İstifadəçi:Toghrul R/SK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Durğu işarələri

[redaktə | mənbəni redaktə et]

Dırnaq işarələri

[redaktə | mənbəni redaktə et]
  • Yalnız "düz" dırnaq işarələrindən istifadə etməli, bu, «bu»bu kimi digər bənzər simvollar işlədilməməlidir.
  • Dırnaq daxilindəki yazıya daxili keçid verildikdə, dırnaq işarələri keçidə daxil edilməməlidir. Məsələn, "Vətən uğrunda" və "İgidliyə görə" medalları. ("[[mətn]]")

Tire və defislər

[redaktə | mənbəni redaktə et]

Uzun tirelərdən (—) aydınlaşdırma və cümlə üzvlərinə əlavələri ayırmaq məqsədilə istifadə edilir. Məqalələrin prembula (giriş) hissəsindəki qısa təsvirdə tez-tez rast gəlinir. Bu tirelər yalnız eyni hal şəkilçiləri və ya eyni hissəciklər qoşulmuş sözləri aydınlaşdırmaq və ayırmaq üçün işlənə bilər:

  • Bakı — Azərbaycanın paytaxtı
  • Azərbaycanın ən yüksək təltifinə — "Heydər Əliyev" ordeninə layiq görüldü.

Sitatların sonunda müəllifi göstərdikdə uzun tiredən istifadə edilir:
     — Şarl Lui Monteskyö

Ortaölçülü tire

[redaktə | mənbəni redaktə et]

Yanaşı yazılmış istənilən iki eyni mahiyyətli məfhum arasındakı məsafəni, aralığı göstərmək üçün ortaölçülü tiredən (–) istifadə edilir. Bu zaman tirelər sol və sağ hissədən boşluqla ayrılmır:

  • səh. 7–19
  • 450–500 nəfər
  • 1962–1964-cü illər
  • Bakı–Qazax magistral yolu

Digər hallarda — tarixlər tam formatda qeyd olunduqda, ayırıcı digər sözlər olduqda və yuxarıdakı şərtlər ödənilmədikdə ortaölçülü tirelərin sol və sağ tərəfləri boşluqla ayrılır:

  • 23 iyul 1790 – 1 dekabr 1791 (yanlış: 23 iyul 1790–1 dekabr 1791)
  • 14 may – 2 avqust 2011 (yanlış: 14 may–2 avqust 2011)
  • 1–17 sentyabr (hər iki rəqəm eyni ayın günlərini bildirir)
  • Fevral–oktyabr 2009
  • payız 2001 – qış 2002
  • 1492 – 7 aprel 1556
  • Qalınlığı 15 sm – 2 dm-dir.

Ortaölçülü tiredən mənfi ədədləri göstərmək üçün də istifadə edilir:

  • −5 °C (yanlış: -5°C —5°C)
  • −2 °C – 2 °C aralığı (yanlış: −2 °C–2 °C aralığı)

Defis mürəkkəb sözlərin və söz birləşmələrinin arasında işlədilir. Defis işarəsi hər bir halda boşluqsuz yazılır:

  • ümum-Rusiya, veb-sayt, kontr-admiral (mürəkkəb sözlər)
  • həddi-büluğ, əhvali-ruhiyyə, tərcümeyi-hal (izafət birləşmələri)

Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edilərkən şəkilçidən əvvəl defis qoyulur. Bundan əlavə, rəqəmlərdən sonra ahəng qanununa görə sıra sayının şəkilçisi ixtisarla verilir:

  • 2-yə, 3-də, 5-i, 6-nın, 17-si
  • 2-ci, 3-cü, 6-cı, 9-cu

Qeyd: Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X.