Ədalət

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.8) tərəfindən edilmiş 20:45, 16 yanvar 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Ədalət iahəsi

Ədalətmücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, hәmçinin sosial-siyasi şüur kateqoriyası.

Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s... buna misal ola bilər.

ümumi məlumat

Ədalət anlayışı cәmiyyәtdә ayrı-ayrı fәrdlәrin (sosial qrupların) praktiki rolu ilә onların sosial mövqeyi, hüquq vә tәәhhüdlәri, әmәl vә әcri, әmәk vә mükafatlandırılması, cinayәt vә cәzası, insanın xidmәtlәri vә bunların cәmiyyәt tәrәfindәn qәbul edilmәsi arasında uyğunluq tәlәbini ifadә edir. Bu nisbәtin pozulması әdalәtsizlik kimi qiymәtlәndirilir. Ədalət şәxsiyyәt, cәmiyyәt vә dövlәtin, hәmçinin hüquqi münasibәtlәrdә iştirak edәnlәrin maraqları arasındakı tarazlığı müәyyәnlәşdirir, bәrabәrlik vә azadlıq ideyalarını әks etdirir.

İctimai şüur tarixindә Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qәbul olunmuş qaydalara danışıqsız riayәt edilmәsinin qәbulu ilә bağlı idi. Sosial tәcrübәdә bu anlam mәnfi mәna daşıyırdı. Belә ki, ümumi normanın pozulmasına görә cәza tәlәbi irәli sürülürdü, bunun praktiki ifadәsi isә qәbilә intiqamı institutu idi. Ədalətin insanların ayrı-ayrı nemәtlәrә yiyәlәnmәsini dә ehtiva edәn daha mürәkkәb vә müsbәt mәnası fәrdin qәbilәdәn ayrılması dövründә meydana gәlmişdi. İlkin olaraq o, әsas etibarilә, hәyat vasitәlәrindәn istifadәdә vә hüquqlarda bütün insanların bәrabәrliyi mәnasını daşıyırdı. Xüsusi mülkiyyәtin vә ictimai bәrabәrsizliyin meydana gәlmәsi ilә Ədaləti bәrabәrlikdәn fәrqlәndirmәyә başlamış, bu anlayışa insanlar arasında onların dәyәrliliyinә uyğun gәlәn mövqe fәrqlәrini dә daxil etmişdilәr.

Aristotel Ədalət anlayışını – geniş vә dar mәnalarda işlәtmişdir. Ümumi, geniş mәnada Ədalət ictimai hәyatın mәntiqiliyidir; onu insanlar arasında sosial baxımdan bütün nizamlanmış münasibәtlәrin әxlaqi meyarı, ictimai işlәrdә son әxlaqi-istinadedici instansiya kimi müәyyәnlәşdirmәk mümkündür. O, sosial sahәyә proyeksiya olunmuş mәnәviyyata uyğun gәlir. Xüsusi, dar mәnada Ədalət insanların birgә yaşayışının mәnfәәt vә mәşәqqәtlәrinin bölüşdürülmәsindә әxlaqi cәhәtdәn sanksiyalaşdırılmış uyğunluq, cәmiyyәtdә vә dövlәtdә münaqişәdә olan maraqların vә fәaliyyәtlәrinin qarşılıqlı tarazlaşdirmasının kooperasiyası üsulunun özünün tәkmillik dәrәcәsidir.

Ədalət nәzәriyyәsindә bir-birinә qarşılıqlı ehtiyacları olan vә bu mәnada öz aralarında bәrabәr olan fәrdlәr birgәyaşayış aspektindә nәzәrdәn keçirilirlәr. Fәrdlәr birlikdә cәmiyyәti tәşkil etdiklәrinә, icmalar halında yaşadıqlarına görә dә müәyyәn ümumiliyә malikdirlәr. Mәhz bu fundamental cәhәt Ədalətin başlanğıcıdır.

