İstifadəçi müzakirəsi:Memmedli Farid
Vikipediya | Xoş gəldiniz, Memmedli Farid! |
Tez-tez soruşulan suallar | Salam, Memmedli Farid. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Kənd meydanında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
Redaktə qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
--Turk oğlan 08:53, 29 yanvar 2009 (UTC)
Sizin üçün bir ulduz!
[mənbəni redaktə et]Kiçik ulduz | |
Son günlər aktiv olan fəaliyyətinizə görə təltif olunursunuz. Uğurlar. Araz Yaquboglu (müzakirə) 11:06, 12 fevral 2021 (UTC) |
Məqalələr
[mənbəni redaktə et]Salam, Memmedli_Farid. Yaratdığınız məqalələr üçün təşəkkürlər. Aldo Boffi məqaləsində müəyyən düzəlişlər etmişəm, gələcək fəaliyyətinizdə nəzərə almağınızı xahiş edirəm. Eminn (müzakirə) 18:44, 18 mart 2021 (UTC)
Salam Eminn, Dəstək, motivasiyanız və düzəlişlər üçun təşəkkür edirəm. Bu düzəlişlərdə edilən dəyişiklikləri gələcək məqalələrdə nəzərə alacam. Memmedli Farid 19:07, 18 mart 2021 (UTC)
Buyurun. Suallarınız olsa, həmişə yaza bilərsiniz. İdman məqalələri ilə bağlı müəyyən qədər təcrübəm var. Həmçinin mesajlarınızın sonuna ~~~~ əlavə etməklə imza qoymağı unutmayın. Uğurlar arzulayıram.— Eminn (müzakirə) 18:57, 18 mart 2021 (UTC)
Təşəkkür edirəm Eminn . Hər hansı bir çətinlik olsa sizə müraciət edəcəm. Minnətdaram. Memmedli Farid 19:06, 18 mart 2021 (UTC) 19:02, 18 mart 2021 (UTC)
Daxili keçidlər
[mənbəni redaktə et]Salam. Yaratdığınız məqalələrdə hər sözə keçid əlavə etməyin. Bu stil kitabçasına ziddir. Sadəcə mövzu ilə əlaqəli olan sözlərə keçid əlavə edin. NMW03 (müzakirə) 01:19, 29 mart 2021 (UTC)
- Salam NMW03 , reaksiyanız üçun təşəkkür edirəm. Mən adətən mövzu ilə əlaqəli insan adları, məkan adları olan sözlərə daxili keçid verirəm. Bəzi istisnalar olubsa bunları aradan qaldıraram. Memmedli Farid 08:13, 29 mart 2021 (UTC)
- Demək istədiyim məsələn "İtaliyalı futbolçu" söz birləşməsində "futbolçu" sözünə keçid vermək lazım deyil. NMW03 (müzakirə) 09:07, 29 mart 2021 (UTC)
- Razıyam sizinlə, ilk əvvəllər yaratdığım məqalələrdə "futbolçu" , "hücumçu" və illərə (məs.:1945) keçidr verirdim. Buna səbəb ingilisdilli və rusdilli vikipediyalarda bu cür keçidlərlə rastlaşmağım idi. Stil kitabçası barədə indi sizdən məlumat aldım. Gələcəkdə bunları nəzərə alacam. Təşəkkür edirəm bildiriş üçun. Memmedli Farid 09:12, 29 mart 2021 (UTC)
İstinad şablonu
[mənbəni redaktə et]Hər vaxtınız xeyir. Tərtib etdiyini İlqar Əlfioğlu məqaləsində müvafiq istinad şablonundan istifadə etmədən yalnız linkləri yerləşdirmisiniz. Mən nümumnə kimi "femida.az" saytından yerləşdirdiyiniz mənbəni işlədim. Zəhmət olmasa, həmin nümunəyə görə istinad üçün nəzərdə tutulmuş şablonları əlavə edin. — Burocan (müzakirə) 07:53, 27 yanvar 2022 (UTC)
Salam hörmətli Burocan, yaxşı indi cəhd edərəm. Minnətdaram köməklik üçun.— Memmedli Farid 10:34, 27 yanvar 2022 (UTC)
Qaralama şablonu
[mənbəni redaktə et]Salam Memmedli Farid, yaratdığınız məqalələr üçün təşəkkür edirəm. Amma zəhmət olmasa, qısa məqalələrinizdə Qaralama şablonlarından istifadə etməyi nəzər alasınız. Şakir Gərayev (müzakirə) 15:46, 20 fevral 2022 (UTC)
Salam Şakir Qarayev, təşəkkür edirəm diqqətiniz üçun. Nəzərə alaram.Memmedli Farid 20:04, 21 fevral 2022 (UTC)
İnzibatçı seçkisi
[mənbəni redaktə et]İdarəçi seçkisi | ||
Salam, Memmedli Farid. Sizi mənim inzibatçılıq statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, dancewithdevil (müzakirə) 03:07, 7 iyul 2022 (UTC) |
White Demon ulduzu
[mənbəni redaktə et]White Demon ulduzu | ||
Futbol sahəsindəki dəyərli redaktələrinizə, yaratdığınız çoxsaylı məqalələrə görə sizə bu ulduzu təqdim edirəm. Gələcək fəaliyyətinizdə uğurlar.— Şiroi Akuma 21:32, 6 fevral 2023 (UTC) |
Salam White Demon, diqqətiniz və verdiyiniz ulduza görə təşəkkür edirəm. Çox xoş oldu. Memmedli Farid 10:45, 7 fevral 2023 (UTC)
Sizin üçün bir ulduz!
