Çopur Əli
Çopur Əli və ya Məşədi Rza oğlu Əli (1895, Gürcüstanın Borçalı qəzasının Aşağı Saral kəndi – 1933, Gürcüstanın Borçalı qəzasının Aşağı Saral kəndi) - 1918-ci il erməni-gürcü müharibəsinin iştirakçısı, xalq qəhrəmanı, qaçaq.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Məşədi Rza oğlu Əli 1895-ci ildə Gürcüstanın Borçalı qəzasının Aşağı Saral kəndində anadan olmuşdur. Əslən Cənubi Azərbaycanın Təbriz və Mərənd şəhərləri arasında yerləşən Şordərə kəndindəndir.[2][3]
O, 1918-ci ildə Sarvan (hazırda Marneuli rayonu) bölgəsinin Ermənistanla sərhəddə yerləşən Sadaxlı kəndində ermənilərlə baş verən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə xalq qəhrəmanı adlandırılmışdır. 1918-ci ildə göstərdiyi xidmətlərə görə Çopur Əli dövlət ordeni ilə təltif edilmişdir.[4][5]
Ölümü
[redaktə | vikimətni redaktə et]Qaçaq elan edilməsinin səbəbi isə onun Gürcüstanda bolşeviklərə qarşı aktiv mübarizə aparması ilə bağlıdır. O, qardaşı Vəli və Aşağı Saral kəndindən olan digər döyüşçülərlə birlikdə bolşevik hakimiyyətinə qarşı silahlı müqavimət göstərmiş və 1933-cü ildə doğulduğu Aşağı Saral kəndində NKVD tərəfindən öldürülmüşdür. Onun məzarının yeri bu günə qədər müəyyən edilməmişdir.[6][7]
Yazıçı Əli Abbas 2007-ci ildə Çopur Əlinin qəhrəmanlığı haqqında “Çopur Əli” sənədli povest yazmışdır.[6]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Borçalıda bir qəhrəman yaşayıb". Kompas (az.). 1. Yanvar 2001.
- ↑ Məmmədli, 2006. səh. 69
- ↑ Qaraçalı, 2000. səh. 11
- ↑ Məmmədli, 1991. səh. 37
- ↑ "Ucqar bir kəndin igid oğlu". Gündoğar. 4. 2008-02-08.
- ↑ 1 2 Rzayev, Əlövsət. "Çopur Əli - Borcalı igidinin əfsanəyə bənzər qəhrəmanlığı". BizimXəbər.
- ↑ "Çopur Əli və övladları". Gündoğar. 20. 2001-10-27.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Məmmədli, Şurəddin. Parçalanmış Borçalı (az.). Bakı: Azərnəşr. 1991.
- Məmmədli, Şurəddin. Gürcüstan Azərbaycanlıları (statistik-bilgi kitabı) (az.). Tbilisi: Kolori. 2006.
- Qaraçalı, İradə. Bir dön geri yurduna bax (az.). Bakı. 2000.