Aristotelin formulә etdiyi “digәrinә münasibәtdә Ədalətlilik bәrabәrliyin özüdür (to ision)” müddәası Ədalətin әxlaqi-hüquqi әsasıdır. Etik cәhәtdәn Ədalət xoşbәxt olmaq imkanında vә bunun üçün zәruri (hәr kәs üçün özünә lazım olan) nemәtlәrin әldә olunmasında bәrabәrlik rolunu oynayır. Ona görә, hәr hansı bitkin Ədalət konsepsiyası bütün fәrdlәr üçün eyni dәrәcәdә әlçatan olan tәmәl dәyәrlәrә әsaslanır, hәr bir sosial Ədalət tәcrübәsi isә bütün vәtәndaşlar üçün bәrabәr dәrәcәdә әlçatan olan vә tarixәn konkret xarakter daşıyan maddi vә mәnәvi nemәtlәr mәcmusunu nәzәrdә tutur. Hüquqi aspektdә Ədalət formal bәrabәrlik, tәlәblәrin, qanunların, qaydaların, normaların miqyasının eyniliyidir. Öz aralarında hüquq subyektlәri qismindә bәrabәrlәşdirilәn şәxslәrә çevrilmiş fәrdlәr vә onların hәrәkәtlәri bu meyarlarla “ölçülür”. Ədalət әxlaqda vә hüquqda bәrabәrlik demәk olsa da, әhәmiyyәtli dәrәcәdә fәrqlәnir. Əxlaqi (etik) Ədalət sonsuzluqların bәrabәrliyidir, insanların hәr biri öz iddialarında vә sәylәrindә yeganә, әvәzedilmәz, tükәnmәz olduqlarına görә bәrabәrdirlәr. Hüquqi Ə. vahidlәrin bәrabәrliyidir, o, riyazi bәrabәrlik qanunlarına tamamilә uyğun gәlir. Müәyyәn mәnada yalnız onu bәrabәrlik hesab etmәk mümkündür, çünki insanlar burada mәhz hüquq subyektlәri kimi bәrabәrdirlәr.

İnsanlar sosial mәkanın “hәmtәsisçilәri” qismindә bәrabәrdirlәr. Lakin tәsis aktının özü tәsis edilәn sosial mәkan strukturunu (әmәk bölgüsü, idarәetmә orqanlarının ayrılması vә s.) yaradan mövqelәrin vә mәşğuliyyәtlәrin qeyri-bәrabәrliyinin legitimlәşdirilmәsindәn ibarәtdir. Problem bәrabәrliyin vә qeyri-bәrabәrliyin uyğunlaşdırılması vә birlәşdirilmәsindәn ibarәtdir. Onun çәtin hәll olunması Ədalət uğrunda mübarizә şüarı altında baş verәn bütün ictimai iğtişaşların әsas mәnbәyidir.

Ədalətin hәlә Aristotel tәrәfindәn fәrqlәndirilmiş vә sonrakı bütün Ədalət nәzәriyyәlәrinin әsasına çevrilәn iki növü (forması) var: bölüşdürücü, yaxud distributiv vә bәrabәrlәşdirici, yaxud retributiv.

