İsgəndəriyyə ilahiyyat məktəbi
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
İsgəndəriyyə ilahiyyat məktəbi — II yüzillikdə formalaşan Xristian ehkamlarını və fəlsəfəsini sistemləşdirən, onları vahid təlim şəklində ortalığa çıxardan, antik fəlsəfi irsi ilə Xristianğı uyğunlaşdıran məktəb idi.
Xristianlığın formalaşmasında apologetlər (əqli və məntiqi üsullarla xristian ehkamlarını tənqidçilər qarşısında müdafiə edən ilahiyyatçılardır) çox əhəmiyyətli fəaliyyət göstərmişdirlər. Ancaq o dövrdə Xristianlıq hələ sistemləşmiş bir təlim halına gəlməmişdi. Antik fəlsəfi təlimlərlə mübarizə aparmaq üçün isə fundamental, sistemləşmiş və hərtərəfli bir nəzəriyyə yaratmaq lazım idi. Ona görə də, bir neçə Xristian düşünürü bu çətin işlə məşğul olmuşdur. Bu işdə ən böyük nailiyyətləri İsgəndəriyyədə II yüzillikdə təsis edilən ilahiyyat məktəbinin nümayəndələri əldə etmişdirlər.
Bu məktəb Xristianlığın əsasları ilə tanış olmaq və onu qəbul etmək istəyənlər üçün açılmışdır. Eyni zamanda bu məktəb qarşısına ən savadlı təbəqələrin nümayəndələrində xristian təliminə marağını oyatmaq məqsədini güdürdü. Ancaq bunun üçün təkcə dini ehkamların tədrisi kifayət etməzdi. Ona görə də burada fəlsəfi fənlərə də böyük önəm verilirdi. Dini ehkamlarla antik mədəni və fəlsəfi irsin bir-birinə yaxınlaşması, uyğunlaşması siyasəti aparılırdı. Burada çalışan alimlər bu yaxınlaşmaya nail olmayaraq Xristianlığın yayılmasının mümkün olmamasını anlayırdılar və bu istiqamətdə məqsədyönlü iş aparırdılar.
179-cu ildən başlayaraq İsgəndəriyyə məktəbinə Panten başçılıq etməyə başlamışdı. O keçmişdə stoik olmuşdu. O fəlsəfəyə daha da çox önəm verirdi. Ancaq onun əsərləri bizim zəmanəmizə çatmamışdı. Bu məktəbin nümayəndələri İsgəndəriyyəli Klement, Origen, İsgəndəriyyəli Herakl, İsgəndəriyyəli Dionisius, Afinaqor kimi tanınmış Xristian ilahiyyatçıları olmuşdurlar.
İsgəndəriyyəli Klement və Origen haqıında ayrıca məqalələrə baxın.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlsəfə (ilk çağlar). Bakı: Əbilov, Zeynalov və qardaşlar, 2007, s. 50.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlsəfə (ilk çağlar). Bakı: Əbilov, Zeynalov və qardaşlar, 2007, s. 50.
- Дулуман Е. К. Антиохиохийская и Александрийская богословские школи и их влияние на христологические споры IV-VI веков. - Московская духовная академия, 1950.
- Саврей В. Я. Александрийская школа в истории философско-богословской мысли. М.: КомКнига, 2006. 1008 стр..
- Fr. Tadros Y. Malaty The School of Alexandria & Origen's Theology/BOOK 2