O, sizə Dimon deyil

Vikipediya, azad ensiklopediya
(O sizə Dimon deyil (sənədli film, 2017) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
'O sizə Dimon deyil'
rus. Он вам не Димон
Janr Sənədli film-tədqiqat
Əsas mövzu Dmitri Medvedyev
Rejissor
Baş rollarda
İstehsalçı Korrupsiya ilə mübarizə fondu
İlk baxış tarixi 2 mart 2017
Müddət 49 dəq.
Büdcə 415 000 rubl[1]
Ölkə Rusiya Rusiya
Dillər rusca (ingiliscə, polyakca, rusca və fincə subtitrlarla)
Əvvəlki film Qağayı
Rəng rəngli
IMDb ID6679360
Xarici video
Film ingiliscə subtitrlarla

O, sizə Dimon deyil (rus. Он вам не Димон) — Korrupsiya ilə mübarizə fondu[rus.] tərəfindən çəkilmiş və 2 mart 2017-ci ildə YouTube portalında yayımlanmış sənədli tədqiqat filmidir.

Filmdə Rusiya Federasiyasının 10-cu Hökumət başçısı Dmitri Medvedyevin ehtimal edilən əmlaklarından bəhs edilir. Filmdə iddia edilir ki, Medvedyev Rusiyadakı çoxpilləli rüşvət piramidasına rəhbərlik edir. Film müəllifinin subyektiv fikrinə görə, xeyriyyə fondları və təşkilatları vasitəsiylə Medvedyevin etimad etdiyi şəxslərin (qohumları və kurs yoldaşları da daxil olmaqla) adına rəsmiləşdirilmələr sayəsində, onun oliqarxların gəlirləri və Qazprombankdan alınmış kreditlər vasitəsiylə bahalı əmlaka yiyələnməsi vurğulanır. Filmdə təfsirçi rolunda fondun banisi Aleksey Navalnı çıxış etmişdir.

Filmin çıxarılmasından sonra KMF Rusiya Federasiyası Tədqiqat Komitəsinə müraciət edərək Dmitri Medvedyev və milyarder Alişer Usmanov haqqında rüşvət alınması iddiası ilə cinayət işinin başlanılmasını tələb etmişdir.[2] Bundan sonra Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Zyuqanov hakimiyyət bu iddialara cavab verməlidir. Rusiya Federasiyası Dövlət Dumasının RFKP-dan olan deputatı Valeri Raşkin Medvedyevə qarşı iddiaların yoxlanması xahişi ilə Tədqiqat komitəsinə müraciət etmiş, 20 aprel 2017-ci ildə komitədən ona cavab verilmişdir ki, filmdə göstərilmiş faktlar tədqiqat başlanılması üçün əsas deyil və deputatın müraciəti Baş Prokurorluğa yönləndirilmişdir.

Navalnı siyasətçilərin tədqiqata lazımi reaksiya vermədiklərini bildirərək, "hökümətin rüşvətlə bağlı iddialara cavab verməsini təmin etmək üçün" mitinqlər keçirməyə çağırış etmişdir.[3] Buna cavab olaraq, 26 mart 2017-ci ildə Rusiyanın müxtəlif şəhərlərində minlərlə adamın iştirakı ilə etiraz mitinqləri keçirilmişdir.

2017-ci ilin aprelində Medvedyev ilk dəfə KQMF-nun ona qarşı yönləndirilmiş ittihamları haqqında fikrini bildirmişdir. Fondun tədqiqatçını "cəfəngiyyat" adlandıran Medvedyev "siyasi saxtakarların süni məhsulunu şərh etmək istəmədiyini" bildirmişdir. Alişer Usmanov isə öz növbəsində Fondu və Navalnını böhtan iddiası ilə məhkəməyə vermişdir. 31 may 2017-ci ildə Moskvanın Lyublinskiy rayon məhkəməsi Navalnıya aparılmış tədqiqatın saxta olmasını bəyan etməyi və Usmanovla bağlı yayımlanmış materialı silməyi əmr etmişdir. Navalnı əmri yerinə yetirməkdən imtina etmiş və appelyasiya şikayəti verəcəyini bildirmişdir.