Bölüşdürücü Ədalət şәxslәrin dәyәrliliyi nәzәrә alınmaqla, onların ümumi işә töhfәlәrindәn, cәmiyyәt miqyasında “xüsusi çәkilәri”ndәn asılı olaraq nemәtlәrin vә buna müvafiq vәzifәlәrin bölüşdürülmәsidir. Burada şәxslәrin keyfiyyәti nәzәrә alınır. Bölüşdürücü Ədalətin normaları cәmiyyәt tәrәfindәn, әsasәn, onun obyektiv qanunları ilә müәyyәnlәşsә dә, özündә subyektivlik, xalqların, nәsillәrin, şәxsiyyәtlәrin mental xüsusiyyәtlәrinin vә iradi qәtiyyәtinin aşkar izlәrini daşıyır. Bölüşdürücü Ədalətin tarixәn formalaşmış üç әsas prinsipi var: hәr kәsә – eyni şeyi (hamlıya bәrabәr miqdarda), hәr kәsә – xidmәtlәrinә görә, hәr kәsә – tәlәbatına görә. Hazırda “hәr kәsә xidmәtlәrinә görә” prinsipi müasir cәmiyyәtlәrdә әsas olaraq qәbul edilir. Digәr prinsiplәr dә mühümdür, lakin onların tәtbiq sahәlәri nisbәtәn dardır; mәs., baza dәyәrlәri olan nemәtlәrin (insan hüquqlarının) bölüşdürülmәsi “ümumi bәrabәrlik” prinsipi ilә hәyata keçirilir, uşaqların sayından asılı olaraq sosial yardımın, yaxud vergi imtiyazlarının ayrılması isә “hәr kәsә tәlәbatına görә” prinsipinә uyğun gәlir.

Bәrabәrlәşdirici Ədalətdә şәxslәrin dәyәrliliyi diqqәtә alınmır. Burada söhbәt ictimai münasibәtlәrin Aristotel tәrәfindәn ixtiyari vә qeyri-ixtiyari mübadilә kimi adlandırılmış iki tipindәn – әşyaların mübadilәsindәn vә cәzalardan gedir. Əşyaların mübadilәsi onların hәqiqi dәyәrlәrinә uyğun hәyata keçirildiyi halda Ədalətli hesab edilir. Bәrabәrlәşdirici Ədalətin mәkanı, әsasәn, bazardır: burada alıcının kimliyi deyil, onun nә qәdәr hesab ödәdiyi mühümdür. Cәzalarda Ədalətli qiymәtlәndirmә cinayәt nәticәsindә vurulmuş zәrәrә adekvat olan ölçünü tapmaqla, cәzanın qaçılmazlığı – cinayәtin kim tәrәfindәn hәyata keçirilmәsindәn asılı olmayaraq cәzanın verilmәsidir. Bölüşdürücü Ədalət, әsasәn, mәişәt sәviyyәsindә (subyektiv ifadә olunmuş aspektdә), bәrabәrlәşdirici Ədalət isә işgüzar (obyektlәşdirilmiş) aspektdә ictimai münasibәtlәrin әxlaqi-tәnzimlәyici әsaslarını yaradır. Konkret cәmiyyәtlәr, adәtәn, Ədalətin bu vә ya digәr formasına (mәs., feodal vә sosialist cәmiyyәtlәri bölüşdürücü, burjua cәmiyyәtlәri isә bәrabәrlәşdirici Ədalətә) üstünlük versәlәr dә, onların hәr birindә hәr iki forma tәmsil olunur.

İslamda ədalət

Ədalət Allahın sifətlərindən biri olduğu halda, Əhli-beyt (ə) məktəbi tərəfindən dinin əsasları olan (Üsuliddinin) ikinci əsası kimi sayılmışdır. Yəni bu məsələ Allahın birliyi, Nübüvvət və s. əsasların kənarında yerləşdirilmişdir.

Dini termində , ədalət zülmkarlığın ziddinə olan bir kəlmə olub, "hər kəsin haqqını özünə vermək" və "hər şeyi öz yerinə qoymaq" kimi mə'nalara malikdir.

Allah təala heç vaxt zülmkarlıq etməz və hətta qarışqanın da belə haqqını tapdalamaz və ona zülm etməz.

İlahi ədaləti iki hissəyə bölmək olar:

  • Təkvini ədalət;
  • Təşrii ədalət;

Təkvini ədalətdən məqsəd, kainatda ilahi ədalətin hökm sürməsi və ədalətin bütün varlıqlar arasında hakim olmasıdır. Təkvini ədalətin isbatı üçün kainatda olan nizam-intizam, həmçinin ədalət üzündən yaranmış varlıqların vücudunu müşahidə etmək kifayətdir.

