Arabo batalyonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Arabo batalyonu
erm. Արաբո կամավորական ջոկատ
latın qraf. Arabo kamavorakan jokat
azərb. Arabo könüllü dəstəsi
Növü quru qoşunları
Yaranma tarixi 4 oktyabr 1989-1994
Ölkə Ermənistan SSR Ermənistan
Tabedir "Qartal" (erm. Արծիվ) hərbi birləşməsi
Sayı 4 nəfər[1] (4 oktyabr 1989)
24 nəfər[1] (19 oktyabr 1989)
Qərargah Qarabağ
Himayədarı Ermənistan Silahlı Qüvvələri
Təchizatı yüngül silahlar
Müharibələr Qarabağ müharibəsi
Döyüşlər Qaradağlı soyqırımı
Xocalı soyqırımı
Ağdərə döyüşləri
Komandanlıq
Məşhur komandirləri Simon Açıqgözyan
Manvel Yeğiazaryan

Arabo könüllü dəstəsi (erm. Արաբո կամավորական ջոկատ, latın qraf. Arabo kamavorakan jokat) və ya Arabo batalyonuQarabağ müharibəsində əsasən Ermənistan erməniləri və xaricdən gələn ermənilərdən təşkil olunmuş millətçi paramilitarist qruplaşma.

Adı

Dəstənin adı ilk vaxtlar “Qaregin Njde” olub. Lakin, digər erməni dəstələri daxilində “Qaregin Njde” adlı dəstələrin ortaya çıxması, dəstənin adının “Arabo” adı ilə əvəzlənməsinə səbəb olub. "Arabo" XIX əsrdə Osmanlıya qarşı qiyam edən və sonda kürd dəstələri tərəfindən öldürülən Stepanos Mixitaryan adlı şəxsin təxəllüsü olub.[1]

Tarixi

Dəstə 1989-cu ildə Livan, Fələstin, SuriyaFransadan gəlmiş erməni millətçilərinin, həmçinin Sovet İttifaqı Silahlı Qüvvələrində xidmət keçmiş təcrübəli döyüşçülərin iştirakı ilə İrəvanda yaradılıb.

Dəstəni yaratmazdan öncə, Manvel Yeğiazaryan bir neçə şəxslə birgə bir neçə dəfə Gorus, CermukNaxçıvan sərhədləri ətrafına, o cümlədən digər ərazilərə gedərək ümumi kəşfiyyat aparıb. Nəticədə, 4 oktyabr 1989-cu ildə Manvel Kerri Xaçik, Hayk və Civan adlı şəxslərlə birlikdə, Yeğeqnadzor rayonunun Xaçik kəndində yerləşən sərhədə yaxın hissələrə gedərək çadırlar qurub və burada Arabo dəstəsinin ilkin prinsiplərini müəyyənləşdirib. Tədricən yeni üzvlərin Məlik, Roman və Samvel adlı şəxslərin qatılması ilə dəstə daha da genişlənməyə başlayır. 9 oktyabr 1989-cu ildə dəstənin şəxsi heyəti 4, 19-da 24 nəfər idisə, artıq 1990-cı ilin yanvar ayında dəstəyə təşkilatlanmış 10, 15, 20 nəfərdən ibarət qrupların gəlməsiylə dəstə üzvlərinin sayı artır.

Arabo ilkin mərhələdə fəaliyyətini Azərbaycan-Ermənistan sərhəd xətti boyunca aparıb:

Məhvi və itkin hesab edilməsi

"Arabo" batalyonunun 80-dən çox üzvü 29 iyun 1992-ci ildə Gəncə batalyonunun komandiri Mehman Ələkbərovun Tərtər ərazi özünümüdafiə batalyonu ilə birgə apardığı Həsənqaya əməliyyatı zamanı tamamilə məhv edilib.

Arabo könüllü dəstəsi uzun müddət Ermənistanda itkin hesab edilib. 2008-ci ildə Youtubeda batalyon üzvlərinin cəsədlərinin əks olunduğu tarixi kadrların yayılmasından sonra "Arabo" yenidən gündəmə gəlib.[2]

İstinadlar

  1. 1 2 3 Şahin Qocayev. www.modern.az "ARABO Terror Dəstəsi - Qaradağlı və Xocalı cinayətkarlarının izi ilə..." (#bad_url). Modern.az. 27/02/2016. 8 dekabr 2017-ci il tarixində arxivləşdirilib. (az.)
  2. Yeni Müsavat. www.musavat.az "Ermənistan Xocalı cəlladlarının sümüklərini istəyir" (#bad_url). Musavat.az. 24/06/2012. 8 dekabr 2017-ci il tarixində arxivləşdirilib. (az.)

Xarici keçidlər