I Yese
I Yese | |
---|---|
gürc. ალიყული-ხანი | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | 1727 |
Vəfat yeri | |
Fəaliyyəti | monarx |
Atası | Levan |
Anası | Tinatin Avalişvili |
Həyat yoldaşları |
Mariam Orbeliani Yelena Baqrationi |
Uşaqları | |
Dini | islam |
Rütbəsi | general |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yese - Kartli çarı.
Həyatı
Yese 1680-ci ildə qəyyum Levanın və ikinci həyat toldaşı Tinatin Avalişvilinin oğlu olaraq doğulmuşdu. Müsəlman olduqdan sonra Əliqulu xan adını götürən Yese 1708-1709-cu illərdə Kirman naibi, 1709-1711-ci illərdə isə Kirman bəylərbəyi olmuşdu. 1711-1714-cü illərdə isə Səfəvi ordusunun topçubaşı (artilleriya üzrə baş komandan) olmuşdu.
Hakimiyyəti
1714-cü ilin martında VI Vaxtanq İslamı qəbul etmədiyi üçün onun yerinə çar olmuşdu. II David ilə ittifaq quran çar 1716-cı ilin iyunu çarlıqdan kənarlaşdırılaraq yerinə VI Vaxtanq gəldi.
Həbs və dini dəyişiklik
Yesse Telaviyə köçdü və III Bakarın qəyyumluğu altında yaşamağa başladı. 1721-ci ildə VI Vaxtanq tərəfindən Kartli ədalət naziri təyin edildi. II Konstantin Baqrationinin hücuma hazırlaşdığını eşidən Yese 1723-cü ildə Osmanlıya qaçaraq sünni oldu və 1724-cü ildə Mustafa paşa adı ilə çar elan edildi. 1727-ci ildə öləndən sonra isə çarlıq institutu ləğv edildi.
Ailəsi
Yese 2 dəfə ailə qurmuşdu:
- Maryam Orbeliani ilə:
- I İrakli Baqrationinin qızı Yelena ilə:
- Georgi Baqrationi (Həsən bəy)
- Teymuraz Baqrationi (1720—1788) - gələcək katolikos I Anton
- Aleksandr Baqrationi (İshaq bəy) - general Pyotr Baqrationinin atası