[mənbəni redaktə et]Futbol ulduzu | |
Futbol sahəsindəki dəyərli töhfələrinizə görə bu ulduzu sizə təqdim edirəm. — Wealszy (müzakirə) 10:55, 3 may 2023 (UTC) |
Wealszy, Təşəkkür edirəm diqqətiniz üçun! Çox xoş oldu. Hörmətlə — Memmedli Farid 12:10, 4 may 2023 (UTC)
Dəvət
[mənbəni redaktə et]İnzibatçı seçkisi | ||
Salam, Memmedli Farid. Sizi mənim inzibatçılıq statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. — Wealszy (müzakirə) 03:16, 6 may 2023 (UTC) |
Mahrızlı
[mənbəni redaktə et]Salam. Mənbəsi olan məlumatı silib, mənbəsiz məlumat yerləşdirməyin. --► Hörmətlə: SolaVirum 14:26, 17 may 2023 (UTC)
Salam Solavirum, istinad etdiyiniz mənbə doğru deyil. Əgər ehtiyac duyursunuzsa bunu müzakirə edə bilərik. Ehtimal ki, istinad etdiyiniz mənbə Qubadlı rayonunda yerləşən Kürd Mahrızlı (Mafruzlu) kəndinə aiddir. Müəllifin ərazi ilə tanışlığı olmadığı üçun, sadəcə ad oxşarlığına görə iki kəndidə eyniləşdirib. Hörmətlə: — Memmedli Farid 14:47, 17 may 2023 (UTC)
- Memmedli Farid, mənbələr kəndin eyni tayfa tərəfindən salındığını göstərir. Başqa bir məqalədə qeyd edilir: "1820-ci ildə İrandan Azərbaycana “Mahrızlı” adında kürd tayfasının köçü başladı. Mahrızlı etnonimi bugün Qubadlı rayonunda və Ağdam rayonundakı Mahrızlı kəndində özünü göstərir". Alternativ nəzəriyyə irəli sürən mənbələr varsa, xahiş edirəm, yerləşdirin, lakin mənbəli məlumatın silinməsi doğru deyil. --► Hörmətlə: SolaVirum 16:44, 17 may 2023 (UTC)
- Burada olan əlavələrinizə əsasən təklif edirəm ki, kəndin yaranması ilə bağlı digər versiyasını ilk nöbvədə ələvə edib, Aristova və Həmidi ikinci planda təqdim edək. --► Hörmətlə: SolaVirum 17:02, 17 may 2023 (UTC)
- Solavirum, razıyam fikrinizlə etmək olar bunu. Mən əlavə bir neçə mənbə axtarmağa çalışacam. Hörmətlə — Memmedli Farid 11:35, 19 may 2023 (UTC)
- Burada olan əlavələrinizə əsasən təklif edirəm ki, kəndin yaranması ilə bağlı digər versiyasını ilk nöbvədə ələvə edib, Aristova və Həmidi ikinci planda təqdim edək. --► Hörmətlə: SolaVirum 17:02, 17 may 2023 (UTC)
- Solavirum, əvvəla üzrlu sayın gec cavab yazdığım üçun. Mənbələr barədə siz haqqlısınız, qaydalara görə məlumatın mənbəsi olmalıdır və mən bunu gözəl başa düşurəm. Amma qeyd etdiyiniz mənbələrdəki məlumatların dəqiqliyi barədə şübhələrim var. İcazənizlə arqumentlərimi yazacam, ümid edirəm fikrimi düzgun izah edə bilərəm. Tural Həmidlinin azlogosda çıxan yazısını 2 il əvvəl oxumuşdum, o zamanda onun Ağdamdakı Mahrızlı barədə fikrini doğru saymamışdım. Tural Tatyana Aristovaya istinad edib. Xanım Aristova isə, fikrimcə, yuxarıda qeyd etdiyim kimi Mafruzlu və Mahrızlını ad oxşarlığına görə qarışdırıb. Buda təbbidir, Aristova regionda yaşamayıb və lokal vəziyyətlə tanış deyildi. Təəssüf ki, indi yazacaqlarım barədə yazılı mənbə təqdim edə bilməyəcəm. Mən 18 il Ağdamdakı Mahrızlıda yaşamışam. Qısaca sizə kəndi təsvir edəcəm, ümid edirəm ki düzgun təsvir edə biləcəm. Mahrızlı və ətraf kəndlər Qarabağ xanlığı zamanında Koldibi adlanırmış (Bu ad son illərə kimi yaşlı şuşalılar arasında işlənirmiş). Ərazi Qarabağ xanlığı tərəfindən bir neçə bəyə verilib. 