I Yese

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
I Yese
Əliqulu xan
Mustafa paşa
იესე I
ალიყული-ხანი
bayraq
Kartli çarı
1714 – 1716
ƏvvəlkiKeyxosrov
SonrakıVI Vaxtanq
bayraq
Kartli çarı
1724 – 1727
ƏvvəlkiVI Vaxtanq
SonrakıOsmanlı işğalı (sonra II Teymuraz)
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti monarx
Atası Levan
Anası Tinatin Avalişvili
Həyat yoldaşları Mariam Orbeliani
Yelena Baqrationi
Uşaqları
Dini islam
Rütbəsi general

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yese — Kartli çarı. Kartli kralı Levan şahzadə Tinatin Avalişvilinin oğlu, Kartli çarı "XI Georgi"nin qardaşı.[1].

Yese İslamı qəbul etmişdi. Əvvəlcə şiə ikən Əliqulu xan, daha sonra sünni ikən Mustafa paşa kimi tanınırdı.

Yese 1680-ci ildə qəyyum Levanın və ikinci həyat toldaşı Tinatin Avalişvilinin oğlu olaraq doğulmuşdu. Müsəlman olduqdan sonra Əliqulu xan adını götürən Yese 1708-1709-cu illərdə Kirman naibi, 1709-1711-ci illərdə isə Kirman bəylərbəyi olmuşdu. 1711-1714-cü illərdə isə Səfəvi ordusunun topçubaşı (artilleriya üzrə baş komandan) olmuşdu.

1714-cü ilin martında VI Vaxtanq İslamı qəbul etmədiyi üçün onun yerinə çar olmuşdu. II David ilə ittifaq quran çar 1716-cı ilin iyunu çarlıqdan kənarlaşdırılaraq yerinə VI Vaxtanq gəldi.

Həbs və dini dəyişiklik

[redaktə | mənbəni redaktə et]

Yesse Telaviyə köçdü və III Bakarın qəyyumluğu altında yaşamağa başladı. 1721-ci ildə VI Vaxtanq tərəfindən Kartli ədalət naziri təyin edildi. II Konstantin Baqrationinin hücuma hazırlaşdığını eşidən Yese 1723-cü ildə Osmanlıya qaçaraq sünni oldu və 1724-cü ildə Mustafa paşa adı ilə çar elan edildi. 1727-ci ildə öləndən sonra isə çarlıq institutu ləğv edildi.

Yese 2 dəfə ailə qurmuşdu:

  1. Teymuraz Baqrationi (1720—1788) - gələcək katolikos I Anton
  2. David (1716-1738)
  3. Nikolas
  4. İoane (ö. 1717)
  5. Xoreşan
  6. Anastasiya
  1. Cyrille Toumanoff. Les dynasties de la Caucasie chrétienne de l’Antiquité jusqu’au XIXe siècle. Tables généalogiques et chronologiques. — Rome, 1990. — P. 144.