Allah təalanın hər növ zülmkarlıqdan uzaq olmasının isbatı üçün ağıl və Qur'an ayələri, həmçinin rəvayətlərdən istifadə olunur.

Ağılın hökmünə əsasən kainatın xaliqi hər növ zülmkarlıq və insafsızlıqdan uzaq olmalıdır. Əks təqdirdə Allah təalanın sifətlərindən biri sayılan "hikmət"-in mə'nası olmayacaqdır.

Heç bir ağıl və məntiq, zülmkar Rəbbi təsdiq etməz, çünki zülmə əl atan şəxs ya kimdənsə qorxur və onun şərrindən uzaq qalmaq istəyir, ya kimə və ya nəyəsə ehtiyacı vardır. Allah-taala isə bütün bunlardan pak və münəzzəhdir.

Ədl sözünün mənası

Lüğəti mənası

Ədl dogru olmaq, düzgün davranmaq, ədalətlə hökm etmək və s. mənalar bildirən məsdərdir. Ayrıca doğruluq və ədalət anlamları ilə isim olaraq istifadə olunduğu kimi, çox adil mənasında sifət kimi də işlənir.

Termin mənası

Ədl Allahın doxsan doqquz adını sayan Əsmai-husnə hədisində yer alır. Ədl Allahın adlarından biri olaraq istifadə olunanda mübaliğə bildirən bir sifət olub “çox ədalətli, əsla zülm etməyən, haqdan başqasını söyləməyən və etməyən” anlamına gəlir. İslam alimləri ədl sifətini “Allahın hər varlığa layiq olduğu imkan və qabiliyyətləri bəxş etməsi” mənasını verən comərdlik sözləri ilə izah etmişlər. İbn Teymiyyə də bundan yararlanaraq ədlə Allahın yaratdıqlarına nemət verməsi mənasını verir. Qəzzali Allahın ədalətinin nə mənaya gəldiyini bilmədən onun adil olduğunu anlamağın, feillərini, yaradıb idarə etdiyi kainatı tanımadan da ədalətini başa düşməyin mümkün olmadığını söyləyir və kainatın tanınması məsələsində çoxlu nümunələr verir. Bütün müsəlman alimlər Allahın adil olduğu məsələsində bir fikirdədirlər. Ancaq ədl sifətinin şərhində Mötəzilə alimləri ilə başqa islam alimləri arasında fərqli fikirlər meydana gəlmişdir[1]. “Ədalət” hər şeyi lazım olduğu kimi etməkdir, yəni nə çox, nə də az olmamalıdır. Bu haqda Hz. Əli (ə) belə buyurur: “Ədalət hər şeyi öz yerində qərar verməkdir”.

Ədalətin digər mənaları

Bu sözün leksik mənası hər yerdə, qalaktikamızda, insanın vücudunda, bitkilər və digər canlı aləmlərdə kökmranlıq edir. Bu mənanı Hz. Peyğəmbərin buyurduğu “bil-ədli qamətis-sələvatu vəl-ərd” (yəni yer və göy ədalət əsasında bərpa olunmuşdur) hədisindən hədisindən də bilmək olar. Əgər yer kürəsi cazibə qüvvəsini itirsə, yer öz tarazlığını saxlaya bilməz və çox böyük fəlakət baş verər.

Ədalətin digər mənası isə “camaatın hüququna riayət etməkdir”. Allahın ədalətinin mənası budur ki, O haqq tapdalamır, birinin haqqını başqasına vermir və insanlar arasında ayrıseçkilik salmır. O, hər cəhətdən adildir[2].

