İlansoğanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İlansoğanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

İlansoğanı (lat. Muscari) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.

Əsasən, Aralıq dənizi ölkələrində 60, keçmiş SSRİ-də 19, o cümlədən Azərbaycanda 9 növü yayılmışdır. Qrossheym ilansoğanı (M. grossheimi), qəşəng ilansoğanı (M. elegantlum), ağızcıqlı ilansoğanı (M. leucostomum) Azərbaycan florası üçün endemikdir. Çiçəklərindən efir yağı alınır və ətriyyat sənayesində işlədilir. Bəzi növləri dekorativ bitki kimi becərilir.[1]

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çiçəkləri müşk ətri verdiyi üçün bitki muskari adlandırılmışdır. Avropa, Asiya və Şimali Amerikada geniş yayılmışdır.[mənbə göstərin] Cinsin 2 növü gülçülükdə geniş istifadə olunur. Salxımşəkilli ilansoğanı (M. botryoides) hündürlüyü 20 sm-ə çatan çoxillik soğanaqlı bitkidir. Enli yarpaqları torpaqda topalarla yığılmışdır. Çiçəyi silindrik formalı, çiçəkləri göy ya da göyümtül-bənövşəyidir. Fırçaşəkilli ilansoğanı (M. racemosum) çiçək yatağı uzunsovdur, çiçəkləri tünd-bənövşəyi, bəzən qara rəngə çalır. Bu bitkilər bala soğanaqlarla çoxaldılır.

  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 417.