1820-ci ildən əvvəl baş verib bu hadisə. Ərazidə iki kənd formalaşıb, Zəngişalı və Mahrızlı. (Zəngişalı və bəylər barədə Zahid Nağıyev - Bir obanın övladları kitabnda məlumat var.) Mahrızlının formalaşması bir birinə yaxın yaşayan 7 nəslin və bəylik ərazilərinin birləşməsi nəticəsində yaranıb. Bunlardan ən qədimi Məmişli nəslidir. Həmçinin, Qarabağ xanlığının qohumları olan Gərayevlər və Qarayevlər, İbrahimxəlilli, SSRİ qurulana qədər bəylik statusunda olan Ədilbəylilər. Bunlar bir birlərinə qohum olan nəsillər olub. Əsasən kəndin yuxarı hissəsində yaşayan və İrandan gələn və eyni kökdən olan Abbasalılar və Rüstəmovlar, İrandan gələn Fərzalılar. Bu adlarını yazdığım nəsillər kəndin ilk 7 evindən biri olduğunu iddia edənlərdir. Heç biri də Kürd deyil. Sonra Şuşadan gəlmiş Molla Məmməd (Mənim əcdadım) və qardaşı Qurban. Onlarla birlikdə gəlmiş Xasməmədovlar. İran Muğanından gələn Əfşarlar, Dağıstandan gəlmiş Dərbəndlilər. SSRİ qurulandan sonra isə, yeni nəsillər gəlib. 1945 İran inqilabından sonra İrandan bir neçə nəsil gəlib. Həmçinin Ağdamın Muğanlı kəndindən bir nəsil gəlib, digəri Erməinstandan gələn İrəvanlı Pənahdır. Sonuncu məskunlaşan isə 1960-cı illərdə Laçından gələn Kürd Məhərrəmdir. Hə birdə SSRİ zamanı gələn və sonra yoxa çıxan erməni Rəşid olub. Bu yazdıqlarım kənd barədə, kəndin yaşlı insanlarından topladığım məlumatlardır. Kəndin adı barədə bir neçə versiya mövcüddur. Biri kəndin ilk sakininin Mahruz adında bir qadın olmasıdır. Bənzər versiyanı ermənilərdəndə eşitmişəm ki, Mahruz adlı bir erməni qadın yaşadığı üçun belə adlanıb kənd. Yuxarıda yazdığım Erməni Rəşid bir neçə dəfə ulu nənəsi Mahruzun burda yaşadığı və kəndin adının ona görə Mahrızlı olduğunu deyirmiş. Digər bir versiya, 1970-ci illərdə yazılan bir oçerkə əsasən İranda Mahrızlı adında yerdən gələnlər yaradıb kəndi (ehtimal ki Aristovanın məqaləsi olub). Amma mən nə qədər axtarsamda İranda elə yer tapa bilmədim. Ağdamdakı kəndin ilk sakinləri, Məmişlilər və Qarabağ xanlığına yaxın olan bəylərin ailələri olub. Məmişlilər isə ehtimal ki Gürcustandan gəliblər. Hörmətlə — Memmedli Farid 11:27, 19 may 2023 (UTC)
- Bir versiyada eşitmişdim, Mahrızlı adı, qədim bir dildə olan hansısa göy cismi ilə bağlı olub. Hörmətlə — Memmedli Farid 11:33, 19 may 2023 (UTC)
- White Demon, Toghrul R, bu barədə nə düşünürsünüz, maraqlıdır. --► Hörmətlə: SolaVirum 14:07, 19 may 2023 (UTC)
- Bütün bu sadaladığınız detallı məlumatlar həqiqətən heç bir yerdə yoxdu?. Mənbəsi tapılsa, məqalədə vermək olar. Şiroi Akuma 14:14, 19 may 2023 (UTC)
- statistik məlumatlardan istifadə edərək düzəlişlər etdim. --► Hörmətlə: SolaVirum 20:19, 20 may 2023 (UTC)