Allahın sifəti olaraq

Ədalət kamal və feil sifətlərindəndir. Allahın bütün işləri ədalət əsasında yerinə yetirilir. Yaradan heç vaxt zülm etməz. “Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun sababını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!” (Nisa- 40). Ən gözəl tərif də “Nəhcül-bəlağa”da qeyd olunub. İmam Əli (ə) ədalətin fəziləti haqqında belə buyurub: “Ədalət hər bir şeyi öz yerində qərar verməkdir”. Allahın ədalətinin sübutu üçün bir çox dəlil var:

Quran ayələri

Uca Allah bir çox ayədə ədalətə əməl etməyi və zülmdən çəkinməyi buyurub: “(Ya Rəsulum) Allahı zalımların etdikləri əməllərdən, əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar” (İbrahim- 42). “Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar” (Nəhl- 90). “Ey iman gətirənlər! Ədalətdən möhkəm yapışan Allah şahidi olun” (Nisa- 135).

Əqli dəlil

Başqalarına zülm edən, onların hüququna əhəmiyyət verməyən insan ya etdiyi işin pisliyini anlamır, ya da məzlumlardan aldıqlarına ehtiyaclıdır. Öz ehtiyaclarını ödəmək üçün insanların qazancını qəsb edir, onların haqqına girir. Amma uca Allaha bu xüsusiyyətləri aid etmək olmaz. O öz işlərini elm və hikmətli şəkildə yerinə yetirir. Allah çox səxavətlidir. Başqalarına kamal sitətləri bəxş etməklə nə isə itirməz ki, mənfəət verməkdə də paxıl olsun. Mütləq qüdrət sahibidir. Zülm bütün ağıl sahibləri üçün qəbahətli bir iş olduguna görə mərhəmətli Allah zülm etməz[3].

Yaradılışda ədalət

Uca Allah öz feyzini heç kimdən əsirgəmir və (ciddi bir səbəb olmadan) ayrıseçkiliyə yol vermir. Bu sözün aydın olması üçün aşağıdakı məsələlərə diqqət edək: Varlıq aləmini iki qismə bölmək olar: mücərrəd və maddi aləm

Mücərrəd aləm

Mücərrəd aləm hərəkət və təkamül etməyən varlıqlardan ibarətdir. Allah onlara əldə edə biləcəkləri bütün xüsusiyyətləri, elmi əvvəlcədən verib. Cism deyillər, güzə görünməzlər və məhv olmazlar. Allaha itaətsizlik etmirlər. Bu görünməyən varlıqlar şəriət dilində mələklər, dünyanın işini idarə edənlər, ruzi bölənlər, kürsü, lövh və s. Adlar ilə tanınmışlar. Bu kimi adlardan belə başa düşülür ki, aləmlərin yaradıcısı olan Allahla məxluqlar arasında gözə görünməz vasitələr var. Daha aydın desək, yaranış sistemi xüsusi bir nizam-intizamla təşkil olunub, idarə olunur. Mələklər Allahın göstərişlərinin icraçısıdırlar və əmrindən çıxmırlar. Hər birinin xüsusi məqamı və vəzifəsi vardır: “Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun müəyyən bir məqamı olmasın” (Səffat- 164).

Maddi aləm

Bu varlıqlar isə mücərrəd olanların əksinə olaraq maddə və surətdən ibarətdir. Onlar maddi cəhətlərdən dəyişir və irəliləyərək, hərəkət edərək təkamülə doğru gedir. Maddənin surətləri dəyişir, amma maddənin özü qalır. Maddi dünya çox genişdir və bəşərin onlardan tam, dəqiq məlumatı yoxdur. İnsanların bilikləri müxtəlif bitkilər, heyvanlar, su, hava kimi yerdə olan varlıqlar barəsindəli və müəyyən qədər Günəş, bəzi ulduzlar, planetlər haqqındakı biliklə məhdudlaşır. Lakin insanı heyran edən qalaktikalar, ulduzlar haqqında tam məlumatımız yoxdur. İnsana qarşı da Allah ədələtsizlik etməz və hər kəsə qaldıra bildiyi yükü verər. Bu Qurani Kərimdə də keçir. Hər insanda yetərli dərəcədə iradə vardır. “Allah kimsəyə gücünün yetdiyindən artığını təklif etməz” ( Bəqərə- 286).