Filmin adı, Medvedyevin mətbuat katibəsi Natalya Timakovanın müsahibələrindən birində sosial şəbəkələrdə Dmitri Medvedyevin "Dimon" ləqəbi ilə adlandırılmasına etiraz etməsinə işarə edir.[4][5] (Rus dilində Dmitri adının hipokrizmi olan Dimon adı yaxın dostlar və qohumlar arasında kiçiltmə və əzizləmə anlamında işlədilir.)

Sank-Peterburqdakı Kuşelev-Bezborodko mülkü, Qaqarinskaya küç., 1 və ya Kutuzov sahili, 24

Film on fəsilə bölünür:

  • I Fəsil — Medvedyevin kollec dostu tərəfindən idarə olunan şirkətin ünvanına göndərilmiş və onun sifarişləri haqqında məlumat verən ayaqqabılar haqqında
  • II Fəsil — Oliqarx Alişer Usmanovun Medvedyevə Moskvada qəsr hədiyyə etməsi haqqında
  • III Fəsil — Medvedyevin təpələrdə gizli villa inşa etdirməsi haqqında
  • IV Fəsil — Medvedyevin "miras mülk" və aqrobiznes yaratması haqqında
  • V Fəsil — Medvedyevin şərabçıya çevrilməsi və bu sahənin dövlət tərəfindən dəstəklənməsi üçün çalışması
  • VI Fəsil — DAR Fondunun milyyardlarla qiymətləri olan mənzillər alması haqqında
  • VII Fəsil — Bütün bunlar üçün xərclənən pulların mənbəyi
  • VIII Fəsil — Medvedyevin Ofşor zonada aşkarlanmış iki yaxtası
  • IX Fəsil — Medvedyevin Toskanada üzüm bağları və qəsr alması haqqında
  • X Fəsil — Əxlaq və nəticələr

Bütün fəsillər Korrupsiya ilə mübarizə fondunun veb səhifəsində yayımlanmışdır.[6].

2 mart 2017-ci ildə O sizə Dimon deyil filmi YouTube portalında yayımlanmışdır. İlk gündə video 1.5 milyon baxış sayı qazanmışdır. Bir həftədə 7 milyon baxış sayı qazanan film bu nəticə ilə Navalnı və Korrupsiya ilə Mübarizə Fondunun digər filmi olan "Qağayı"nın nəticələrini geridə qoymuşdur. İki həftədə videonun baxış sayı 13 milyona çatmışdır. Çıxarlmasından bir həftə sonra baxış sayı 17 milyon, 2017-ci ilin aprelində isə 20.2 milyon olmuşdur.[7]

Rusiyanın dövlət mətbuatı tamamilə, müstəqil mətbuatı isə əksərən araşdırmanın ortaya çıxardığı nəticələri görməzdən gəlmişdir.[8] Nə Dmitri Medvedyev özü, nə də Rusiya Federasiyasının başqa yüksək vəzifəli məmurları filmə reaksiya və şərh verməmişdir.[9] 10 mart 2017-ci ildə Dmitri Medvedyev Aleksey Navalniyni Instagramda bloklamışdır. 26 martda Navalnı Putin və Medvedyevi ittihamlara cavab verməyə məcbur etmək üçün küçə etirazlarının keçirilməsinə çağırış etmişdir.

