Arabo batalyonu
Arabo batalyonu | |
---|---|
erm. Արաբո կամավորական ջոկատ latın qraf. Arabo kamavorakan jokat azərb. Arabo könüllü dəstəsi | |
Növü | quru qoşunları |
Yaranma tarixi | 4 oktyabr 1989-1994 |
Ölkə | Ermənistan SSR → Ermənistan |
Tabedir | "Qartal" (erm. Արծիվ) hərbi birləşməsi |
Sayı |
4 nəfər[1] (4 oktyabr 1989) 24 nəfər[1] (19 oktyabr 1989) |
Qərargah | Qarabağ |
Himayədarı | Ermənistan Silahlı Qüvvələri |
Təchizatı |
yüngül silahlar |
Müharibələr | Qarabağ müharibəsi |
Döyüşlər |
→ Qaradağlı soyqırımı → Xocalı soyqırımı → Ağdərə döyüşləri |
Komandanlıq | |
Məşhur komandirləri |
Simon Açıqgözyan Manvel Yeğiazaryan |
Arabo könüllü dəstəsi (erm. Արաբո կամավորական ջոկատ, latın qraf. Arabo kamavorakan jokat) və ya Arabo batalyonu — Qarabağ müharibəsində əsasən Ermənistan erməniləri və xaricdən gələn ermənilərdən təşkil olunmuş millətçi paramilitarist qruplaşma.
Adı
[redaktə | mənbəni redaktə et]Dəstənin adı ilk vaxtlar “Qaregin Njde” olub. Lakin, digər erməni dəstələri daxilində “Qaregin Njde” adlı dəstələrin ortaya çıxması, dəstənin adının “Arabo” adı ilə əvəzlənməsinə səbəb olub. "Arabo" XIX əsrdə Osmanlıya qarşı qiyam edən və sonda kürd dəstələri tərəfindən öldürülən Stepanos Mixitaryan adlı şəxsin təxəllüsü olub.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Dəstə 1989-cu ildə Livan, Fələstin, Suriya və Fransadan gəlmiş erməni millətçilərinin, həmçinin Sovet İttifaqı Silahlı Qüvvələrində xidmət keçmiş təcrübəli döyüşçülərin iştirakı ilə İrəvanda yaradılıb.
Dəstəni yaratmazdan öncə, Manvel Yeğiazaryan bir neçə şəxslə birgə bir neçə dəfə Gorus, Cermuk və Naxçıvan sərhədləri ətrafına, o cümlədən digər ərazilərə gedərək ümumi kəşfiyyat aparıb. Nəticədə, 4 oktyabr 1989-cu ildə Manvel Kerri Xaçik, Hayk və Civan adlı şəxslərlə birlikdə, Yeğeqnadzor rayonunun Xaçik kəndində yerləşən sərhədə yaxın hissələrə gedərək çadırlar qurub və burada Arabo dəstəsinin ilkin prinsiplərini müəyyənləşdirib. Tədricən yeni üzvlərin Məlik, Roman və Samvel adlı şəxslərin qatılması ilə dəstə daha da genişlənməyə başlayır. 9 oktyabr 1989-cu ildə dəstənin şəxsi heyəti 4, 19-da 24 nəfər idisə, artıq 1990-cı ilin yanvar ayında dəstəyə təşkilatlanmış 10, 15, 20 nəfərdən ibarət qrupların gəlməsiylə dəstə üzvlərinin sayı artır.
Arabo ilkin mərhələdə fəaliyyətini Azərbaycan-Ermənistan sərhəd xətti boyunca aparıb:
- 1989-1990-cı illər: Yeğeqnadzor rayonu, Xaçik kəndi, Əzizbəyov rayonu Bardzruni, İcevan rayonu.
- 1990-cı il: Noyemberyan rayonu, Əskipara.
Məhvi və itkin hesab edilməsi
[redaktə | mənbəni redaktə et]"Arabo" batalyonunun 80-dən çox üzvü 29 iyun 1992-ci ildə Gəncə batalyonunun komandiri Mehman Ələkbərovun Tərtər ərazi özünümüdafiə batalyonu ilə birgə apardığı Həsənqaya əməliyyatı zamanı tamamilə məhv edilib.
Arabo könüllü dəstəsi uzun müddət Ermənistanda itkin hesab edilib. 2008-ci ildə Youtubeda batalyon üzvlərinin cəsədlərinin əks olunduğu tarixi kadrların yayılmasından sonra "Arabo" yenidən gündəmə gəlib.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Şahin Qocayev. www.modern.az "ARABO Terror Dəstəsi - Qaradağlı və Xocalı cinayətkarlarının izi ilə..." (#bad_url). Modern.az. 27/02/2016. 8 dekabr 2017-ci il tarixində arxivləşdirilib. (az.)
- ↑ Yeni Müsavat. www.musavat.az "Ermənistan Xocalı cəlladlarının sümüklərini istəyir" (#bad_url). Musavat.az. 24/06/2012. 8 dekabr 2017-ci il tarixində arxivləşdirilib. (az.)