Masamiçi Şinmey
Masamiçi Şinmey | |
---|---|
yap. 新明正道 | |
Doğum tarixi | 24 fevral 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 20 avqust 1984 (86 yaşında) |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
Masamiçi Şinmey (新明正道, Şinmey Masamiçi?, 24 fevral 1898, Taypey, Yaponiya imperiyası – 20 avqust 1984) – Yaponiya sosioloqu.
İlk illəri
[redaktə | mənbəni redaktə et]1898-ci ildə Yaponiyanın koloniyası olan Tayvanda doğulmuşdur.[1] 1921-ci ildə Tokio Universitetinin hüquq fakültəsindən məzun olmuşdur. 1926-cı ildə Tohoku Universitetinin köməkçi professoru təyin olunmuşdur. Bir müddət Avropada təhsil aldıqdan sonra Tohoku Universitetinin ədəbiyyat fakültəsinin professoru olmuşdur.[2]
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Şinmey ümumi sosiologiya, tarixi sosiologiya və praktiki sosiologiyanı birləşdirən nəzəri sistemin yaradıcısı olmuşdur.[1] Proqressiv və sosial problemlərə toxunan sosioloq olmuşdur.[2] O, ABŞ sosiologiyasının bir sıra anlayışlarını Yaponiyaya gətirərək və müxtəlif sosial nəzəriyyələrin inkişafını sistematik tədqiq edərək Yaponiyada sosiologiyanın inkişafı üçün töhfə vermişdir. 1944-cü ildə "Sosiologiya lüğəti" (Şakayqaku citen) adlı sosial elmlər lüğətini tərtib etmişdir.[1]
Şinmeyin digər əsərlərinə "Cəmiyyətin mahiyyəti" (Şakay honşitsu ron, 1942), "Sosiologiya tarixinin xülasəsi" (Şakayqaku şi qaysetsu, 1954) və 11 cildlik "Masamiçi Şinmeyin seçilmiş əsərləri" (Şinmey Masamiçi çosakuşu, 1976–1984) daxildir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Kodansha Encyclopedia of Japan. səh. 104
- ↑ 1 2 The Japan Biographical Encyclopedia & Who's Who. səh. 1408
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 104. ISBN 0-87011-627-4. İstifadə tarixi: 15 mart 2024.
- The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1408. İstifadə tarixi: 15 mart 2024.