Xasay Musayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Musayev Xasay
Xasay İbrahim oğlu Musayev
Doğum tarixi (95 yaş)
Doğum yeri Qaramanlı, Yevlax rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi mexanika
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Elmi adı dosent
İş yerləri Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu

Xasay İbrahim oğlu Musayev AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent.

Xasay İbrahim oğlu Musayev 13 iyul 1929-cu ildə Azərbaycan Respublikası Yevlax rayonunun Karamanlı kəndində anadan olmuşdur. 1949-1951-ci illərdə Agdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1951-1954-cu illərdə Yevlax rayonu Malbinəsi kənd orta məktəbində və Yevlax şəhər 1 nömrəli orta məktəbdə riyaziyyat fənnindən dərs demişdir. 1955-1960-cı illərdə Azərbaycan Respublikası Politexnik İnstitutunun “Sənaye mülki tikinti” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrasında əyani sonra isə qiyabi aspirantı olmuşdur.

1975-ci ildə professor Y.Ə.Əmənzadənin rəhbərliyi altında “Dairəvi olmayan hamar və qabırqalı örtüklərdə bir neçə sərhəd məsələlərinin həlli ” mövzusunda Azərbaycan Respublikası Politexnik İnstitutunda texnika elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 2000-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin kiçik elmi işçisi, elmi işçi və aparacı elmi işçi vəzifəsində çalışır.

2011-ci ildə “Deformasiya olunan bərk cisim mexanikası” ixtisası üzrə dosent elmi adı almışdır.

1949-1951-ci illərdə Agdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsi, tələbə

1955-1960-cı illərdə Azərbaycan Respublikası Politexnik İnstitutunun “Sənaye mülki tikinti” fakültəsi, tələbə

1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrası, aspirant


Elmi dərəcələri, elmi adları

[redaktə | vikimətni redaktə et]

1975-ci il Azərbaycan Respublikası Politexnik İnstitutu, texnika elmləri namizədi

Dissertasiyanın adı: "Dairəvi olmayan hamar və qabırqalı örtüklərdə bir neçə sərhəd məsələlərinin həlli"

Əmək fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

1951-1954-cu illərdə Yevlax rayonu Malbinəsi kənd orta məktəbində və Yevlax şəhər 1 nömrəli orta məktəbdə riyaziyyat fənni üzrə müəllim

1960-1970-ci illərdə Azərbaycan Dövlət Layihə İnstitutunda konstruktor

2000-ci ildən indiyə kimi kiçik elmi işçisi, elmi işçi və aparacı elmi işçi "Elastiklik və plastiklik nəzəriyyəsi" şöbəsi.

Elmi maraq dairələri

[redaktə | vikimətni redaktə et]
  • Elastiki örtüklər nəzəriyyəsi
  • Momentsiz örtüklər nəzəriyyəsi
  • Dairəvi silindrik örtüklər nəzəriyyəsi
  • Fırlanan və yatıq örtüklər nəzəriyyəsi
  • Örtüklərin rəqsləri və möhkəmlik nəzəriyyəsi

Əsas elmi nəticələri

[redaktə | vikimətni redaktə et]
  • Dairəvi olmayan hamar və qabırqalı örtüklər.

47 - elmi məqalənin müəllifidir.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]