gürcüstanın nəzarəti altında idi. 2008-ci il Rusiya-Gürcüstan müharibəsi nəticəsində Axalqori bələdiyyəsi bütövlüklə işğalçı qüvvələr tərəfindən zəbt olunmuş, əhalinin 80%-inə qədər insan məcburi köçkün kimi Gürcüstanın digər bölgələrinə üz tutmuşdur.

2002-ci ildə Mtsxeta-Mtianetidə (Gürcüstanın nəzarət etdiyi ərazidə) 125.443 nəfər yaşamışdır. 2008-ci ilin əvvəlində qiymətləndirməyə görə bu rəqəm 118.100 nəfərə, 2009-cu ildə isə (Axalqori bələdiyyəsi çıxmaqla) 97.600 nəfərə enmişdir.[1]

2014-cü ildə Gürcüstan əhalisinin rəsmi siyahıyaalmasına görə diyarın əhalisi 94.573 nəfər. Mtsxeta-Mtianetinin əhalisi əksərən gürcülərdən (94.573 nəf., 94,5%), o cümlədən onların azsaylı subetnik qrupları olan pşavlar, moxevlər və xevsurlardan ibarətdir. Osetinlər (1.327 nəf., 1,4%) Kazbegi bələdiyyəsinin qərb hissəsində (Truso keçidində) və Tiflisin yaxınlığındakı Mtsxeta bələdiyyəsində yaşayırlar. Mtsxetada həmçinin nisbətən çoxsaylı azərbaycanlı (2.316 nəf., 2,4%) icması da yaşayır. Digər etnik qrupların sayı (ruslar, ermənilər və s.) min nəfəri ötmür.[2]

  1. 2003–2008-ci illərdə Gürcüstan əhalisinin Gürcüstan Respublikası İqtisadi inkisaf Nazirliyi statistika departamentinin qiymətləndirməsi (ingiliscə)[ölü keçid]
  2. "Ethnic composition of Georgia 2014". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.