- White Demon, Bu sadaladığım məlumatları, mən Mahrızlıda yaşadığım zaman kənd əhalisindən toplamışam. Təəssuf ki, bunlar barədə yazılı mənbə olması haqqında məlumatım yoxdur. Düzunu desəm, bu yazdıqlarımın arasında keçmişə aid olan məlumatların tam doğru olduğunuda iddia edə bilmərəm. Mənim o kənddə yaşadığım müddətdən 15 ildən çox vaxt keçib. Bəzi məlumatları unuda və qarışdıra bilərəm. Solavirum, White Demon, Mən iki gün əvvəl dayımla danışdım. Bəzi bilmədiyim məlumatları öyrəndim. Kənddə mənim bilmədiyim daha bir neçə nəsildə var. Onlardan biri də Murğuzalı nəslidir (mən o nəsildən olan insanları Məmişlilər nəslindən bilirdim). Dayımın dediyinə görə, kəndin ilk sakinləri onlar olublar. Mahrızlıya İrandan Həmədan tərəfdən bir yerdən gəliblər. Bəlkə də, Həmədandakı Mühaciran şəhərindən. Mən mayın sonuna kimi Azərbaycandayam, Mahrızlıya getməyi düşunurəm. Əgər gedə bilsəm, yazdığım məlumatları bir daha dəqiqləşdirməyə, əlavə yeni məlumatlar öyrənməyə və mənbələr axtarmağa çalışacam. Bir dənə də məlumatda öyrəndim, Ziya Bünyadov 90-cı illərdə, Osmanlıya vergi ödəmiş Azərbaycan yaşayış məntəqələri barədə bir statistik məlumat paylaşıb. Orada Mahrızlınında adı keçir. Ehtimal ki, bu, 1723-1730-cu illər arasında baş verib. Hörmətlə — Memmedli Farid 20:34, 21 may 2023 (UTC)
- statistik məlumatlardan istifadə edərək düzəlişlər etdim. --► Hörmətlə: SolaVirum 20:19, 20 may 2023 (UTC)
- Bir versiyada eşitmişdim, Mahrızlı adı, qədim bir dildə olan hansısa göy cismi ilə bağlı olub. Hörmətlə — Memmedli Farid 11:33, 19 may 2023 (UTC)
Vikibahar
[mənbəni redaktə et]Salam. Vikibahar üçün Azərbaycan mövzusunda məqalələr təqdim etmisiz, amma müsabiqənin qaydalarına əsasən Azərbaycan mövzusunda məqalələr qəbul olunmur. Zəhmət olmasa, müsabiqə qaydalarını bir daha nəzərdən keçirin. Kosmik Ozan utora! 10:41, 24 may 2024 (UTC)
Salam Kosmik Ozan. Təssüf ki, diqqət etməmişəm buna. Məlumatlandırdığınız üçün təşəkkür edirəm. Hörmətlə — Memmedli Farid 20:50, 25 may 2024 (UTC)
Research about the tools on Wikimedia projects by the CEE Hub
[mənbəni redaktə et]Hi everyone,
We would like to invite you to submit your responses to the survey dedicated to the tools that are used currently across the Wikimedia projects and the tools that you want to have.
This survey was made by the working group of the CEE Hub, and your responses will be reviewed afterwards, as we want to continue supporting the communities. That support can be documentation for certain most used tools by other communities across the region per specific topics, finding solutions for new tools to be created in the future, creating most needed tools in the region (so called "regional wishlist list"), and many other options.
Deadline to fill in the survey is 20th of August, 2024.
Submit your answers here
Thank you in advance for your time that you will dedicate in filling in this survey --MediaWiki message delivery (müzakirə) 13:07, 26 iyul 2024 (UTC)
Results from the survey about the tools on Wikimedia projects by the CEE Hub
[mənbəni redaktə et]Hi everyone,
During August 2024, we sent you a survey about the tools, so now we would like to bring to your attention the conclusions and results from the survey, which you can explore on this Meta page.
I hope you will enjoy exploring the mentioned tools on the page, along with other conclusions from the survey. Thanks for your time, and we will continue working on this important topic. --MediaWiki message delivery (müzakirə) 12:09, 7 oktyabr 2024 (UTC)