Masamiçi Şinmey

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Masamiçi Şinmey
yap. 新明正道
Doğum tarixi 24 fevral 1898(1898-02-24)
Doğum yeri
Vəfat tarixi 20 avqust 1984(1984-08-20) (86 yaşında)
İş yerləri
Təhsili
Üzvlüyü

Masamiçi Şinmey (新明正道, Şinmey Masamiçi?, 24 fevral 1898, Taypey, Yaponiya imperiyası20 avqust 1984)Yaponiya sosioloqu.

1898-ci ildə Yaponiyanın koloniyası olan Tayvanda doğulmuşdur.[1] 1921-ci ildə Tokio Universitetinin hüquq fakültəsindən məzun olmuşdur. 1926-cı ildə Tohoku Universitetinin köməkçi professoru təyin olunmuşdur. Bir müddət Avropada təhsil aldıqdan sonra Tohoku Universitetinin ədəbiyyat fakültəsinin professoru olmuşdur.[2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Şinmey ümumi sosiologiya, tarixi sosiologiya və praktiki sosiologiyanı birləşdirən nəzəri sistemin yaradıcısı olmuşdur.[1] Proqressiv və sosial problemlərə toxunan sosioloq olmuşdur.[2] O, ABŞ sosiologiyasının bir sıra anlayışlarını Yaponiyaya gətirərək və müxtəlif sosial nəzəriyyələrin inkişafını sistematik tədqiq edərək Yaponiyada sosiologiyanın inkişafı üçün töhfə vermişdir. 1944-cü ildə "Sosiologiya lüğəti" (Şakayqaku citen) adlı sosial elmlər lüğətini tərtib etmişdir.[1]

Şinmeyin digər əsərlərinə "Cəmiyyətin mahiyyəti" (Şakay honşitsu ron, 1942), "Sosiologiya tarixinin xülasəsi" (Şakayqaku şi qaysetsu, 1954) və 11 cildlik "Masamiçi Şinmeyin seçilmiş əsərləri" (Şinmey Masamiçi çosakuşu, 1976–1984) daxildir.[1]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 104. ISBN 0-87011-627-4. İstifadə tarixi: 15 mart 2024.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1408. İstifadə tarixi: 15 mart 2024.