Osmanlı sultanlarının analarının siyahısı
(Validə sultanlar səhifəsindən yönləndirilmişdir)
Bəzi Osmanlı padşahlarının anası övladları taxta çıxmadan öncə vəfat etmiş və bu səbəbdən Validə sultan ola bilməmişdir. Aşağıdakı cədvəldə həm Osmanlı padşah anaları, həm də Validə sultanları göstərilir.
№ | Validə Sultanın adı | Oğlu olan Osmanlı sultanı | Evli olduğu Osmanlı sultanı | Validə sultanlıq dönəmi | Qeyd |
---|---|---|---|---|---|
1 | Həlimə Xatun | Osman Qazi bəy | Ərtoğrul Qazi bəy | - | Oğlunun səltənətindən öncə vəfat etmişdir. |
2 | Malhun Xatun | Orxan Qazi bəy | Osman Qazi bəy | - | Oğlunun səltənətindən öncə vəfat etmişdir. |
3 | Nilüfər Xatun | I Murad | Orxan Qazi bəy | 1360–1380 | Oğlunun səltənətini görən ilk padşah xanımıdır. |
4 | Gülçiçək Xatun | I Bəyazid | I Murad | 28 iyun 1389 — ? | Ölüm tarixi məlum deyil. |
5 | Dövlət Xatun | I Mehmed | I Bəyazid | 5 iyul 1413 — 23 yanvar 1414 | |
6 | Əminə Xatun | II Murad | I Mehmed | 25 iyun 1421 — avqust 1444 | |
avqust 1446–1449 | |||||
7 | Hüma Xatun | II Mehmed | II Murad | - | Oğlunun səltənətindən öncə vəfat etmişdir. |
8 | I Gülbahar Xatun | II Bəyazid | II Mehmed | 22 may 1481–1492 | |
9 | II Gülbahar Xatun | I Səlim | II Bəyazid | - | Oğlunun səltənətindən öncə vəfat etmişdir. |
10 | Ayşə Hafsa Sultan | I Süleyman | I Səlim | 30 sentyabr 1520–19 mart 1534 | Validə sultan ünvanı alan ilk padşah xanımıdır. |
11 | Xürrəm Sultan | II Səlim | I Süleyman | - | Oğlunun səltənətindən öncə vəfat etmişdir. |
12 | Nurbanu Sultan | III Murad | II Səlim | 21 dekabr 1574–7 dekabr 1583 | |
13 | Safiyə Sultan | III Mehmed | III Murad | 16 yanvar 1595–21 dekabr 1603 | |
14 | Handan Sultan | I Əhməd | III Mehmed | 21 dekabr 1603–12 noyabr 1605 | |
15 | Həlimə Sultan | I Mustafa | 22 noyabr 1617–26 fevral 1618 | ||
19 may 1622–10 sentyabr 1623 | |||||
16 | Mahfiruz Xədicə Sultan | II Osman | I Əhməd | 26 fevral 1618–26 oktyabr 1620 | |
17 | Mahpeykər Kösəm Sultan | IV Murad | 10 sentyabr 1623–8 avqust 1648 | ||
Sultan İbrahim | |||||
18 | Turhan Xədicə Sultan | IV Mehmed | Sultan İbrahim | 8 avqust 1648–4 avqust 1683 | |
19 | Saliha Dilaşub Sultan | II Süleyman | 8 noyabr 1687–3 yanvar 1690 | ||
20 | Xədicə Müəzzəz Sultan | II Əhməd | - | Oğlunun səltənətindən öncə vəfat etmişdir. | |
21 | Əmətullah Rabiyə Gülnuş Sultan | II Mustafa | IV Mehmed | 6 fevral 1695–6 noyabr 1715 | |
III Əhməd | |||||
22 | Saliha Sebkati Sultan | I Mahmud | II Mustafa | 2 oktyabr 1730–21 sentyabr 1739 | |
23 | Şahsüvar Sultan | III Osman | 14 dekabr 1754–27 aprel 1756 | ||
24 | Əminə Mihrişah Sultan | III Mustafa | III Əhməd | - | Oğlunun səltənətindən öncə vəfat etmişdir. |
25 | Rabiyə Şərmi Sultan | I Əbdülhəmid | - | Oğlunun səltənətindən öncə vəfat etmişdir. | |
26 | Mihrişah Sultan | III Səlim | III Mustafa | 7 aprel 1789–16 oktyabr 1805 | |
27 | Ayşə Səniyəpərvər Sultan | IV Mustafa | I Əbdülhəmid | 29 may 1807–28 iyul 1808 | |
28 | Nəqşidil Sultan | II Mahmud | 28 iyul 1808–6 sentyabr 1817 | ||
29 | Bəzmialəm Sultan | Sultan Əbdülməcid | II Mahmud | 1 iyul 1839–3 may 1853 | |
30 | Pərtəvniyal Sultan | Sultan Əbdüləziz | 25 iyun 1861–30 may 1876 | ||
31 | Şevkəfzə Sultan | V Murad | Sultan Əbdülməcid | 30 may 1876–31 avqust 1876 | |
32 | Tirimüjgan Sultan | II Əbdülhəmid | - | Oğlunun səltənətindən öncə vəfat etmişdir. | |
33 | Gülcamal Qadınəfəndi | V Mehmed Rəşad | - | Oğlunun səltənətindən öncə vəfat etmişdir. | |
34 | Gülüstü Qadınəfəndi | VI Mehmed Vahidəddin | - | Oğlunun səltənətindən öncə vəfat etmişdir. | |
Osmanlı xilafəti | |||||
- | Heyranıdil Qadınəfəndi | Əbdülməcid Əfəndi | Sultan Əbdüləziz | - | Oğlunun xəlifəliyindən öncə vəfat etmişdir. |
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]- Validə sultan ünvanını ən qısa müddət daşıyan — Şevkəfzə Sultandır (3 ay).
- Validə sultan ünvanını ən uzun müddət daşıyan — Turhan Xədicə Sultandır (35 il).
- Bu ünvanı 2 dəfə alan ilk validə sultan — Əminə Xatundur.
- İstanbulda dəfn olunan ilk Osmanlı validə sultanı — I Gülbahar Xatundur.
- İstanbulda dəfn olunan son Osmanlı validə sultanı — Heyranıdil Qadınəfəndidir.