Salahəddin Kazımov

Vikipediya, azad ensiklopediya
(Səlahəddin Kazımov səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Salahəddin Kazımov
1970 – 2 iyul 1978
NazirArif Heydərov
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1920(1920-12-22)
Doğum yeri
Vəfat tarixi 2 iyul 1978(1978-07-02) (57 yaşında)
Vəfat yeri
Vəfat səbəbi sui-qəsd
Dəfn yeri
Təhsili
Fəaliyyəti zabit
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü artilleriya[d]
Döyüşlər
Rütbəsi general-mayor

Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Aleksandr Nevski" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni "Döyüş xidmətlərinə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "Berlinin alınmasına görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı "Praqanın azad edilməsinə görə" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "Sovet milisinin 50 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kazımov Salahəddin Həsən oğlu (22 dekabr 1920, Qass, Zaqatala qəzası[d], Azərbaycan SSR2 iyul 1978, Bakı) — general-mayor, Azərbaycan SSR daxili işlər nazirinin müavini, Böyük Vətən müharibəsi illərində artilleriya diviziyası komandiri, Sovet İttifaqı Qəhrəmanı (1943).[1]

Zaqatala rayonu Qass kəndində (indiki Dağlı bələdiyyəsinin tərkibində) dünyaya göz açmış və 1941-ci ildə hərbi xidmətə çağrılmışdır. 1942-ci ilin aprelindən Mərkəzi cəbhədə 13-cü ordu tərkibində, 62-ci artilleriya alayında batalyon komandiri vəzifəsində döyüş əməliyyatında başlamışdır.Milliyətcə saxurdur.

Baş leytenant S. Kazımov Desna, Dnepr və Pripyat çaylarının keçilməsi əməliyyatlarında fərqlənmişdir.

1943-cü ilin 22–23 sentyabrında Dnepr çayını keçərkən sərrast atəş ilə düşmənin atəş nöqtələrini məhv edərək alayın Dneprin sağ sahilinə keçməsini və hücüm əməliyyatının Çerniqov və Qomel istiqamətlərində genişlənməsini təmin etmiş və 1943-cü ilin 16 oktyabrında Sovet İttifaqı Qəhrəmanı adı almışdır.[1]

Müharibədən sonrakı dövrdə Azərbaycanda Daxili İşlər Nazirliyi sistemində işləmiş və general-mayor rütbəsində nazir müavini vəzifəsinə yüksəlmişdir.

1978-ci il 29 iyunda iş yerində Azərbaycan SSR daxili işlər naziri Arif Heydərovla güllələnib.[2] Qatil Şuşa həbsxanasının təsəfüratt hissəsinin rəisi kapitan Ziya Muradov 29 iyunda Bakıya gələrək, mülki geyimdə Daxili İşlər Nazirliyinin binasına daxil olur. Nazirin qəbul otağına gələrək, nazirin böyük referenti podpolkovnik Səfixanovu Makarov tipli tapanca ilə öldürür və otağa daxil olaraq nazir Arif Heydərovu və onun müavini general Salahəddin Kazımovu qətlə yetirir. Daha sonra Z. Muradov özünü öldürür. S. Kazımov 3 gün sonra xəstəxanda vəfat etmişdir. Qəzetllər "xidməti vəzifəsini yerinə yetirərkən faciəli surətdə həlak olmuşdur" ifadəsi ilə çıxmışdır.[3]

Sovet İttifaqı Qəhrəmanı Salahəddin Kazımovun Bakı şəhərində yaşadığı Səməd Vurğun küçəsi 196 ünvanındakı binaya baralyefi vurulmuşdur.

  1. 1 2 "Кязимов Салахадин Иса оглы". 2014-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.
  2. "Gözlənilməyən bir qətlin tarixçəsi" (az.)). azadliq.org. 2009-10-05. 2017-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-09.
  3. "XX yüzillik. Faktlar, hadisələr və insanlar, 1978-ci il". YouTube. İctimai TV. 2024-01-31. 2024-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]