Diffamasiya təhrifi

[redaktə | mənbəni redaktə et]

31 may 2017-ci ildə Navalnı, milyarder Alişer Usmanov tərəfindən başladılmış diffamasiya ilə bağlı məhkəmə iddiasında məğlub olmuşdur. Moskvanın Lyublinski rayon məhkəməsi Navalniya videonu silməsini əmr etmiş, Navalniy isə əmri yerinə yetirməkdən boyun qaçırmışdır.[10]

İki gün davam edən məhkəmədə hakim Navalniynın Medvedyevin ifadə vermək üçün dəvət edilməsi də daxil olmaqla, bütün vəsatətlərini rədd etmişdir. Navalnı bildirmişdir ki, məhkəmə qərarı daha çox insanın etiraz üçün küçələrə çıxmasına əsas verəcək.[11]

Mətbuatda yayımlanması

[redaktə | mənbəni redaktə et]

Film aşağıdakı mətbu orqanlarda işıqlandırılmışdır:

Böyük Britaniya

[redaktə | mənbəni redaktə et]
  1. "Момент указания бюджета фильма". 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
  2. "Фонд борьбы с коррупцией пожаловался в СК на Медведева и Усманова". Meduza. 2017-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2017.
  3. "Раз молчат, надо выходить на митинг" (rus). navalny.com. 14 марта 2017. 2017-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-25.
  4. "Наталья Тимакова: К женщине в российской политике больше требований, чем к мужчине : Голос России". 28 March 2013. Archived from the original on 28 March 2013. İstifadə tarixi: 2 iyun 2017.
  5. "Timakova: He is not Dimon to you". 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
  6. "Docs in English". 2017-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
  7. "Fantastic reaction of authorities on Medvedev's mansions and yachts". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
  8. "Russians take to streets in thousands to oppose corruption". Financial Times. 2017-03-26. 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2017.
  9. "Opposition leader Alexei Navalny detained amid protests across Russia". The Guardian. 2017-03-27. 2017-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2017.
  10. "Russian opposition leader Navalny loses defamation case" Arxivləşdirilib 2017-06-03 at the Wayback Machine, ABC News, March 31, 2017
  11. "Russian opposition leader Navalny loses defamation case". The Washington Post. 2017-05-31. 2017-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2017.
  12. Илья Рождественский, Наталья Галимова. "Фонд борьбы с коррупцией рассказал о "тайной недвижимости" Медведева". RBC Information Systems. 2 March 2017. 2017-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-02.
  13. Алексей Полухин. "Прием против преемника". Novaya Gazeta. 3 March 2017. 2017-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-03.
  14. Ринат Сагдиев, Ольга Чуракова. "Навальный обвинил Медведева в скрытом владении дорогой недвижимостью". Vedomosti. 3 March 2017. 2017-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-03.
  15. Roland Oliphant. "Alexei Navalny accuses Russian prime minister Dmitry Medvedev of corruption". The Telegraph. 2 March 2017. 2017-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.
  16. Roland Oliphant. "Russian PM Dmitry Medvedev accused of corruption by opposition activist Alexei Navalny". Sky News. 3 March 2017. 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.
  17. Ivan Nechepurenko. "Kremlin Critic Says Russian Premier, Dmitri Medvedev, Built Property Empire on Graft". The New York Times. 2 March 2017. 2017-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.
  18. "Russian opposition leader accuses premier of corruption". Associated Press. 3 March 2017. 2017-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.
  19. Leonid Bershidsky. "There's No Separating Wealth and Power in Russia". Bloomberg. 3 March 2017. 2017-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-03.
  20. Rachel Maddow. "Vladimir Putin Critic Takes Big Risk Exposing Graft". MSNBC. 3 March 2017. 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-03.
  21. "Russian opposition politician Navalny links PM Medvedev to billion euro property empire". Deutsche Welle. 2 March 2017. 2017-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.
  22. Steven Derix. "'Premier Rusland heeft geheim vermogen van minimaal miljard euro'". NRC Handelsblad. 2 March 2017. 2017-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.
  23. Bert Lanting. "Rapport Russische oppositieleider: 'schone' premier Medvedev enorm corrupt". de Volkskrant. 3 March 2017. 2017-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.
  24. "Selvitys paljasti Medvedevin jättiomaisuuden: kartanot, viinitilat ja huvijahdit opiskelukavereiden ja serkun hallinnoimissa säätiöissä". Helsingin Sanomat. 4 March 2017. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]