Üzeyir Abdullayev
Üzeyir Abdullayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Lənkəran, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Üzeyir Abdullayev (1951–2009) — Beynəlxalq Rus Daması Assosiasiyasının versiyası üzrə rus daması üzrə dünya çempionu (1997) və dama üzrə 37 qat Azərbaycan çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası (2009).
Həyatı
[redaktə | mənbəni redaktə et]Üzeyir Abdullayev 1951-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 38 il idman sahəsində çalışıb. Bu müddətdə 37 dəfə Azərbaycan, 1 dəfə isə dünya çempionu olub. 1997-ci ildə beynəlxalq qrosmeyster, həmçinin beynəlxalq dərəcəli hakim olub. Ü.Abdullayevə 2007-ci ildə Rusiya Federasiyasının Şahmat və Dama İncəsənət Akademiyasının akademiki adı verilib. 2009-cu ilin fevralında isə o, "Azərbaycan Respublikasının əməkdar idman ustası" fəxri adına layiq görülüb. Veteran damaçı son vaxtlar ürək ağrılarından əziyyət çəkirdi.
1996-cı ildən bəri Azərbaycan Gənclər və İdman Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışan Ü.Abdullayev elə vəzifəsinin icrası zamanı dünyasını dəyişib. 2009-cu ilin aprel ayında nazirlik tərəfindən Lənkərana ezamiyyətə göndərilən Ü.Abdullayevin qəflətən səhhəti pisləşib və həkimlərin müdaxiləsi nəticəsiz qalıb.