Dinin əsas prinsipi kimi

Cəfəri məzhəbinə görə dinin əsaslarından biri də ədalətdir. Ədl (ədalət) məzhəbin əqidə prinsipinə görə Alahın kamal sifətlərindən biridir və ona iman etmək zəruridir. Qurani-Kərimdə dinin əsaslarından olan bu prinsip dəfələrlə bildirilmişdir. Allahın hər cür zülmdən uzaq olduğu önə çəkilmişdir.

Ədalət İslam dininin təməl əsaslarından biridir və bir şeyi yerinə qoymaq, hamıya layiq olduğunu vermək mənalarına gəlir. Həm də haqqı yerinə yetirmək, haqsızıqdan çəkinmək deməkdir. Ədalətsiz yerlərdə fitnə artar, zalımların sayı çoxalar, haqsızlıq və əxlaqsızlıq yayılar.

Allah Qurani-Kərimin Hucurat surəsinin 9-cu ayəsində belə buyurur: "Hər işinizdə ədalətlə-insafla hərəkət edin. Allah adil olanları sevir". Muhamməd Əsəd "ədaətli olun" ifadəsini belə açıqlayır: "Bu məcazi olaraq insanlar arasındakı bütün müamilələrə işarə edir, yoxsa yalnız ticari alış-verişə işarə etmir". Sülüyman Ateş isə bu ayəni belə açıqlayır: "Mutəffifin surəsində ölçü və çəkiyə hiylə qatanların xüsrana uğrayacaqları bildirilir. Allah ölçü və çəkiyə hiylə qatan bir milləti həlah etmişdir. Bu məsələdə mühüm olan insanın ölçü və çəkini tam yerinə yetirməyə çalışmasıdır".

Ədalətlə bağlı olaraq Allah Nisa surəsinin 58-ci ayəsində buyurur: "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. İnsanlar arasında ədalətə uyğun hökmlər verməyə gəldikdə Uca Allah bu vəzifəni bütün insanları əhatə edəcək şəkildə yayğın və geniş tutur. İslamın istədiyi ədalət sadəcə müsəlmanlar arasında və ya müsəlmanlar xaricində kitab əhlini də çətir altına alaraq digər insanları əhatə xaricində qoyacaq məhdud bir ədalət deyil. İslama görə hər insanın sırf insan olmasına görə ədalət təbii haqqıdır. İnsanlar arasında ədalətli olarkən mömin-kafir, dost-düşmən və ya ağdərili-qaradərili ayrı-seçkiliyi edilməz. Həmin surənin 135-ci ayəsində belə deyilir: "Ey iman gətirənlər!(Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan, Allah üçün şahidlik edən kəslər olun! (Barəsində şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun,hər halda Allah onların hər ikisinə daha yaxınndır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib-büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!. Maidə surəsinin 8-ci ayəsində isə belə buyrulur: "Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməklə) sabitqədəm və ədalətli şahidlər olun! Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır". Dinimiz düşmən millətlərə qarşı müsəlmanların ədalətlə hərəkət etmələrini əmr edir. Buna görə ədalət həyatın hər sahəsində keçərli olan bir qanundur.[4]

Həmçinin bax

İstinadlar

  1. Bekir Topaloğlu. DİA. I. 387–388.
  2. Adilə Tahirova. Kəlam tarixi və məsələləri. Bakı. 2016. 245–272.
  3. İbrahim Əmini. Nişanələrlə Allahı tanımaq. Bakı. 2013. 121–136.
  4. Hacı Fuad Nurullah. Azərbaycanda İslam və onun etiqad əsasları. 138–144.

Xarici keçidlər