Uyğurlar

Vikipediya, azad ensiklopediya
(Uyğur səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Uyğurlar
Sayları və yaşadığı ərazilər
Dili Uyğur dili
Dini İslam (əsasən sünnisufi)
Mənşəyi Türk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

UyğurlarGöytürk imperiyası dağıldıqdan sonra Qultuq Bilgə Kül xaqan 744-cü ildə Uyğur xaqanlığının əsası qoymuşdur. Çin Xalq Respublikasında yaşayan türk xalqı, dilləri Altay dilləri ailəsinin Türk dili qrupuna aiddir və islam dininə sitayiş edirlər. 842-ci ildə Qırğız tayfalarının üsyanı nəticəsində süqut etmişdir.[mənbə göstərin]

Çin mənbələrində müxtəlif şəkillərdə (hoei-ho, vei-ho və s.) rastlaşan uyğur adının mənası 974-cü ilə aid Çincə bir əsərdə "şahin sürətilə dolaşan və hücum edən" kimi göstərilib. Amma türk tarixçilər bunun doğru olmadığını, uyğur adının uy (əqrəba, müttəfiq) və gur ifadələrinin birləşməsindən yarandığını deyirlər. Bu baxımdan tarixdə ortaya çıxan "on uyğur" adının "on müttəfiq" mənasında işlədilməsi ehtimalına üstünlük verilir. Bəzi mənbələrdə isə uyğur kəlməsi təqib edən, izləyən kimi göstərilir.

Uyğur Xaqanlığı

Doğu (şərqi) Türküstan dedikdə Rusiya Federasiyasından sonra Türk Dünyasının assimilyasiyaya məruz qalmış bir parçası, eli, obası başa düşülür. Çin əsarəti altında olan türk ərazilərində yaşayan türk boylarından ən çoxsaylıları uyğur, qazax, qırğız, salar türkləri, sarı uyğurlar və tatarlar sayılır. Çinin 52 əsas etnosdan təşkil edilməsi dövlətin Konstitusiyasında əks olunub.

ÇXR-də türk xalqları Şərqi Türküstan — Uyğur muxtar rayonunda və Qansu əyalətində yaşayırlar. SUMR-da başlıca olaraq uyğurlar, qazaxlar, qırğızlar, sarı uyğurlar və tatarlar məskunlaşıblar. Uyğur muxtar rayonunda qazaxlara məxsus muxtar vilayət, qırğızlara məxsus muxtar qəza da mövcuddur. Eləcə də Uyğur muxtar bölgəsində xalxa-monqollara məxsus muxtar vilayət və qəza, dunqallara məxsus muxtar qəza da var. Qansu əyalətində isə Salar türklərinə məxsus və tibetlilərlə birgə 3 muxtar qəza mövcuddur. Çində türk xalqları digər bölgələrdə, xüsusilə Daxili Monqolustan muxtar bölgəsi və Tibet Muxtar Bölgəsində də ən qədim dövrlərdən indiyədək yaşamaqdadırlar. .[1]

Çin-də rəsmi siyahıya almalarda Uyğurların sayı[4]
Siyahıya alma tarixi Uyğurların sayı
1953 3,640,125[5]
1964 3,996,311
1982 5,986,869[6]
1990 7,214,431[7][8]
2000 8,399,393[8][9]

Özbəkistandakı Uyğur Mədəniyyət Mərkəzinin iddiasına əsasən 2004[10]-cü ilə olan qeyri-rəsmi təxminə görə bu ölkədə 200,000[10] nəfər uyğur yaşadığı ehtimal olunur.[11]

Əsasən Əfqanıstanın Bədəxşan vilayətində (vilayət əhalisini əsasən özbəklərtaciklər, az sayda qırğızlar və uyğurlar təşkil edir) məskunlşamışdırlar. Sayları təxminən 3,000[12] nəfərdir.

  1. "Uyğurlar: tarixi, aqibəti" (az.). www.anl.az. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2023.
  2. 1 2 The World Uyghur Congress :Uyghur Langue Arxivləşdirilib 2016-08-19 at the Wayback Machine
  3. UNPO :East Turkestan Arxivləşdirilib 2020-04-11 at the Wayback Machine
  4. "The Xinjiang Incident's causes are due to Unequal Ethnic Policy, Unequal demographic Policy, and Unequal Economic Policy". 2011-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-17.
  5. "Today's Muslim Population in China". 2011-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-23.
  6. Taklamakan Uyghur Publishing home page : The Uyghurs’ Homeland Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine
  7. "Extensive list of all the languages of China. Chinese languages". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  8. 1 2 "Ethnic Minority Elites in China's Party-State Leadership: An Empirical Assessment" (PDF). 2021-08-30 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  9. China.org.cn : The Uygur ethnic minority Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine
  10. 1 2 Uyghur American Association (UAA) — Uyghur Human Rights Project :Disappearing Diaspora in Uzbekistan Arxivləşdirilib 2014-08-13 at the Wayback Machine…Published in 08/4/2004
  11. The Migration Review Tribunal (the MRT) and the Refugee Review Tribunal : Keywords: Uzbekistan – Uighurs – Discrimination – Forcible return to China – Separatist movements Arxivləşdirilib 2011-06-01 at the Wayback Machine
  12. Ethnologue.com :report for language code: uig Arxivləşdirilib 2009-01-16 at the Wayback Machine