Avaça körfəzi
Avaça körfəzi | |
---|---|
rus. Авачинская бухта | |
Ümumi məlumatlar | |
Tip | Buxta (körfəz) |
Sahəsi | 215 km² |
Dərin yeri | 26 m |
Orta dərinliyi | 9 m |
Yerləşməsi | |
52°59′00″ şm. e. 158°33′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Avaça körfəzi (rus. Авачинская бухта) — Sakit okeanda, Kamçatka yarımadasının cənub-şərqində buxta. Uzunluğu 24 kilometr, eni (girişində) 3 kilometr, dərinliyi 26 metrdir. Avaça körfəzinin şimal sahilində Petropavlovsk-Kamçatski şəhəri (portu) var.[1] Liman balıçılıq və yük daşımalarında istifadə edilən gəmiləri qəbul edir.[2]
Buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir.
Qısa təsvir
Dünyanın ən böyük buxtalarından biridir. Dünyanın istənilən tip gəmilərini qəbul edir.[3] Avaçi körfəzinin qapalı hissəsini təşkil edir. Buxta 24 km uzunluğa və 3 km enə malikdir (girəcəkdə). Su səthinin sahəsi 215 km2-dir. Dərinliyi 25 metrdir. Buxtaya Avaça və Paratunka çayları tökülür. Sahillərində Petropavlovsk-Kamçatski və Vilyuçinsk şəhərləri yerləşir. Üstəlik burada Rusiyanın Sakitokean donanması yerləşdirilir. Buxtanın simvolu Tri Brata adalarıdır. Ada körfəzin girəcəyində onun Avaçi körfəzi ilə birləşdiyi ərazidə yerləşir.
İstinadlar
- ↑ Авача көрфәзи // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 33.
- ↑ "Rusiyanın 7 möcuzəsi". 2008-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-03.
- ↑ "Невероятно, но эти 10 мест — в России («Russia Beyond the Headlines», Россия)". 2018-12-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-03.